DÇ-2026: “Bu, Kurasao üçün fantastik püşkatmadır”

Kurasao yığmasının baş məşqçisi Dik Advokat 2026-cı il dünya çempionatının püşkatmasının nəticələrindən məmnun qalıb.

Karib təmsilçisi E qrupunda Almaniya, Fil Dişi Sahili və Ekvadorla qarşılaşacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis bunun Kurasao üçün fantastik püşkatma olduğunu bildirib:

“Bu, Kurasao üçün fantastik püşkatmadır. İlk oyunda Almaniya kimi böyük futbol ölkəsinə qarşı çıxmaq əlbəttə ki, möhtəşəmdir. Kurasao ilə bu səviyyədə olmaq özü-özlüyündə xüsusi bir hissdir. Üç müxtəlif qitənin komandaları ilə oynayacağıq. Hamısı rəqibdir. Görək, bu bizə nə gətirəcək. Nə varsa qəbul edirik, amma püşk həqiqətən çox yaxşıdır”.

FİFA reytinqində 82-ci yerdə qərarlaşan Kurasao, dünya çempionatına vəsiqə qazanan tarixdəki ən kiçik ölkə hesab olunur.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir