Almaniya və Niderland da DÇ-2026-da!
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Komanda.az xəbər verir ki, bu gün A, G və L qruplarında mübarizəyə yekun vurulub.
A qrupunda Almaniya Slovakiyanı böyük hesabla yenərək mundiala vəsiqə qazanıb. Slovakiya isə pley-offda oynayacaq.
G qrupunda Niderland Litvanı məğlub etməklə mundiala vəsiqəni rəsmiləşdirib. Səfərdə Maltaya qalib gəlmiş Polşa isə pley-offa vəsiqə qazanıb.
L qrupunda isə Monteneqroya qalib gələn Xorvatiya birinci olub. Çexiya isə Cəbəllütariqlə oyunda qalib gəlməklə pley-offa vəsiqə əldə edib.
DÇ-2026-nın seçmə mərhələsi17 noyabr
A qrupu
Şimali İrlandiya – Lüksemburq 1:0Qol: Donli, 44-pen.
Almaniya – Slovakiya 6:0Qollar: Voltemade, 18. Qnabri, 29. Sane, 36; 41. Baku, 67. Uedraqao, 79.
Xallar: Almaniya – 15....










