“Arsenal”ın sabiq futbolçusu “Ayaks”a keçməyə yaxındır

“Arsenal”ın sabiq müdafiəçisi Takehiro Tomiyasu yaxın gələcəkdə “Ayaks”la müqavilə imzalaya bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Niderland klubu qış transfer pəncərəsində yaponiyalı oyunçu ilə mövsümün sonuna qədər olan qısamüddətli müqavilə bağlamağı planlaşdırır. Yayda isə ona daha uzunmüddətli müqavilə təklif oluna bilər. Hazırda tərəflər son detalları razılaşdırır.

Tomiyasu hazırda azad agent statusundadır. O, 2021-ci ildən 2025-ci ilin yayına qədər “Arsenal”da çıxış edib. 27 yaşlı müdafiəçi ötən mövsüm Premyer Liqada yalnız bir oyuna çıxıb, qalan vaxtı isə diz zədəsindən bərpa olunub.

“Ayaks” UEFA Çempionlar Liqasının 6-cı turunda Bakıda “Qarabağ”ı məğlub edib – 4:2.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir