Azərbaycan klubları Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunları keçirib.
Futbolpress.az xəbər verir ki, “Sabah” Bolqarıstanda “Levski”yə (0:1), “Araz-Naxçıvan” isə Bakıda “Omoniya”ya (0:4) uduzub. Məğlub komandalarımız Azərbaycanın UEFA reytinqinə xal qazandırmayıb.
Bu həftə yeganə qazanc “Qarabağ”dan olub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin Şimali Makedoniyada “Şkendiya”nı məğlub etməsi (1:0) UEFA reytinqinə 0.250 xal qazandırıb.
19.000 xalı olan Azərbaycan 28-ci sıradadır. 29-cu pillədə 18.299 xalla Rusiya yer alıb. 27-ci sıranı isə 19.600 xalla Ukrayna tutub.
