Dünya Futbolu

ÇL: “Feyenoord”a qarşı cavab oyunlarında qazandığım qələbə tarixçəm var”
Dünya Futbolu

ÇL: “Feyenoord”a qarşı cavab oyunlarında qazandığım qələbə tarixçəm var”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Feyenoord”a qarşı keçirdikləri ilk oyunda (1:2) məğlubiyyətə baxmayaraq, futbolçularının çıxışından razı qaldığını bildirib. Komanda.az “Fotomac”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis xüsusilə, ikinci hissədə komandasının göstərdiyi oyundan məmnun olduğunu vurğulayıb: “Futbolçularımın çıxışından razıyam. Xüsusilə, ikinci hissə məni təsirləndirdi. “Feyenoord”un stadionu sanki susdu, rəqib çətin anlar yaşadı. Bəli, onlar güclü komandadır, amma bu axşam biz meydanda dominant idik. Mənim “Feyenoord”a qarşı cavab oyunlarında qazandığım qələbə tarixçəm var. Bu dəfə də təkrar edə biləcəyimizə inanıram”. Tərəflər arasında cavab qarşılaşması avqustun 12-də olacaq. ...
“Şelburn” Xorvatiyadan qələbə ilə qayıtdı
Dünya Futbolu

“Şelburn” Xorvatiyadan qələbə ilə qayıtdı

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları keçirilir. Komanda.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub. RFS doğma meydanda KuPS-ə, “Riyeka” isə “Şelburn”a uduzub. 3-cü raundun ilk oyunları sabah yekunlaşacaq. Cavab qarşılaşmaları isə gələn həftə keçiriləcək. Avropa Liqası3-cü təsnifat mərhələsi, ilk oyunlar6 avqust RFS (Latviya) – KuPS (Finlandiya) 1:2Riyeka (Xorvatiya) – Şelburn (İrlandiya) 1:2 The post “Şelburn” Xorvatiyadan qələbə ilə qayıtdı appeared first on Komanda.az.source
“Fənərbaxça” Niderlanddan məğlub qayıtdı
Dünya Futbolu

“Fənərbaxça” Niderlanddan məğlub qayıtdı

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub. Komanda.az xəbər verir ki, bu gün 6 matç baş tutub. “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibləri olan “Ludoqorets”lə “Ferentsvaroş”un görüşündə qapılara qol vurulmayıb. Günün digər maraqlı görüşü isə Niderlandda keçirilib. “Feyenoord” Türkiyə təmsilçisi “Fənərbaxça”nı qəbul edib və qələbəyə sevinib. UEFA Çempionlar Liqası3-cü təsnifat mərhələsi, ilk oyunlar6 avqust Kayrat (Qazaxıstan) – Slovan (Slovakiya) 1:0Zaltsburq (Avstriya) – Brügge (Belçika) 0:1Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarıstan) 0:0Lex (Polşa) – Srvena Zvezda (Serbiya) 1:3Feyenoord (Niderland) – Fənərbaxça (Türkiyə) 2:1Nitsa (Fransa) – Benfika (Portuqaliya) 0:2 source...
Çerçesovun yeni iş yeri məlum oldu
Dünya Futbolu

Çerçesovun yeni iş yeri məlum oldu

Məşhur mütəxəssis Stanislav Çerçesovun yeni iş yeri müəyyənləşib. Komanda.az xəbər verir ki, mütəxəssis Rusiya “Axmat”ının baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 3 illik müqavilə imzalayıblar. Çerçesov 2011-2013-cü illərdə də “Axmat”a rəhbərlik edib. Onun son iş yeri isə 2025-ci ilin yanvarında tərk etdiyi Qazaxıstan millisi olub. source
Neymar milli haqda: “Qərarı məşqçilər heyəti verməlidir”
Dünya Futbolu

Neymar milli haqda: “Qərarı məşqçilər heyəti verməlidir”

Hazırda Braziliyanın “Santos” klubunda çıxış edən Neymar yenidən milli komandaya dəvət olunmaq ehtimalı ilə bağlı fikirlərini bölüşüb. Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu həmişə ünsiyyətə açıq olduğunu bildirib: “Hamı mənim üslubumu yaxşı tanıyır. Həmişə ünsiyyətə açığam. Qərarı isə məşqçilər heyəti verməlidir”. Neymar sonuncu dəfə Braziliya millisində 2023-cü ilin payızında meydana çıxıb. Komanda həmin qarşılaşmada Uruqvay yığmasına 0:2 hesabı ilə məğlub olmuşdu. Hazırda Braziliya yığmasında baş məşqçi vəzifəsini italiyalı mütəxəssis Karlo Ançelotti icra edir. Onun komandasını sentyabrda DÇ-2026-nın seçmə mərhələsində Boliviya və Çili yığmalarına qarşı oyunlar gözləyir. source...
“Makkabi”dən əzmkar qələbə
Dünya Futbolu

“Makkabi”dən əzmkar qələbə

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Komanda.az xəbər verir ki, bu gün bir oyun baş tutub. “Hamrun” doğma meydanda Təl-Əviv “Makkabi”si ilə qarşılaşıb və məğlubiyyətə üzülüb. 3-cü raundun qalan ilk oyunları avqustun 5-də və 6-da keçiriləcək. Avropa Liqası3-cü təsnifat mərhələsi, ilk oyun5 avqust Hamrun (Malta) – Makkabi (Təl-Əviv, İsrail) 1:2 source
“Klaksvik” “Neman”a ilk oyunda qalib gəldi
Dünya Futbolu

“Klaksvik” “Neman”a ilk oyunda qalib gəldi

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə start verilib. Komanda.az xəbər verir ki, ilk günündə bir oyun baş tutub. “Klaksvik” evdə “Neman”la üz-üzə gəlib və inamlı qələbəyə sevinib. Qalan oyunlar avqustun 7-də keçiriləcək. Konfrans Liqası3-cü təsnifat mərhələsi, ilk oyun5 avqust Klaksvik (Farer adaları) – Neman (Belarus) 2:0 The post “Klaksvik” “Neman”a ilk oyunda qalib gəldi appeared first on Komanda.az.source
“Reyncers”dən darmadağın, “Dinamo”dan gözlənilməz məğlubiyyət
Dünya Futbolu

“Reyncers”dən darmadağın, “Dinamo”dan gözlənilməz məğlubiyyət

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib. Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Azərbaycan təmsilçisi “Qarabağ” Şimali Makedoniyada “Şkendiya”nı məğlub edib. “Malmö” “Kopenhagen”lə heç-heçəyə razılaşıb. “Reyncers” ilk oyunda “Viktoriya”ya qalib gəlib. Kiyev “Dinamo”su isə “Pafos”la ev oyununda gözlənilməz məğlubiyyətə üzülüb. UEFA Çempionlar Liqası3-cü təsnifat mərhələsi, ilk oyunlar5 avqust Malmö (İsveç) – Kopenhagen (Danimarka) 0:0Dinamo (Kiyev, Ukrayna) – Pafos (Kipr) 0:1Şkendiya (Şimali Makedoniya) – Qarabağ 0:1Reyncers (Şotlandiya) – Viktoriya (Plzen, Çexiya) 3:0 source
Ronaldo ilə Qrinvud yenidən eyni klubda çıxış edə bilər
Dünya Futbolu

Ronaldo ilə Qrinvud yenidən eyni klubda çıxış edə bilər

“Əl-Nəsr”in “Marsel”də çıxış edən Meyson Qrinvudu transfer etmək planı hələlik qeyri-müəyyən vəziyyətdədir. Daha öncə Səudiyyə Ərəbistanı təmsilçisinin 23 yaşlı futbolçuya maraq göstərdiyi bildirilmişdi. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Marsel” rəhbərliyi ingiltərəli futbolçunu satmaq istəmir. Bu vəziyyətdə “Əl-Nəsr”in danışıqlarda israr edib-etməyəcəyi və Qrinvudun özü üçün Səudiyyə Ərəbistanına keçidin nə dərəcədə cəlbedici olduğu hələlik məlum deyil. Transfer baş tutacağı təqdirdə, “Mançester Yunayted” satışdan 50 faiz pay alacaq. Qrinvud və “Əl-Nəsr”in forvardı Kriştiano Ronaldo vaxtilə “Mançester Yunayted”də birgə çıxış ediblər və portuqaliyalı oyunçunun bu transferə təsir göstərə biləcəyi deyilir. Qrinvud son mövsümdə Fransa Liqa 1-də 34 oyuna çıxaraq,...
“Milan”dan ayrılan hücumçu Yunanıstan klubunda – Rəsmi
Dünya Futbolu

“Milan”dan ayrılan hücumçu Yunanıstan klubunda – Rəsmi

Serbiyalı hücumçu Luka Yoviç İtaliya A Seriyasını tərk edərək, Yunanıstanın AEK klubuna keçib. Komanda.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti açıqlama yayıb. 27 yaşlı futbolçu yeni komandaya azad agent statusu ilə qoşulub. Son mövsümdə “Milan”ın heyətində 15 oyuna çıxan Yoviç 2 qol vurub. O, karyerasına Belqradın “Srvena Zvezda” klubunda başlayıb. Daha sonra “Ayntraxt” (Frankfurt), “Real” və “Fiorentina” kimi klublarda çıxış edib. Serbiya millisində 45 oyun keçirən hücumçu bu qarşılaşmalarda 11 qola imza atıb. source