Dünya Futbolu

PSJ UEFA superkubokunun qalibi oldu
Dünya Futbolu

PSJ UEFA superkubokunun qalibi oldu

UEFA superkubokunun qalibi müəyyənləşib. Komanda.az xəbər verir ki, həlledici matçda Çempionlar Liqasının son qalibi PSJ (Fransa) ilə Avropa Liqasını qazanan “Tottenhem” (İngiltərə) üz-üzə gəlib. İtaliyanın Udine şəhərindəki “Friuli” stadionunda keçirilmiş görüşün əsas vaxtında qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2. Qaydalara əsasən, birbaşa penalti zərbələrinə keçilib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən PSJ superkubokun qalibi olub – 4:3. Bu oyunda Azərbaycanın FİFA referisi Elçin Məsiyev də iş başında olub. O, Juan Pineyrunun (Portuqaliya) idarə etdiyi matçda dördüncü hakim funksiyasını yerinə yetirib. UEFA superkuboku13 avqust PSJ – Tottenhem 2:2 (penaltilər – 4:3)Qollar: Kan Li, 85. Qonsalo Ramos, 90+4 – Van de Ven, 39. Kristian Romero, 48Hak...
“Başakşəhər” pley-offa vəsiqə qazandı
Dünya Futbolu

“Başakşəhər” pley-offa vəsiqə qazandı

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Komanda.az xəbər verir ki, bu gün bir oyun baş tutub. “Başakşəhər” səfərdə inamlı hesabla məğlub etdiyi “Vikinq”lə doğma meydanda heç-heçə edib. İlk oyundakı qələbə İstanbul klubunu pley-offa daşıyıb. Mərhələnin qalan cavab görüşləri avqustun 14-də keçiriləcək.  Konfrans Liqası3-cü təsnifat mərhələsi, cavab oyunu13 avqust Başakşəhər (Türkiyə) – Vikinq (Norveç) 1:1 (ilk oyun – 3:1) source
“Səbail”dən ayrılan futbolçu ölkəsinə qayıtdı
Dünya Futbolu

“Səbail”dən ayrılan futbolçu ölkəsinə qayıtdı

Ötən mövsüm “Səbail”də çıxış edən Gitay Sofirin yeni klubu bəlli olub. Komanda.az xəbər verir ki, israilli yarımmüdafiəçi ölkəsində çıxış edəcək. 25 yaşlı futbolçu 1-ci liqada mübarizə aparan “Hapoel Hadera” ilə anlaşıb. Klub futbolçu ilə 1 illik müqaqvilə imzalandığını açıqlayıb. Sofir Azərbaycana gələnə qədər “Hapoel Akre”, “Zur Şalom” klublarında da çıxış edib. source
ÇL: “Fənərbaxça” “Benfika”, “Kayrat” “Seltik”lə qarşılaşacaq
Dünya Futbolu

ÇL: “Fənərbaxça” “Benfika”, “Kayrat” “Seltik”lə qarşılaşacaq

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cütləri məlumdur.  Komanda.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu mərhələdə “Ferentsvaroş”la üz-üzə gələcək.“Fənərbaxça”nın rəqibi isə Portuqaliya “Benfika”sıdır. Çempionlar Liqası, pley-off mərhələsi “Bazel” (İsveçrə) – “Kopenhagen” (Danimarka)“Seltik” (Şotlandiya) – “Kayrat” (Qazaxıstan)“Fənərbaxça” (Türkiyə) – “Benfika” (Portuqaliya)“Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan)“Srvena Zvezda” (Serbiya) – “Pafos” (Kipr)“Reyncers” (Şotlandiya) – “Brügge” (Belçika)“Bodo-Qlimt” (Norveç) – “Şturm” (Astriya) The post ÇL: “Fənərbaxça” “Benfika”, “Kayrat” “Seltik”lə qarşılaşacaq appeared first on Komanda.az.source...
Bu gün UEFA superkubokunun qalibi məlum olacaq – Məsiyev dördüncü hakimdir
Dünya Futbolu

Bu gün UEFA superkubokunun qalibi məlum olacaq – Məsiyev dördüncü hakimdir

Bu gün UEFA superkubokunun qalibi məlum olacaq. Komanda.az xəbər verir ki, həlledici matçda Fransanın PSJ və İngiltərənin “Tottenhem” klubları üz-üzə gələcək. Oyun İtaliyanın Udine şəhərindəki “Friuli” stadionunda, saat 23:00-da start götürəcək. Görüşün baş hakimi Juan Pineyru (Portuqaliya) olacaq. Azərbaycanlı FİFA referisi Elçin Məsiyev matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək. PSJ ötən mövsüm UEFA Çempionlar Liqasının, “Tottenhem” isə Avropa Liqasının qalibi olub. source
Azərbaycanlı futbolçu Rusiyada turun rəmzi komandasına düşdü
Dünya Futbolu

