Dünya Futbolu

Renatın komandası səfərdə xal itirdi
Dünya Futbolu

Renatın komandası səfərdə xal itirdi

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib. Komanda.az xəbər verir ki, onun çıxış etdiyi “Motor” Ekstraklasanın 4-cü turunda “Lexiya”nın qonağı olub. Qarşılaşma 3:3 hesabıyla başa çatıb. Renat 80-ci dəqiqədə meydana buraxılıb. Dadaşovun komandası 4 turdan sonra 4 xalla 13-cü pillədə qərarlaşıb. source
Hüseynovun komandasından “Lokomotiv”lə heç-heçə
Dünya Futbolu

Hüseynovun komandasından “Lokomotiv”lə heç-heçə

Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun da formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında 4-cü tur matçına çıxıb. Komanda.az xəbər verir ki, komanda evdə Plovdiv “Lokomotiv”i ilə qarşılaşıb. Oyunda hesab açılmayıb – 0:0. Cəlal da bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb. “Arda” hazırda turnir cədvəlində 5 xalla 8-cidir. source
“Traktor” İran superkubokunun qalibi oldu
Dünya Futbolu

“Traktor” İran superkubokunun qalibi oldu

“Traktor” futbol üzrə İran superkubokunun qalibi olub. Komanda.az xəbər verir ki, son ölkə çempionu olan Təbriz klubu həlledici oyunda “İstiqlal”ı üstələyib. “Nəqşi Cahan” stadionunda baş tutan görüş “Traktor”un 2:1 hesablı qələbəsi ilə bitib. “Traktor” ötən mövsüm İran çempionatının qalibi olub. source
Balotelli: “Arzum “Real”da oynamaqdır”
Dünya Futbolu

Balotelli: “Arzum “Real”da oynamaqdır”

“Mançester Siti” və “Milan”dakı çıxışı ilə tanınan italiyalı hücumçu Mario Balotelli karyerasını “Real”da davam etdirmək istədiyini bildirib. Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu arzusunun “Real”da oynamaq olduğunu deyib: “Arzum “Real”da oynamaqdır. Hazırda mənə güvənəcək bir komanda axtarıram. Karyeramı daha 2-3 il davam etdirməyi planlaşdırıram”. Hazırda azad agent statusunda olan Balotellinin son klubu “Cenoa” olub. İtaliya millisinin heyətində 36 oyun keçirən forvard 14 qol vurub. source
Cennifer Lopezin konserti Özbəkistan klubunu stadionsuz qoyub
Dünya Futbolu

Cennifer Lopezin konserti Özbəkistan klubunu stadionsuz qoyub

Amerikalı müğənni Cennifer Lopezin konserti Özbəkistanın “Bunyodkor” klubunun stadionunun ot örtüyünə iz buraxmadan ötüşməyib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənninin çoxsaylı pərəstişkarlarına görə meydança yararsız vəziyyətə düşüb. Stadiona cavabdeh şəxslər otların sağalmasının iki aya yaxın vaxt aparacağı və ölü otların arenanın ixtiyarında olan xüsusi texnika vasitəsilə təmizlənəcəyini bildiriblər. Tarixdə ilk dəfə dünya çempionatına vəsiqə qazanan ölkənin yığması da tez-tez oyunlarını bu stadionda keçirir. source
UEFA-dan “Qarabağ”ın rəqibinə xəbərdarlıq
Dünya Futbolu

UEFA-dan “Qarabağ”ın rəqibinə xəbərdarlıq

UEFA “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın “Şkendiya” klubuna xəbərdarlıq edib. Komanda.az xəbər verir ki, buna komandanın evdə Rumıniya təmsilçisi FCSB-yə qalib gəldiyi (1:0) 2-ci təsnifat mərhələsinin ilk oyununda yaşananlar səbəb olub. Yerli azarkeşlər sözügedən qarşılaşmada meydana yad əşyalar atıblar. Ölkə çempionu bu səbəbdən xəbərdarlıq alıb. Bu hal növbəti dəfə təkrarlanacağı təqdirdə, “Şkendiya” cərimələnəcək. “Qarabağ” 3-cü təsnifat mərhələsinin səfərdə baş tutan ilk görüşündə bir cavabsız qolla qələbə qazanıb. Cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək. source
Abdullazadənin debütu yenə baş tutmadı
Dünya Futbolu

Abdullazadənin debütu yenə baş tutmadı

Xorvatiya çempionatında 2-ci turun oyunları keçirilir. Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geydiyi “Varajdin” səfərdə “Slaven Belupo”nun qonağı olub. 24 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilsə də, onun yeni klubunda rəsmi debütu yenə baş tutmayıb. Rüfət matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib. Onun yoxluğunda komandası 1:3 hesabı ilə uduzub. 2 turdan sonra 1 xalı olan “Varazdin” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb. source
“Sabah”ın rəqibindən növbəti qələbə
Dünya Futbolu

“Sabah”ın rəqibindən növbəti qələbə

“Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Bolqarıstanın “Levski” klubu ölkə çempionatının 4-cü turunda növbəti matçına çıxıb. Komanda.az xəbər verir ki, Sofiya klubu öz meydanında “Spartak” (Varna) komandasını qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Bu, “Levski”nin çempionatda ardıcıl 4-cü qələbəsidir. Hazırda “Levski” 12 xalla turnir cədvəlində 2-ci yerdədir və əlavə göstəricilər üzrə “Ludoqorets”dən geri qalır. “Sabah”la “Levski” arasında cavab görüşü 14 avqust saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk matç Bolqarıstan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. source
Krivotsyukun komandasından çətin qələbə
Dünya Futbolu

Krivotsyukun komandasından çətin qələbə

Cənubi Koreya çempionatında 25-ci turun oyunları keçirilib. Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” evdə “Suvon”la qarşılaşıb və 3:2 hesablı qələbəyə sevinib. Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub. 25 turdan sonra aktivində 42 xal olan “Daejeon” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. source
“Bu qədər macəralardan sonra nəhayət, Erediviziyada oynayıram”
Dünya Futbolu

“Bu qədər macəralardan sonra nəhayət, Erediviziyada oynayıram”

Niderlandın “Volendam” klubunda debüt edən Azərbaycan millinin üzvü Ozan Can Kökçü fikirlərini bölüşüb. Komanda.az “NH Nieuws”-a istinadən xəbər verir ki, Erediviziyanın açılış turunda “Heerenven”lə qarşılaşmada (1:1) komandasının bərabərlik qolunu vuran 26 yaşlı futbolçu belə deyib: “Əlbəttə, qoluma görə çox şadam. Xoş hisslərim var. Bu qədər macəralardan sonra nəhayət, Erediviziyada oynayıram. Bir xal qazanmağımız xüsusilə xoşdur. Baxmayaraq ki, bir az şanslı olsaydıq, qalib gələ bilərdik. Amma oyuna bütövlükdə nəzər salsaq, etiraf etməliyik ki, “Heerenven”in də yaxşı imkanları var idi”. Ozan Can Kökçü bu ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. source...