“Şamaxı”nın legioneri Tunisə qarşı oynadı

“Şamaxı”nın futbolçusu Alfons Msanqanın formasını geyindiyi Tanzaniya yığması Afrika Millətlər Kubokunda növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Tunislə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb – 1:1.

Msanqa start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Tanzaniya yığması 2 xalla qrupu 3-cü sırada bitirib və pley-off mərhələsinə yüksəlib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir