DÇ-2026: Bu gün Türkiyə millisinin pley-off mərhələsindəki rəqibi bilinəcək
Bu gün gələn yay ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq.
Komanda.az xəbər verir ki, tədbirə saat 16:00-da start veriləcək.
Püşkatmada Türkiyə milli komandası birinci səbətdə yer alacaq.
4 vəsiqə uğrunda 16 yığma komanda arasında oyunlar keçiriləcək.
Seçmə mərhələdə qrup ikinciləri olmuş 12 komanda və UEFA Millətlər Liqasının dörd qrup qalibi dörd qrupa bölünərək iki tək oyunlu raund oynayacaq: yarımfinal və final.
Hər qrupun qalibi DÇ-2026-da iştirak imkanı əldə edəcək.
DÇ-2026, pley-off mərhələsi
Birinci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;İkinci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;Üçüncü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;Dördüncü səbət:...










