
Norveçin “Brann” klubu UEFA tərəfindən növbəti dəfə cərimələnib.
Komanda.az xəbər verir ki, bu barədə “Bergens Tidende” nəşri məlumat yayıb.
Bu ilin aprelində klub azarkeşlərin “UEFA – mafiya” şüarı yazılmış banner açması və həmin ifadəni səsləndirməsi səbəbindən 5 min avro cərimələnmişdi. Ancaq “Brann” iddia qaldıraraq İdman Arbitraj Məhkəməsində qalib gəlmişdi.
Son günlərdə isə UEFA kluba azarkeşlərin hərəkətləri ilə bağlı yeni cərimələr tətbiq edib. Bu dəfə məbləğlər 10 000, 7 500 və 10 125 avro təşkil edir. İttihamlar yenidən “UEFA – mafiya” şüarları və meydançaya karton stəkanların atılması ilə bağlıdır.
Klub rəhbərliyi ilk cərimədən şikayət verib, digər iki qərarla bağlı isə əlavə məlumat tələb edib.
