Dünya Futbolu

Tanınmış futbolçu karyerasını bitirdi, məşqçiliyə başlayacaq
Dünya Futbolu

Tanınmış futbolçu karyerasını bitirdi, məşqçiliyə başlayacaq

Argentina millisinin sabiq yarımmüdafiəçisi Erik Lamela peşəkar futbolçu karyerasını başa vurub. Komanda.az AS-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Yunanıstanın AEK klubundan ayrıldıqdan sonra “butslarını mıxdan asmaq” qərarı verib. AEK-də ümumilikdə 31 oyun keçirən Lamela 6 qol vurub və 3 məhsuldar ötürmə verib. O, bundan sonra məşqçiliyə başlayacaq və hazırda Matias Almeydanın rəhbərlik etdiyi “Sevilya”nın məşqçilər heyətinə qoşulacaq. Lamela futbolçu karyerası ərzində “Roma”, “Tottenhem” və “River Pleyt” kimi klubların formasını geyinib. Argentina millisində isə 25 oyuna çıxaraq, 3 qol vurub. source
Avropa Liqası: Pley-off mərhələsinin bütün cütləri 
Dünya Futbolu

Avropa Liqası: Pley-off mərhələsinin bütün cütləri 

UEFA Avropa Liqasında pley-off mərhələsinin cütləri məlum olub.  Komanda.az xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın mübarizədən kənarlaşdırdığı “Şkendiya” “Ludoqorets”lə qarşılaşacaq. Ötən mövsüm Türkiyə Super Liqasında 3-cü pilləni tutan “Samsunspor” isə “Panatinaikos”la üz-üzə gələcək. Avropa LiqasıPley-off mərhələsi “Makkabi” (Təl-Əviv, İsrail) – “Dinamo” (Kiyev, Ukrayna)“Şkendiya” (Şimali Makedoniya) – “Ludoqorets” (Bolqarıstan)“Slovan” (Slovakiya) – “Yanq Boyz” (İsveçrə)“Malmö” (İsveç) – “Siqma” (Çexiya)“Panatinaikos” (Yunanıstan) – “Samsunspor” (Türkiyə)“Aberdin” (Şotlandiya) – FKSB (Rumıniya)“Lex” (Polşa) – “Genk” (Belçika)“Midtyulland” (Danimarka) – KuPS (Finlandiya)“Linkoln” (Cəbəllütariq) – “Braqa” (Portuqaliya)“Jrinski Mostar” (Bos...
“Beşiktaş” Konfrans Liqasında pley-offa yüksəldi, Zamiqin komandası…
Dünya Futbolu

“Beşiktaş” Konfrans Liqasında pley-offa yüksəldi, Zamiqin komandası…

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub. Komanda.az xəbər verir ki, bu gün 29 oyun keçirilib. “Sabah”la “Araz-Naxçıvan”ın məğlub olaraq mübarizəni dayandırdığı gündə Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” da avrokuboklarla vidalaşıb. Albaniya klubu evdə “Olimpiya”ya məğlub olub. Əliyev 23-cü dəqiqədə sarı vərəqə aldığı bu qarşılaşmanın 83-cü dəqiqəsində əvəzlənib. Digər azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” isə pley-offa vəsiqə qazanıb. Bolqarıstan təmsilçisi səfərdə 1:0 hesabıyla yendiyi “Kauno Jalgiris”i evdə də üstələyib – 2:0. Cəlal 90 dəqiqə meydanda olub. “Beşiktaş” da səfərdə məğlub etdiyi “Sent Patriks”i doğma meydanda da yenərək pley-offa yüksəlib. Avropa Konfrans Liqası3-cü təsnifat mərhələsi, cavab oyunları14...
“Şaxtyor” “Panatinaikos”a penaltilərlə uduzdu
Dünya Futbolu

“Şaxtyor” “Panatinaikos”a penaltilərlə uduzdu

Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub. Komanda.az xəbər verir ki, son gündə 12 oyun keçirilib. Yunanıstan klublarının səfərdə çətin qələbəyə sevindiyi gündə “Utrext” və “Braqa” sürprizə imkan verməyiblər. Avropa Liqası3-cü təsnifat mərhələsi, cavab oyunları14 avqust KuPS (Finlandiya) – RFS (Latviya) 1:0 (ilk oyun 2:1)Midtyulland (Danimarka) – Fredrikstad (Norveç) 2:0 (3:1)Brann (Norveç) – Hakken (İsveç) 0:1 (2:0)Noa (Ermənistan) – Linkoln (Cəbəllüttariq) 0:0, penaltilər 5:6 (1:1)Volfsberger (Avstriya) – PAOK (Yunanıstan) 0:1 (0:0)Breydablik (İslandiya) – Zrinski (Bosniya və Herseqovina) 1:2 (1:1)Drita (Kosovo) – Styaua (Rumıniya) 1:3 (2:3)Makkabi (Təl-Əviv, İsrail) – Hamrun (Malta) 3:1 (2:1)Utrext (Niderland) – Servett (İsveçrə) 2:1 (3:1)Braqa (Portuqaliya) –...
Hüseynovun komandası Konfrans Liqasının pley-off mərhələsində
Dünya Futbolu