Azərbaycanlı futbolçu Rusiyada turun rəmzi komandasına düşdü

“Zenit”də çıxış edən Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti dəfə turun rəmzi komandasına düşüb. Komanda.az xəbər verir ki, müdafiəçi 17-ci turun “11-liy”inə seçilib. O, “Rubin”ə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmaya start heyətində başlayıb və görüşü əvəz olunmadan keçirib. Mirzəliyeva 10 və 13-cü turda da həftənin rəmzi “11-liy”ində yer alıb. source
“Fənərbaxça” darmadağınla ÇL-in pley-offunda!
Dünya Futbolu

“Fənərbaxça” darmadağınla ÇL-in pley-offunda!

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub. Komanda.az xəbər verir ki, bu mərhələnin cavab görüşləri eyni gündə keçirilib. “Qarabağ”ın “Şkendiya”nı böyük hesabla keçdiyi gündə Azərbaycan çempionunun pley-off mərhələsində potensial rəqibləri olan “Ludoqorets”lə “Ferentsvaroş” da Macarıstanda qarşılaşıblar. Meydan sahibləri 3 cavabsız qol vurmaqla Ağdam klubuna rəqib olublar. Səfərdə “Feyenoord”a məğlub olmuş “Fənərbaxça” da Türkiyədə böyük hesabla qələbə qazanaraq ÇL-in pley-off mərhələsinə yüksəlib. UEFA Çempionlar Liqası3-cü təsnifat mərhələsi, cavab oyunları12 avqust Qarabağ (Azərbaycan) – Şkendiya (Şimali Makedoniya) 5:1 (ilk oyun 1:0)Kopenhagen (Danimarka) – Malmö (İsveç) 5:0 (0:0)Fənərbaxça (Türkiyə) – Feyenoord (Niderland) 5:2 (1:2)Pafos (Kipr) – Dina...
“Riyeka” Avroliqanın pley-offunda!
Dünya Futbolu

“Riyeka” Avroliqanın pley-offunda!

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Komanda.az xəbər verir ki, bu gün bir oyun baş tutub. “Şelburn” evdə “Riyeka” ilə qarşılaşıb. Səfərdə inamlı qələbəyə sevinmiş xorvatlar pley-offa ilk vəsiqənin sahibi olublar. Qalan cavab görüşləri avqustun 14-də keçiriləcək. Avropa Liqası3-cü təsnifat mərhələsi, cavab oyunu12 avqust Şelburn (İrlandiya) – Riyeka (Xorvatiya) 1:3İlk oyun – 2:1. source
“Sabah”ın rəqibində yeni müqavilə
Dünya Futbolu

“Sabah”ın rəqibində yeni müqavilə

“Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Bolqarıstanın “Levski” klubu futbolçusu Stivn Stoyançovla peşəkar müqavilə imzalayıb. Komanda.az xəbər verir ki, bu barədə Sofiya təmsilçisi məlumat yayıb. 18 yaşlı oyunçunun sözləşməsinin müddəti 3 illikdir. “Levski” “Sabah”la cavab oyununu avqustun 14-də Bakıda keçirəcək. Bolqarıstanda keçirilən ilk qarşılaşmada meydan sahibləri qələbə qazanıb – 1:0. source
ÇL: “Fənərbaxça” bu gün “Feyenoord”la cavab matçına çıxacaq
Dünya Futbolu

ÇL: “Fənərbaxça” bu gün “Feyenoord”la cavab matçına çıxacaq

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda “Şkendiya”nı qəbul edəcək. İlk görüşdə “köhlən atlar” qələbə qazanıb – 1:0. Türkiyənin “Fənərbaxça” komandası evdə “Feyenoord”la üz-üzə gələcək. “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Ferentsvaroş”la “Ludoqorets” isə Macarıstanda qarşılaşacaq. Çempionlar Liqası3-cü təsnifat mərhələsi, cavab oyunları 12 avqust 20:00. “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya)İlk oyun 1:0 21:00. “Fənərbaxça” (Türkiyə) – “Feyenoord” (Niderland)İlk oyun 1:2 21:00. “Kopenhagen” (Danimarka) – “Malmö” (İsveç)İlk oyun 0:0 21:00. “Pafos” (Kipr) – “Dinamo” (Kiyev, Ukrayna)İlk oyun 1:0 21:00. “Viktoriya” (Plzen, Çexiya...