Dünya Futbolu

Ukraynalı futbolçunun PSJ-yə keçidi yubanır
Dünya Futbolu

Ukraynalı futbolçunun PSJ-yə keçidi yubanır

“Bornmut”un müdafiəçisi İlya Zabarnının PSJ ilə görüşünün vaxtı dəyişib. Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, ukraynalı futbolçu avqustun 9-da Fransaya getməli olsa da, İngiltərə klubunda lazımi sənədləşmə işləri gecikib. İndi PSJ gələcək oyunçusu ilə bu gün görüşməyi gözləyir. Parislilərin Zabarnının transferi üçün 60 milyon avrodan çox pul ödəyəcəyi bildirilib. Lakin bu məbləğ müdafiəçinin uğurlu çıxışı zamanı mümkün bonuslar hesabına arta bilər. Tərəflər arasında müqavilə 2030-cu ilin yayına kimi hesablanacaq. source
Lukaku: “İbrahimoviçə karyerasına görə çox hörmət edirəm”
Dünya Futbolu

Lukaku: “İbrahimoviçə karyerasına görə çox hörmət edirəm”

“Napoli”nin hücumçusu Romelu Lukaku keçmiş futbolçu Zlatan İbrahimoviçə yüksək qiymət verir. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı forvard, İbrahimoviçin karyerasına çox hörmət etdiyini deyib:“Lionel Messi, Robert Levandovski, Kriştiano Ronaldo – hamısı superdir. Mən İbrahimoviçə də karyerasına görə çox hörmət edirəm. O, unikal oyunçu idi”. “Napoli”nin son çempion olduğu İtaliya çempionatının yeni mövsümünə avqustun 15-də start veriləcək. source
Ronaldo: “Şəxsən mən Feliksi “Əl-Nəsr”ə keçməyə razı salmamışam”
Dünya Futbolu

Ronaldo: “Şəxsən mən Feliksi “Əl-Nəsr”ə keçməyə razı salmamışam”

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo həmyerlisi Joao Feliksin Səudiyyə Ərəbistanı klubuna transferi ilə bağlı fikirlərini bildirib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun istedadlı olduğunu söyləyib:“Feliks istedadlı oyunçudur. Bu oyunçu komandamıza kömək edəcək. Onun üçün bu seçim Portuqaliya çempionatına qayıtmaqdan daha yaxşıdır. Şəxsən mən onu “Əl-Nəsr”ə keçməyə razı salmamışam. Bu, klub qarşısındakı öhdəliklərimin bir hissəsi deyil. Mənim vəzifəm oynamaq və məşqçilik etməkdir”. Feliks 30 milyon avroya “Çelsi”dən Səudiyyə Ərəbistanı klubuna keçib. Tərəflər iki illik müqavilə imzalayıb. source
“Qarabağ”ın rəqibi Şimali Makedoniya çempionatına qələbə ilə başladı
Dünya Futbolu

“Qarabağ”ın rəqibi Şimali Makedoniya çempionatına qələbə ilə başladı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Şkendiya” Şimali Makedoniya çempionatında 2025/26 mövsümünə böyükhesablı qələbə ilə start verib. Komanda.az xəbər verir ki, Tetovo təmsilçisi mövsümün açılış oyununda öz meydanında “Şkupi”yə 5:1 hesabı ilə qalib gəlib. “Şkendiya” qitənin ən nüfuzlu klub turnirində “Qarabağ”a qarşı ilk matçda 0:1 hesabı ilə uduzub. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. Pley-off mərhələsinə adlayan komanda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək. source
“Fənərbaxça”dan ayrılan futbolçunun yeni klubu bilindi
Dünya Futbolu

“Fənərbaxça”dan ayrılan futbolçunun yeni klubu bilindi

“Fənərbaxça”dan ayrılan Duşan Tadiçin yeni klubunun adına aydınlıq gəlib. Komanda.az xəbər verir ki, serbiyalı vinger karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. Tadiç “Əl-Vahda” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Tadiç 2023-cü ilin yayından “Fənərbaxça”da çıxış edirdi. Serbiya millisinin üzvü ötən mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 13 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. source
UEFA Rusiya klublarına 15 milyon avrodan çox pul ödəyib
Dünya Futbolu

