Dünya Futbolu

“Qarabağ”ın rəqibi müdafiəçi transfer edib
Dünya Futbolu

“Qarabağ”ın rəqibi müdafiəçi transfer edib

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Şelburn” yeni müdafiəçi ilə müqavilə imzalayıb. Komanda.az xəbər verir ki, İrlandiya klubu fransalı müdafiəçi Milan Mbenqa ilə müqavilə imzalayıb. 23 yaşlı futbolçunun son komandası İrlandiyanın “Kork Siti” klubu olub. “Qarabağ” – “Şelburn” cavab oyunu (ilk oyun – 3:0) iyulun 30-da Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və matça saat 20:00-da start veriləcək. source
Polşa millisinin üzvü “Portu”da – Rəsmi
Dünya Futbolu

Polşa millisinin üzvü “Portu”da – Rəsmi

Polşa millisinin müdafiəçisi Yan Bednarek karyerasını Portuqaliyada davam etdirəcək. Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, polşalı futbolçu son ölkə çempionatının bürünc mükafatçısı olan “Portu” ilə 4 illik müqavilə imzalayıb. Transferin dəyəri 7,5 milyon avro təşkil edir. Müqavilədə 29 yaşlı oyunçunun sərbəst qalma qiyməti 60 milyon avro göstərilib. Yan Bednarek futbolçu karyerasına Polşanın “Lex” klubunda başlayıb. O, həmçinin, “Qurnik”, “Aston Villa” və “Sauthempton” klublarında da çıxış edib. Bednarek son mövsümdə “Sauthempton”un heyətində 34 oyun keçirib, 2 qol vurub. O, Polşa millisində 69 matçda forma geyinib və 1 qolla yadda qalıb. source...
Meksika klubuna keçən məşhur futbolçu: “Çox xoşbəxtəm”
Dünya Futbolu

Meksika klubuna keçən məşhur futbolçu: “Çox xoşbəxtəm”

“Real”ın və Kosta Rika millisinin sabiq qapıçısı Keylor Navas Meksikanın “Pumas” klubuna keçməsi barədə danışıb. Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, “Pumas”a qoşulmağın onun üçün asan qərar olduğunu bildirib: “Klubun azarkeşlərinin sevgisi və həvəsi məni buraya qoşulmağa ruhlandırdı. Bu, Meksikada böyük klubdur və belə fürsətə malik olan hər oyunçu bunu qaçırmamalıdır. Bu gün isə mənim üçün bu reallıqdır və mən çox xoşbəxtəm. Ailəmə yaxın olmaq mənim üçün çox önəmlidir və bu, məni böyük həvəslə motivasiya edir. Düşünürəm ki, liqanın səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir. Burada rəqabət güclüdür və infrastruktur da olduqca yaxşıdır. Biz klub seçərkən titullar uğrunda mübarizə aparacağımızı nəzərdə tuturduq ki, bu mənim üçün vacibdir. Eyni zamanda, klub oy...
Ançelotti atasının kölgəsində qalmağın çətinliyindən danışdı
Dünya Futbolu

Ançelotti atasının kölgəsində qalmağın çətinliyindən danışdı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti atasının məşqçi heyətindən ayrılaraq, müstəqil karyerasına başlayıb. Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Davide Ançelotti məşqçi kimi atasının soyadını daşımağın çətinliyindən danışıb: “Ançelotti soyadını daşımaq çətindir? Bəli, məşqçi kimi bu, çox çətindir. Bunu inkar edə bilmərəm. Amma məsələn, Daniele Maldinini də düşünmək lazımdır – Paolonun oğlu olmaq da asan deyil. Mən yaxşı bilirəm ki, ilk vaxtlarda insanlar mənim fəaliyyətimi “Karlo Ançelottinin oğlu” prizmasından qiymətləndirəcəklər. Amma üzməyi öyrənməyin yeganə yolu suya atılmaq və əllərini, ayaqlarını hərəkət etdirməkdir. Mən də məhz bunu etməyə çalışıram”. Atası Braziliya millisinin “sükanı arxasına” keçdiyi halda, ...
Qvardioladan Messi-Yamal müqayisəsi
Dünya Futbolu