Hüseynovun komandası Konfrans Liqasının pley-off mərhələsində

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib. Komanda.az xəbər verir ki, Bolqarıstan təmsilçisinin 3-cü təsnifat mərhələsinin hər iki oyununda qələbə qazanıb. Səfərdə “Kauno Jalgiris”ə (Litva) 2:0 hesabı ilə qalib gəlmiş Cəlalın komandası öz meydanında da 2 cavabsız qolla güclü olub. Start heyətində yer alan Hüseynov bu dəfə də qarşılaşmanı əvəzolunmadan başa vurub. “Arda” pley-off mərhələsində “Rakov” (Polşa) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək. source
UEFA prezidentinin ən sevdiyi çempionat
Dünya Futbolu

UEFA prezidentinin ən sevdiyi çempionat

UEFA-nın prezidenti Aleksander Çeferin İtaliya futbolu haqqında fikirlərini bölüşüb. Komanda.az “SkySport”-a istinadən xəbər verir ki, o, İtaliya futbolunun inkişaf etdiyini bildirib: “İtaliya futbolu inkişaf edir. Qabriele Qravina (İtaliya Futbol Federasiyasının prezidenti) işini əla görür. A Seriyası beş böyük çempionat (İtaliya, İspaniya, İngiltərə, Almaniya, Fransa) arasında mənim ən sevdiyim liqadır, amma hələ yaxşılaşdırılmalı çox şey var”. source
Martines “Barselona”nı tərk etməsinin səbəbini açıqlayıb
Dünya Futbolu

Martines “Barselona”nı tərk etməsinin səbəbini açıqlayıb

Bir müddət əvvəl “Barselona”dan “Əl-Nəsr”ə keçən müdafiəçi İniqo Martines keçidinin səbəblərini açıqlayıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu transferin maaşla bağlı olmadığını bildirib: “Təlim-məşq toplanışı bitəndə baş məşqçi Hans-Diter Fliklə danışdım. Onun başa düşəcəyini bilirdim və onunla dürüst idim. Mənim 34 yaşım var və müqaviləmin bitməsinə cəmi bir il qalıb. Bu, “Barselona”da çox maaş almamağımla bağlı deyil. Mənim kifayət qədər yaxşı maaşım var idi və ailəm də rahat idi. Amma belə imkanlar nadirdir, “yox” demək çətin idi. Ancaq Flik çox təəccübləndi, çünki mən məşqçi və klubla vidalaşmaq istəmirdim”. Martines 2023-2025-ci ildə “Barselona”da çıxış edib. İspaniyalı futbolçu Kataloniya klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub və “Əl-Nəsr”ə keçi...
Martines “Barselona”nı “Əl-Nəsr”ə dəyişməsinin səbəbini açıqlayıb
Dünya Futbolu

Martines “Barselona”nı “Əl-Nəsr”ə dəyişməsinin səbəbini açıqlayıb

Bir müddət əvvəl “Barselona”dan “Əl-Nəsr”ə keçən müdafiəçi İniqo Martines keçidinin səbəblərini açıqlayıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu transferin maaşla bağlı olmadığını bildirib: “Təlim-məşq toplanışı bitəndə baş məşqçi Hans Diter-Fliklə danışdım. Onun başa düşəcəyini bilirdim və onunla dürüst idim. Mənim 34 yaşım var və müqaviləmin bitməsinə cəmi bir il qalıb. Bu, “Barselona”da çox maaş almamağımla bağlı deyil. Mənim kifayət qədər yaxşı maaşım var idi və ailəm də rahat idi. Amma belə imkanlar nadirdir, “yox” demək çətin idi. Ancaq Flik çox təəccübləndi, çünki mən məşqçi və klubla vidalaşmaq istəmirdim”. Martines 2023-2025-ci ildə “Barselona”da çıxış edib. İspaniyalı futbolçu Kataloniya klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub və “Əl-Nəsr”ə keçi...
Etiraf etdi: “Superkuboka layiq deyildik”
Dünya Futbolu

Etiraf etdi: “Superkuboka layiq deyildik”

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi UEFA superkuboku matçında “Tottenhem” üzərində (2:2, penaltilər 4:3) qələbədən sonra açıqlama verib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunda çoxlu səhvlərə yol verdiklərini deyib:“Superkuboka layiq deyildik. Bu matçda öz oyunumuzla rəqibin futbolu arasındakı fərqi görə bildiz. 80 dəqiqə ərzində çoxlu səhvlərə yol verdik. Sonda bəxtimiz gətirdi ki, iki qol vurduq və hər şeyi penaltilər seriyasına apardıq. Amma bu, futboldur. Azarkeşlərimizə xoş emosiyalar bəxş etdiyimiz üçün şadıq”. source