“Səbail” – “Şimal” oyununun nəticəsi AFFA-nın nəzarətində – ŞÜBHƏ

I Liqanın XII turunda keçirilən “Səbail” – “Şimal” oyunu (3:4) şübhəli nəticə baxımından “radara” düşüb.

“Futbolpress.az”ın əldə etdiyi məlumata görə, AFFA sözü gedən oyunu nəzarətə götürüb və araşdırma aparılır.

Hətta bununla bağlı UEFA-nın müvafiq instansiyalarına məlumat verildiyi bildirilir.

Matçda 43-cü dəqiqədə hesabı “Səbail” açsa da, ikinci hissədə autsayder komanda 4 qol ( 48, 54, 60 və 65-ci dəqiqələr) vuraraq qələbə qazanıb. Maraqlıdır ki, liqanın sonuncu pilləsində qərarlaşan “Şimal” bu turadək cəmi 5 xal toplayıb, onun da 4-ü liderlər mövqeyində qərarlaşan “Səbail” ilə qarşılaşmalardan…

Xatırladaq ki, tərəflər arasında ilk qarşılma qolsuz bərabərliklə nəticələnmişdi.

“FutbolPress” tərəflərin mövqeyini dərc etməyə hazırdır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir