Dünya Futbolu

“Braziliya millisinin Vinisius kimi oyunçulara ehtiyacı var” – Sabiq futbolçu
Dünya Futbolu

“Braziliya millisinin Vinisius kimi oyunçulara ehtiyacı var” – Sabiq futbolçu

Braziliya millisinin sabiq kapitanı Karlos Dunqa yığmanın və “Real”ın hücumçusu Vinisius Junior haqqında fikirlərini bölüşüb. Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, bunu deyib:“Hamımız səhv edirik. Bəzən tənqidləri qulaqardına vurmaq daha yaxşıdır. Vinisius texniki liderdir, amma paltardəyişmə otağında yox. O, komanda yoldaşlarını texniki bacarıqları ilə ruhlandırmalıdır. Braziliya millisinin onun kimi özünəinamlı və problemləri texniki cəhətdən həll etməyə hazır oyunçulara ehtiyacı var”. Vinisius 2019-cu ildən bəri Madrid klubunda oynayır. source
Türkiyə millisi İspaniyada qələbəni əldən verdi
Dünya Futbolu

Türkiyə millisi İspaniyada qələbəni əldən verdi

DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində sonuncu oyunları keçirilib. Komanda.az xəbər verir ki, B, C, E, H, J qruplarında ümumilikdə 10 qarşılaşma keçirilib. Türkiyə yığması səfərdə İspaniyanın qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. İsveç millisi evdə Sloveniya yığması ilə heç-heçə edib. Şotlandiya yığması Danimarka millisini yenib. DÇ-2026-nın seçmə mərhələsi18 noyabr B qrupu İsveç – Sloveniya 1:1Qollar: Lundqren, 87 – Elsnik, 64. Kosovo – İsveçrə 1:1Qollar: Musliya, 74 – Varqas, 47. Xallar: İsveçrə – 14. Kosovo – 11. Sloveniya – 4. İsveç – 2. C qrupu Şotlandiya – Danimarka 4:2Qollar: Maktominey, 3. Şenklend, 78. Tirni, 90+3. Maklin, 90+9 – Höylund, 57-pen. Dorqu, 82. Belarus – Yunanıstan 0:0 Xallar: Şotlandiya – 13. Danimarka – 11....
Matteusdan Ronaldo – Messi müqayisəsi
Dünya Futbolu

Matteusdan Ronaldo – Messi müqayisəsi

Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Lotar Matteus Kriştiano Ronaldo ilə Lionel Messini müqayisə edib. Komanda.az “The Telegraph India”-ya istinadən xəbər verir ki, Matteus onları müqayisə etməyi sevmədiyini bildirib: “Onları müqayisə etməyi sevmirəm, hər birinin öz oyun tərzi var. Ronaldo daha güclüdür, Messi isə daha ağıllı. Ronaldo qısa parıltılar verə bilər, amma Messinin oyunu uzun müddət insanı heyran edir. Mənim seçimim Messidir”. Messi hazırda ABŞ-ın “İnter Mayami” klubunda, Rona­ldo isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxış edir. source
“Türkiyə ilə oyun bizim üçün təkcə prestij məsələsi deyil”
Dünya Futbolu

“Türkiyə ilə oyun bizim üçün təkcə prestij məsələsi deyil”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Türkiyə yığmasına qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı qalib gəlmək istədiklərini bildirib: “Türkiyə ilə oyun bizim üçün təkcə prestij məsələsi deyil. Biz dünya çempionatına yollanmaq istəyirik və azarkeşlərimiz qarşısında məsuliyyət daşıyırıq. Birinci yerdən birbaşa vəsiqəni demək olar ki, təmin etmişik. Məqsədimiz məğlubiyyətsiz seriyamızı 31-ə çatdırmaqdır. Qalib gəlmək istəyirik. Futbolçularımın vəziyyəti çox yaxşıdır. Heç bir rotasiya olmayacaq. Oyunu qazanmaq üçün ən yaxşı heyətimizlə meydana çıxacağıq”. İspaniya millisi 15 xalla qrup lideridir, Türkiyənin hesabında 12 xal var. Gürcüstanın 3...
“İspaniyanı məğlub edə biləcəyimizi bilirik”
Dünya Futbolu

“İspaniyanı məğlub edə biləcəyimizi bilirik”

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın seçmə mərhələsində İspaniya yığmasına qarşı bu gün keçiriləcək oyun öncəsi mətbuat konfransında çıxış edib. Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı iştirak etdikləri hər oyunu qazanmaq istədiklərini bildirib: “Bu bizim üçün çox önəmli matçdır. Heç bir halda yoxlama oyunu deyil. İştirak etdiyimiz hər oyunu qazanmaq istəyirik. Hazırlığımız əladır və istədiyimiz nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik”. Montella belə matçların futbolçular üçün xüsusi motivasiya yaratdığını deyib: “Futbolçu karyerama baxanda ən çox sevdiyim oyunların məhz bu tip matçlar olduğunu deyə bilərəm. Çünki belə qarşılaşmalar sizi özünüzü göstərməyə məcbur edir. Bu matç öz səviyyəmizi qiymətləndirmək baxı...
Ronaldo ABŞ prezidenti ilə görüşəcək
Dünya Futbolu

