“Araz-Naxçıvan” ÇL-də cavab oyununa çıxacaq

“Araz-Naxçıvan” bu gün futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Benfika”(Portuqaliya) ilə cavab matçına çıxacaq.

Futbolpress.az xəbər verir ki, qarşılaşma Portuqaliyanın paytaxtı Lissabondakı “Pavilyao Fidelidade”də, saat 21:30-da start götürəcək. Görüşü serbiyalı hakimlər – Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcəklər.

Komandalar arasında Bakıda keçirilən ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir