Dünya Futbolu

Hüseynovun komandasından Konfrans Liqasında növbəti uğur
Dünya Futbolu

Hüseynovun komandasından Konfrans Liqasında növbəti uğur

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu qələbə ilə başa vurub. Komanda.az xəbər verir ki, Boqlarıstan təmsilçisi səfərdə Litvanın “Kauno Jalgiris” komandasının qonağı olub. Görüş Cəlalın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hüseynov matçı əvəzolunmadan keçirib. Yığmamızın futbolçusu 23-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Komandalar arasında cavab oyunu avqustun 14-də Bolqarıstanda keçiriləcək. source
Əliyevin komandasından səfərdə sərfəli nəticə
Dünya Futbolu

Əliyevin komandasından səfərdə sərfəli nəticə

Azərbaycan yığmasının müdafiəçisi Zamiq Əliyev UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda iştirak edib. Komanda.az xəbər verir ki, o, “Eqnatiya”nın (Albaniya) heyətində “Olimpiya”ya (Sloveniya) 90 dəqiqə meydanda olub. Səfərdə keçirilən qarşılaşmada Zamiqin komandası sərfəli nəticə əldə edib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Cavab görüşü avqustun 14-də Albaniyada keçiriləcək. source
“Sabah”ın potensial rəqiblərinin oyununda darmadağın
Dünya Futbolu

“Sabah”ın potensial rəqiblərinin oyununda darmadağın

Konfrans Liqasının pley-off mərhələsində “Sabah”ın potensial rəqibləri olan “Alkmar” (Niderland) və “Vaduts” (Lixtenşteyn) komandaları qarşılaşıblar. Komanda.az xəbər verir ki, Alkmar şəhərindəki “Afas” stadionunda keçirilən oyunda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər. İki görüşün nəticəsinə əsasən qələbə qazanan tərəf “Sabah” – “Levski” (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu gün həm də “Araz-Naxçıvan”ın Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri – PAOK (Yunanıstan) və “Volfsberger” (Avstriya) komandaları üz-üzə gəliblər. “Tumba” stadionunda keçirilən ilk oyunda hesab açılmayıb. PAOK və “Volfsberger” Avropa Liqasının oyununda qarşılaşıblar və iki görüşün nəticəsinə əsasən uduzan tərəf “Araz-Naxçıvan” – “Omoniya” cütünün qalibi ilə üz-ü...
Son Hın Min rəsmən ABŞ klubunda
Dünya Futbolu

Son Hın Min rəsmən ABŞ klubunda

ABŞ-ın “Los Anceles” klubu “Tottenhem”dən ayrılan Son Hın Minin transferini rəsmiləşdirib. Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Müqavilənin müddətini əvvəlcə 2028-ci ilin sonuna, sonra isə 2029-cu ilin ortalarına qədər uzatmaq variantları var. Hücumçu 2015-ci ildən “Tottenhem”də oynayırdı. O, klubla cəmi bir kubok – 2025-ci il Avropa Liqasını qazanıb. source
“Şelburn” Xorvatiyada qələbə qazandı
Dünya Futbolu

“Şelburn” Xorvatiyada qələbə qazandı

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları keçirilir. Komanda.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub. RFS doğma meydanda KuPS-ə, “Riyeka” isə “Şelburn”a uduzub. 3-cü raundun ilk oyunları sabah yekunlaşacaq. Cavab qarşılaşmaları isə gələn həftə keçiriləcək. Avropa Liqası3-cü təsnifat mərhələsi, ilk oyunlar6 avqust RFS (Latviya) – KuPS (Finlandiya) 1:2Riyeka (Xorvatiya) – Şelburn (İrlandiya) 1:2 source
Dünyanın ən yaxşı qapıçısı mükafatına 10 namizəd – SİYAHI
Dünya Futbolu

Dünyanın ən yaxşı qapıçısı mükafatına 10 namizəd – SİYAHI

“France Football” jurnalı dünyanın ən yaxşı qapıçısı üçün təqdim olunan “Lev Yaşin” mükafatına namizədlərin siyahısını açıqlayıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalda bu nüfuzlu mükafata namizəd göstərilmiş 10 qapıçının adı yer alır: Alisson Bekker (“Liverpul”) Yassin Buno (“Əl-Hilal”) Luka Şevalye (“Lill”) Tibo Kurtua (“Real”) Canluici Donnarumma (PSJ) Emiliano Martines (“Aston Villa”) Yan Oblak (“Atletiko”) David Raya (“Arsenal”) Matz Sels (“Nyukasl”) Yan Sommer (“İnter”) Mükafatın sahibi 22 sentyabrda, “qızıl top” (“Ballon d’Or”) mərasimi zamanı açıqlanacaq. Mükafatın son sahibi Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martinesdir. source...
İlin ən yaxşı baş məşqçisi adına 5 namizəd – SİYAHI
Dünya Futbolu

İlin ən yaxşı baş məşqçisi adına 5 namizəd – SİYAHI

“France Footbal” nəşri 2025-ci ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb. Komanda.az xəbər verir ki, siyahıda beş mütəxəssis yer alıb. Bunlar İtaliyanın “Napoli” komandasından Antonio Konte, Fransa təmsilçisi PSJ-dən Luis Enrike, İspaniya “Barselona”sından Hans-Diter Flik, İngiltərənin “Çelsi” komandasından Enzo Mareska və “Liverpul”dan Arne Slotdur. Qalibin adı sentyabrın 22-də açıqlanacaq. source
“Sabah”ın rəqibi futbolçusu ilə vidalaşıb
Dünya Futbolu

“Sabah”ın rəqibi futbolçusu ilə vidalaşıb

“Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcəyi Bolqarıstanın “Levski” klubu futbolçusu Klement İkenna ilə yollarını ayırıb. Komanda.az Sofiya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Sabah”ın bu gün “Levski”yə qarşı oyunu saat 22:00-da start götürəcək. Cavab görüşü avqustun 14-də Bakıda baş tutacaq. source
“Qarabağ”dan ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubunda
Dünya Futbolu

“Qarabağ”dan ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubunda

Yay fasiləsində “Qarabağ”dan ayrılan Yassin Benzianın yeni klubu müəyyənləşib. Komanda.az xəbər verir ki, əlcəzairli futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Feyha” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə bir mövsümlük müqavilə imzalanıb. Əlcəzair millisinin də üzvü olan Yassin Benzia 2023-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib. source
Baş məşqçidən Busketsin gələcəyi haqda açıqlama
Dünya Futbolu

Baş məşqçidən Busketsin gələcəyi haqda açıqlama

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano komandanın yarımmüdafiəçisi Serxio Busketsin gələcək karyerası ilə bağlı açıqlama verib. Komanda.az “Goal”-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis bu haqda konkret heç nə deməyib: “Busketsin oynamağa davam edəcəyini gözləyirəm. O, hələ də futbol meydançasında faydalı ola bilir. Bununla belə, konkret heç nə deyə bilmərəm. Çünki futbolçu ilə klub arasında aparılan danışıqlar mənə aid deyil”. İspaniyalı futbolçu 2023-cü ildə “Barselona”dan “İnter Mayami”yə keçib. Onun ABŞ klubu ilə müqaviləsinin müddəti bu ilin sonunda başa çatacaq. source