Azərbaycan II Liqasında mübarizə aparan “Şəki” klubu çempionatın XIII turunda qarşılaşmalı olduğu “Qaradağ Lökbatan”la oyuna çıxmayacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məsələnin səbəbi ilə bağlı daha sonra açıqlama veriləcəyi bildirilib.
Görüş bu gün saat 14:00-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilməli idi.
“Şəki” II Liqada 12 turdan sonra turnir cədvəlində 25 xalla dördüncü sırada qərarlaşıb.