UEFA Rusiya klublarına 15 milyon avrodan çox pul ödəyib

UEFA beynəlxalq turnirlərdən kənarlaşdırılan Rusiya klublarına maddi kompensasiya çərçivəsində 15 milyon avrodan çox vəsait ödəyib. Komanda.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Məlumata görə: 2021/22 mövsümündə – 6,2 milyon avro, 2022/23 mövsümündə – 3,3 milyon avrodan çox, 2023/24 mövsümündə – 3,38 milyon avrodan çox, 2024/25 mövsümündə – 4,22 milyon avrodan çox vəsait ödənilib. Bu ödənişlər Rusiya Futbol İttifaqına daxil olub və yerli klublar arasında paylanıb. 2022-ci ilin fevralında FİFA və UEFA Rusiya klublarını və milli komandalarını Ukraynadakı vəziyyətə görə beynəlxalq turnirlərdən qeyri-müəyyən müddətə uzaqlaşdırıb. source...
“Şamaxı”da oynamış futbolçu Finlandiya klubuna keçib
Dünya Futbolu

“Şamaxı”da oynamış futbolçu Finlandiya klubuna keçib

“Şamaxı”nın sabiq futbolçusu Vasiliye Bakiç Finlandiyanın “İlves” klubuna keçib. Komanda.az xəbər verir ki, bu barədə Tampere təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Serbiyalı futbolçu 2024/2025 mövsümündə “Şamaxı”nın heyətində Premyer Liqada 23 matça çıxıb, 1 qola müəlliflik edib. source
“Real”ın sabiq qapıçısı İran klubunda – Rəsmi
Dünya Futbolu

“Real”ın sabiq qapıçısı İran klubunda – Rəsmi

“Real”ın sabiq qapıçısı Antonio Adan karyerasını İran çempionatında davam etdirəcək. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı qolkiper azad agent kimi “İstiqlal” klubuna keçib. Adanla bir mövsümlük qısamüddətli müqavilə imzalanıb. Onun Avropadakı son klubu Portuqaliyanın “Sportinq” komandası olub. 38 yaşlı qapıçı 2009–2013-cü illər aralığında “Real”ın heyətində çıxış edib. Bundan əlavə, o, “Betis”, “Kalyari” və “Atletiko” kimi komandaların da formasını geyinib. source
“Panatinaikos”la “Şaxtyor”dan ilk oyunda heç-heçə
Dünya Futbolu

“Panatinaikos”la “Şaxtyor”dan ilk oyunda heç-heçə

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Komanda.az xəbər verir ki, bu gün daha 10 oyun baş tutub. PAOK – “Volfsberger” və “Panatinaikos” – Şaxtyor (Donetsk) görüşlərində qapılara qol vurulmayıb. Digər oyunların hamısında tərəflər fərqlənməyi bacarıblar. Bu raundun cavab görüşləri gələn həftə keçiriləcək. Avropa Liqası3-cü təsnifat mərhələsi, ilk oyunlar7 avqust Fredrikstad (Norveç) – Midtyulland (Danimarka) 1:3Linkoln (Cəbəllüttariq) – Noa (Ermənistan) 1:1AEK (Larnaka, Kipr) – Legiya (Polşa) 4:1ÇFR (Kluj, Polşa) – Braqa (Portuqaliya) 1:2Hakken (İsveç) – Brann (Norveç) 0:2PAOK (Yunanıstan) – Volfsberger (Avstriya) 0:0Panatinaikos (Yunanıstan) – Şaxtyor (Donetsk, Ukrayna) 0:0Zrinski (Bosniya və Herseqovina) – Breydablik (İslandiya) 1:1Styaua (...
Konfrans Liqası: Türkiyə klublarından səfər qələbəsi
Dünya Futbolu

Konfrans Liqası: Türkiyə klublarından səfər qələbəsi

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Komanda.az xəbər verir ki, bu gün daha 29 oyun baş tutub. Azərbaycan təmsilçiləri “Sabah” və “Araz-Naxçıvan” da ilk oyunlarına çıxıblar və məğlubiyyətə üzülüblər. Bu mərhələnin cavab oyunları gələn həftə keçiriləcək. Konfrans Liqası3-cü təsnifat mərhələsi, ilk oyunlar7 avqust Araz-Naxçıvan (Azərbaycan) – Omoniya (Kipr) 0:4Aris (Kipr) – AEK (Afina, Yunanıstan) 2:2Kauno Jalgiris (Litva) – Arda (Bolqarıstan) 0:1Milsami (Moldova) – Virtus (San Marino) 3:2Rusenborq (Norveç) – Hammarbü (İsveç) 0:0Banik (Çexiya) – Austria (Avstriya) 4:3AİK (İsveç) – Dyor (Macarıstan) 2:1Riqa (Latviya) – Beytar (İsrail) 3:0Silkeborq (Danimarka) – Yagelloniya (Polşa) 0:1Vikinq (Norveç) – Başakşəhər (Türkiyə) 1:3Anderlext (B...