“Neftçi”nin futbolçusu Sessi D Almeyda və “Sumqayıt”ın legioneri Abdul Raşid Mumininin formasını geyindiyi Benin yığması Afrika Millətlər Kubokunda mübarizəni dayandırıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda 1/8 finalda Misirə uduzub – 1:3.
Sessi oyuna start heyətdə başlayıb və ikinci hissədə əvəzlənib. Mumini isə vərəqə cəzalısı olduğu üçün matçda iştirak etməyib.
