Trend

Azərbaycan klublarından ölkə xaricinə transfer olunan TOP 5 yerli futbolçu
Azərbaycan Futbolu, Trend

Azərbaycan klublarından ölkə xaricinə transfer olunan TOP 5 yerli futbolçu

Yay transfer pəncərəsinin bağlanmasına hələ bir aydan çox qalsa da, artıq bəzi yerli futbolçularımızın ölkə xaricinə transfer xəbərlərini görürük. Trend.futbol Transfermarkt platformasının 27 iyul 2025 tarixinə olan məlumatına əsasən, yay transfer pəncərəsində Azərbaycan klublarından xarici komandalarla anlaşma əldə edən futbolçular arasında bazar dəyərinə görə ilk beşliyi formalaşdırıb. Araşdırmada xüsusən Səbail klubunun xaricə bir neçə futbolçu göndərdiyini görürük ki, bunu da klubun uğurlu transfer siyasəti və yerli furbolçularımızın inkişafına verdiyi dəstək olaraq görmək olar. Siyahını təqdim edirik: 1. Rüfət Abdullazadə – 600,000 avro (bazar dəyəri)Keçid: Səbail → Varajdin (Xorvatiya)Agentlik: Asadov Pro Bridge 2. Orxan Əliyev – 450,000 avroKeçid: Turan Tovuz → Ozgon F...
Sneyder yeni formatı bəyənir
Dünya Futbolu, Trend

Sneyder yeni formatı bəyənir

“İnter”in və Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder Klublararası dünya çempionatının yeni formatını yüksək qiymətləndirib. Komanda.az “WinWin”-ə istinadən xəbər verir ki, o, bu dəyişikliklərin dünya futbolunun qlobal miqyasda inkişafına müsbət təsir göstərdiyini bildirib: “Yeni format həqiqətən maraqlıdır. Komandaların sayının artması Avropadan kənar klublara daha çox diqqət cəlb etməyə imkan verir və bu, çox vacibdir. Futbol artıq qlobal oyun olub və dünya üzrə azarkeşlər daha çox müxtəlifliyi bu səviyyədə görməyə layiqdirlər. Mən bir neçə matçı Mayamidə izlədim, çox yaxşı təəssüratlar yarandı”. Klublararası dünya çempionatının formatı ciddi dəyişikliklərə uğrayıb. Turnirə artıq 32 komanda qatılır ki, bu da onu mundiala bənzədir. source...
Ozobiç bölgə klubunda – rəsmi
Azərbaycan Futbolu, Trend

Ozobiç bölgə klubunda – rəsmi

“Turan Tovuz” Filip Ozobiçi heyətinə qatıb. Futbolpress.az xəbər verir ki, son olaraq “Neftçi”nin şərəfini qoruyan yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”da da forma geyinib. Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub. source