Dünya Futbolu

Xavi Hindistan millisindən təklif alıb?
Dünya Futbolu

Xavi Hindistan millisindən təklif alıb?

Son günlərdə mətbuatda Xavi Hernandesin Hindistan millisinin baş məşqçisi ola biləcəyi ilə bağlı məlumatlar yayılsa da, bu iddialar həqiqəti əks etdirmir. Komanda.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano bu məlumatları qəti şəkildə təkzib edərək bildirib ki, Xavi ilə Hindistan Futbol Federasiyası arasında heç bir danışıqlar aparılmayıb. Həmçinin, Xavi özü də şəxsi sosial media hesabında yayılan məlumatlara münasibət bildirərək, bunları yazıb: “Son məlumatlara baxmayaraq, Hindistan Futbol Federasiyası ilə heç bir əlaqəm və danışıqlarım olmayıb”. Bəzi xəbərlərə görə, Hindistan tərəfi Xavinin adından istifadə edərək, milli komandaya daha nüfuzlu namizədlər cəlb etmək niyyətində olub. 45 yaşlı mütəxəssis artıq bir ildən çoxdur ki, məşqçilik fəaliyyətindən uzaqdır. O...
Braziliya klubu “Arsenal”ın hücumçusu ilə maraqlanır
Dünya Futbolu

Braziliya klubu “Arsenal”ın hücumçusu ilə maraqlanır

Braziliyanın aparıcı klublarından olan “Flamenqo” “Arsenal”ın hücumçusu Qabriel Jezusa ciddi maraq göstərir. Komanda.az “RTI Esporte”-yə istinadən xəbər verir ki, Rio-de Janeyro təmsilçisi 28 yaşlı futbolçunun transferi üçün rəsmi təklif hazırlayır. Jezusun “Arsenal”la müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, onun bazar dəyəri 32 milyon avro təşkil edir. Braziliyalı forvard üçün son mövsüm asan keçməyib. Ciddi diz zədəsi səbəbindən o, uzun müddət yaşıl meydanlardan uzaq düşüb. Buna baxmayaraq, 27 oyunda meydana çıxaraq, 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. source