Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Araz-Naxçıvan” Lissabonda “Benfika”nın qonağı olub.
Futbolpress.az xəbər verir ki, görüş rəqibin 4:2 hesablı qələbəsiylə başa çatıb.
“Araz-Naxçıvan”ın qollarını Luicci Longo və Ədalət Ələkbərov vurub.
Azərbaycan təmsilçisi ilk oyunda 0:9 hesabıyla uduzub və mübarizəni dayandırıb.