Qvardioladan Messi-Yamal müqayisəsi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın 18 yaşlı vingeri Lamin Yamalla bağlı sualı cavablandırıb. Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Yamalın Lionel Messi ilə müqayisəsinin tez olduğunu deyib: “Biz Lamin Yamala öz yolunu getməyə imkan verməliyik. Onun 15 il oynadıqdan sonra Messidən yaxşı olub-olmadığını söyləyə bilərik. Amma onun Messi ilə müqayisə olunması özü artıq çox önəmlidir. Bu, elədir ki, bir rəssamı Van Qoqun əsərləri ilə müqayisə edirlər”. Qvardiola 2008-2012-ci illərdə “Barselona”nı çalışdırıb və həmin dövrdə UEFA Çempionlar Liqasının da daxil olduğu bir neçə kubok qazanıb. source...
Bir açıqlamanın əks-sədası: İşə ölkə prezidenti də qarışıb
Dünya Futbolu

Bir açıqlamanın əks-sədası: İşə ölkə prezidenti də qarışıb

Meksikalı məşhur futbolçu Xavyer Ernandes (Çiçarito) qadınlara qarşı səsləndirdiyi mübahisəli və seksual xarakterli fikirlərə görə cərimələnəcək. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, onun bu fikirləri yalnız Avropada deyil, elə Meksikanın özündə də ciddi narazılıq doğurub. Məsələ artıq ölkə prezidenti Klaudia Şeynbaumun da diqqətinə çatdırılıb. Meksika Futbol Federasiyası Çiçaritonu cəzalandırmaq qərarına gəlib, ancaq konkret cərimə məbləği hələlik açıqlanmayıb. 37 yaşlı hücumçu 21-ci əsrin ən tanınmış meksikalı futbolçularından biridir. O, karyerası ərzində “Mançester Yunayted” və “Real” kimi top-klublarda çıxış edib. Hazırda isə karyerasını yetirməsi olduğu Meksikanın “Qvadalahara” komandasında davam etdirir. source...
“Bu, “İnter Mayami” üçün tarixi transferdir”
Dünya Futbolu

“Bu, “İnter Mayami” üçün tarixi transferdir”

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano yeni transfer Rodriqo de Paulla bağlı fikirlərini açıqlayıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçu haqda bunu söyləyib:“Bu, “İnter Mayami” üçün tarixi transferdir. Ona uğurlar arzulayıram. Əminəm ki, o, bizə çox kömək edəcək”. Rodriqo de Paulla sözləşmə “İnter Mayami”nin tarixində ən bahalı müqavilədir. ABŞ klubu 31 yaşlı futbolçu üçün “Atletiko”ya (Madrid) 15 milyon avro ödəyəcək. source
İngiltərə millisi Avropa çempionu oldu
Dünya Futbolu

İngiltərə millisi Avropa çempionu oldu

İngiltərə qadın futbolu üzrə Avropa çempionatının final matçında İspaniyanı məğlub edib. Komanda.az xəbər verir ki, dramatik matçın nəticəsi penalti seriyasında həll olunub. İsveçrənin Bazel şəhərində keçirilən qarşılaşma 2023-cü il dünya çempionatının finalının təkrarı olub. Xatırladaq ki, həmin görüşdə İspaniya qalib gəlmişdi. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. İspaniya millisinin hücumçusu Mariona Kaldentey ilk hissədə hesabı açıb, Alessiya Russo isə 2-ci hissədə hesabı bərabərləşdirib. Əlavə vaxtda da qalibi müəyyən edilməyib. Penalti seriyasında ingilislər 3:1 hesabı ilə qalib gəlib. source
“Zirə”nin rəqibi milli komandanın üzvünü transfer etdi
Dünya Futbolu

“Zirə”nin rəqibi milli komandanın üzvünü transfer etdi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Xorvatiya təmsilçisi “Hayduk” heyətini yeni müdafiəçi ilə gücləndirib. Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Split təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisi Ron Racini heyətinə qatıb. Kosovo millisinin futbolçusu ilə 2028/2029 mövsümünün sonuna qədər olan müqavilə imzalanıb. Racinin son klubu Kosovonun “Priştina” klubu olub. “Zirə” ilə “Hayduk” arasındakı ilk görüş heç-heçə başa çatıb – 1:1. Cavab oyunu iyulun 31-də Splitdəki Polyud stadionunda keçiriləcək və matça saat 23:00-da start veriləcək. source