Ronaldo ABŞ prezidenti ilə görüşəcək

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ABŞ-a səfər edəcək. Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu sabah Vaşinqtondakı “Ağ Ev”də ABŞ prezidenti Donald Trampla görüşəcək. 40 yaşlı hücumçu Portuqaliya millisinin DÇ–2026-nın seçmə mərhələsindəki son matçında iştirak etməyib. Komanda onun iştirakı olmadan Ermənistan yığmasını 9:1 hesabı ilə məğlub edərək, mundiala birbaşa vəsiqə qazanıb. Görüş 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatı ilə bağlıdır. Həmçinin, ABŞ və Portuqaliya millilərinin DÇ-dən əvvəl yoxlama matçı keçirməsi də müzakirə olunacaq. source...
Qvardiola: “Dünya Fələstini tək qoyub”
Dünya Futbolu

Qvardiola: “Dünya Fələstini tək qoyub”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Fələstindəki vəziyyətlə bağlı danışıb və Kataloniya ilə Fələstin milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi fikrini dəstəkləyib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı məşqçi İsrailin hücumları zamanı hamının bütöv bir millətin məhv edilməsinə icazə verdiyini söyləyib:“Dünya Fələstini tək qoyub. Biz əslində heç nə etməmişik. Oradakı insanlar heç nədə günahkar deyillər, onlar sadəcə burada doğulublar. Hamımız bütöv bir millətin məhv edilməsinə icazə vermişik. Baş verənlər artıq geri qaytarıla bilməyən bir pislikdir. Qəzzada baş verənləri haqlı çıxara biləcək birini təsəvvür etməkdə çətinlik çəkirəm. Uşaqlarımız bu yerlərdə ola bilərdi və sadəcə doğulduqları yerə görə öldürülərdilər. Liderlərə demək olar...
“Millimiz təslim oldu”
Dünya Futbolu

“Millimiz təslim oldu”

Slovakiya millisinin və “Fənərbaxça”nın müdafiəçisi Milan Şkrinyar DÇ–2026-nın seçmə mərhələsində Almaniyaya 0:6 hesabı ilə məğlub olduqları oyun haqqında danışıb. Komanda.az xəbər verir ki, slovakiyalı futbolçu UEFA-nın mətbuat xidmətinə açıqlamasında matçı belə dəyərləndirib: “Çox ağır və uğursuz bir axşam idi. Millimiz təslim oldu. Rəqib dərhal zəifliyimizi hiss edib fürsətlərdən maksimum yararlandı. Almaniya bizi tam şəkildə üstələdi. Onlar bizdən xeyli güclü idilər”. Almaniya millisi qrupun turnir cədvəlində birinci yeri tutaraq dünya çempionatına birbaşa vəsiqə qazanıb. Slovakiya yığması isə 2-ci pillədən pley-off mərhələsinə yüksəlib. source
Van Dayk rekorda imza atıb
Dünya Futbolu

Van Dayk rekorda imza atıb

“Liverpul”un müdafiəçisi Vircil van Dayk Niderland yığmasının heyətində unikal nailiyyətə imza atıb. Komanda.az xəbər verir ki, bu barədə “vi.nl” məlumat yayıb. Noyabrın 17-də Litva millisi ilə keçirilən və 4:0 hesabı ilə başa çatan dünya çempionatının seçmə oyunu Van Dayk üçün xüsusi əhəmiyyət daşıyıb. O, Niderland yığmasında kapitan kimi 72-ci matçına çıxaraq rekorda imza atıb. Belə ki, Van Dayk 71 görüşdə kapitan olmuş Frank de Buru geridə qoyub. Niderland millisində kapitan kimi ən çox oyun keçirən futbolçuların siyahısında ilk 10-luq belədir: Vircil van Dayk – 72 oyun Frank de Bur – 71 oyun Rud Krol – 45 oyun Rud Qullit – 41 oyun Harri Denis – 37 oyun Edvin van der Sar – 36 oyun Yohan Kroyf – 34 oyun Ronald Kuman – 33 oyun Covanni van Bronkhorst – ...
Benzema: “Real”a heç vaxt “yox” deyə bilmərəm”
Dünya Futbolu

Benzema: “Real”a heç vaxt “yox” deyə bilmərəm”

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema “Real”a mümkün qayıdışı barədə danışıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:“Florentino Peres hələ də “Real”dadırsa, bu, baş verə bilər. “Real”a heç vaxt “yox” deyə bilmərəm. Mən madridliyəm. Bunu ürəyimdə hiss edirəm. Madrid hələ də mənim şəhərimdir. Görək nə olacaq”. Benzema uzun illər “Real”da çıxış edib. O, Madrid klubuyla “qızıl top”u qazanıb. 37 yaşlı forvard 2023-cü ildən bəri isə “Əl-İttihad”da oynayır və klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. source