Ronaldo 8 milyon avroya villa alıb

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo ümumi dəyəri 8 milyon avro olan iki villa satın alıb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, bu mülklər Qırmızı dənizdəki Nucuma adasında yerləşir.

40 yaşlı futbolçu alışla bağlı fikirlərini belə ifadə edib:

“Bu məkan mənim üçün istisnadır. Buraya ilk səfərimizdə Corcina (xanımı) ilə birlikdə adaya qarşı güclü bağ hiss etdik. Təbiət inanılmaz dərəcədə gözəldir. Burada biz sakitlik tapırıq”.

Ronaldo 2023-cü ilin əvvəlindən Səudiyyə Ərəbistanı çempionatında çıxış edir. Onun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir