Dünya Futbolu

Ərəblərdən FİFA-ya milyard avroluq dəstək
Dünya Futbolu

Ərəblərdən FİFA-ya milyard avroluq dəstək

FİFA inkişaf etməkdə olan ölkələrə yardım çərçivəsində Səudiyyə İnkişaf Fondundan 1 milyard avro məbləğində vəsait alıb. Bu vəsait əsasən futbol infrastrukturunun gücləndirilməsinə, yeni stadionların tikintisinə və mövcud arenaların yenidən qurulmasına yönəldiləcək. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA prezidenti Canni İnfantino maliyyə yardımı ilə bağlı belə deyib: “Bu razılaşma üzv-assosiasiyalarımız üçün şərait yaratmaq yolunda elə bir mühüm addımdır ki, futbol həqiqətən də qlobal idman növünə çevrilsin”. 2034-cü il dünya çempionatına Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək. 2026-cı ildə isə mundial tarixdə ilk dəfə olaraq üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək. source...
ÇL: Bu gün 5-ci tura start veriləcək
Dünya Futbolu

ÇL: Bu gün 5-ci tura start veriləcək

Bu gün UEFA Çempionlar Liqasında 5-ci tura start veriləcək. Komanda.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma olacaq. “Qarabağ”ın rəqiblərindən “Ayaks” evdə “Benfika” ilə üz-üzə gələcək. Türkiyə klubu “Qalatasaray” doğma meydanda “Yunion”la qarşılaşacaq. “Mançester Siti” evdə “Bayer”lə görüşəcək. “Barselona” isə səfərdə “Çelsi”nin qonağı olacaq. UEFA Çempionlar Liqası, 5-ci tur 25 noyabr 21:45. “Ayaks” (Niderland) – “Benfika” (Portuqaliya) 21.45. “Qalatasaray” (Türkiyə) – “Yunion” (Belçika) 00:00. “Mançester Siti” (İngiltərə) – “Bayer” (Almaniya) 00:00. “Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya) 00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Vilyarreal” (İspaniya) 00:00. “Napoli” (İtaliya) – “Qarabağ” (Azərbaycan) 00:00. “Slaviya” (Çexiya) – “Atl...
79 yaşı var, dünya çempionatına getmək istəyir
Dünya Futbolu

79 yaşı var, dünya çempionatına getmək istəyir

2021-ci ildən bəri işsiz qalan Qus Hiddink növbəti dünya çempionatında işə qayıtma ehtimalını istisna etməyib. Komanda.az xəbər verir ki, 79 yaşında olan niderlandlı mütəxəssis “A Bola”-ya açıqlamasında bunun hələ də mümkün olduğunu deyib: “Dünya çempionatı saf sehrdir. Avropa və dünya çempionatları inanılmazdır. Dik Advokat 78 yaşındadır və daha bir mundiala gedir. Bu, 5-7 həftəlik möhtəşəmlikdir! Mən beş Avropa və dünya çempionatında iştirak etmişəm. Daha birinə qoşula bilərəmmi? Şübhəsiz! Telefonum həmişə açıqdır”. Hiddinkin son iş yeri hazırda Dik Advokatın rəhbərlik etdiyi Kurasao millisi olub. Onun sabiq komandası DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb. source...
Neymar həlledici matçı buraxacaq
Dünya Futbolu

Neymar həlledici matçı buraxacaq

“Santos”un hücumçusu Neymar Braziliya A Seriyasının 35-ci turunda “İnternasional”a qarşı keçiriləcək oyunda iştirak etməyəcək. Komanda.az xəbər verir ki, bu barədə “Globo Esporte” məlumat yayıb. 33 yaşlı futbolçu əvvəlki matçda – “Mirasol”a qarşı oyunda sol dizində narahatlıq hiss edib. Komandanın məşqçilər heyəti riskə getməmək üçün Neymarın bu turda istirahət etməsinə qərar verib. Məqsəd onun növbəti matça – “Sport Resifi”yə qarşı oyuna tam hazır olmasıdır. “İnternasional”la qarşılaşma “Santos” üçün böyük əhəmiyyət daşıyır. Komanda hazırda 37 xalla turnir cədvəlinin 17-ci pilləsində və düşmə zonasındadır. Rəqib “İnternasional” isə 40 xalla 15-ci sırada qərarlaşıb. Neymar cari mövsümdə A Seriyasında 17 oyunda iştirak edib, 4 qol vurub. source...
İranlı futbolçu spirtli içkinin güdazına getdi
Dünya Futbolu

İranlı futbolçu spirtli içkinin güdazına getdi

İranın “Esteqlal” klubunun müdafiəçisi Armin Sohrabian oyunlardan kənarlaşdırılıb. Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, səbəb iranlı futbolçunun əlində şərab stəkanı tutduğu videonun yayılmasıdır. İranda 1979-cu ildən etibarən alkoqol istehlakı qadağandır. Video yerli hüquq-mühafizə orqanlarının etirazına səbəb olub. Sohrabian klub və intizam komitəsi qarşısında izahat verməli olacaq. 30 yaşlı futbolçu sosial şəbəkə hesabında bildirib ki, video illər əvvəl çəkilib və yayımlayan şəxs onunla konflikt yaşamış biridir. O, “Sepahan”la çempionluq, “Esteqlal”la isə 2 kubok qazanıb. source
Böyük gələcək vəd edirdi – 26 yaşında karyerasını bitirdi
Dünya Futbolu

Böyük gələcək vəd edirdi – 26 yaşında karyerasını bitirdi

Beynəlxalq arenada böyük gələcək vəd edən “İnter”in sabiq oyunçusu Zinho Vanheusden 26 yaşında futbolçu karyerasını başa vurub. Komanda.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb. Mərkəz müdafiəçisi karyerasına Belçikanın “Standard” klubunda başlayıb, daha sonra 16 yaşında “İnter”in gənclər komandası ilə müqavilə imzalayıb. Ondan birbaşa əsas komandada çıxış etməsi gözlənilsə də, davamlı sağlamlıq problemləri inkişafına mane olub. Vanheusden öz sosial şəbəkə hesabında bunları yazıb: “Son bir neçə il çox çətin keçdi. Zədələr, əməliyyatlar, iynələr, dərmanlar… Sağalmaq üçün hər şeyi etdim, amma hər dəfə daha çətin oldu. İçimdə həmişə futbolçu olmaq arzusu var idi, amma bədənim artıq “kifayətdir” deyir. Özümə, sağlamlığıma və ata kimi roluma hörmətimdən futbolu t...
Messidən yeni rekord
Dünya Futbolu

Messidən yeni rekord

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də ardıcıl şəkildə rekordları alt-üst etməyə davam edir. Argentinalı futbolçu bazar ertəsi “Sinsinnati” üzərində qazanılan 4:0 hesablı qələbədə meydanın əsas qəhrəmanı olub. O, həmin matçda 1 qol vurub və 3 məhsuldar ötürmə verib və bununla da komandasını pley-offun yarımfinalına daşıyıb. Komanda.az “Inter Miami News Hub”-a istinadən xəbər verir ki, Messi artıq MLS pley-off mərhələsində ən çox məhsuldar fəaliyyət göstərən futbolçu ünvanını ələ keçirib – 12 (6 qol + 6 məhsuldar ötürmə). Diqqətçəkən məqam isə 38 yaşlı futbolçunun bu rekordu qırması üçün cəmi dörd oyun keçirməsidir. Messiyə qədər rekord Ante Razov (2000) və Karlos Ruisa (2002) məxsus idi – hər iki futbolçu pley-offda 10 məhsuldar xal toplamışdı. Messinin performansı ML...
DÇ-2026: “Slovakiyanı məğlub etmək gücümüz var”
Dünya Futbolu

DÇ-2026: “Slovakiyanı məğlub etmək gücümüz var”

2026-cı il dünya çempionatının pley-off mərhələsinin yarımfinal cütünə çıxan Kosovo millisi Slovakiya yığması ilə qarşılaşacaq. Komanda.az xəbər verir ki, Kosovo millisinin baş məşqçisi Franko Foda UEFA və FİFA-nın rəsmi saytına açıqlamasında Slovakiyanın son oyunlarda, həmçinin, Almaniyaya qarşı ev matçında 2:0 hesabı ilə qalib gələrək güclü tərəf olduğunu sübut etdiyini bildirib: “Bu, çətin səfər oyunu olacaq, amma biz də yaxşı oynaya bilərik. Yaxınlarda İslandiya, Sloveniya və İsveç millilərini səfərdə məğlub etmişik. Matçı səbirsizliklə gözləyirik. Bu, gərgin qarşılaşma olacaq, amma Slovakiyanı məğlub etmək gücümüz var”. Kosovo millisi seçmə mərhələdə qrup ikincisi olaraq İsveçrədən geri qalıb. Slovakiya isə Almaniyadan sonra ikinci olub. Pley-off matçları 2026-cı ilin martınd...
Tanınmış futbolçu özünə klub axtarır
Dünya Futbolu

Tanınmış futbolçu özünə klub axtarır

“Napoli”nin sabiq vingeri Lorenso İnsinye uzun fasilədən sonra Avropaya dönməyi planlaşdırır. 34 yaşlı forvard Kanadanın “Toronto” klubunda üç il keçirdikdən sonra hazırda azad agentdir və yeni komanda axtarışındadır. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İnsinye ilk növbədə İtaliya A Seriyasına qayıtmaq istəyir, ancaq digər çempionatlara da açıqdır. Xüsusilə, Bundesliqada oynamaq onun üçün maraqlı seçimlərdən biridir. Maliyyə məsələsi İnsinye üçün prioritet sayılmır. O, “Toronto”nun heyətində bütün turnirlərdə 76 matça çıxıb, 19 qol vurub və 16 məhsuldar ötürmə verib. İtaliyalı futbolçu yaydan bəri yeni klub axtarır. Onun sabiq komandası “Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir. source...
UEFA “Qarabağ”ın rəqibini cərimə edib
Dünya Futbolu

UEFA “Qarabağ”ın rəqibini cərimə edib

“Qarabağ”ın UEFA Çempionlar Liqasında üz-üzə gələcəyi Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu cərimələnib. Komanda.az xəbər verir ki, bu barədə UEFA qərar çıxarıb. Buna Frankfurt təmsilçisinin evdə “Liverpul”a uduzduğu matçda yaşananlar səbəb olub. Bundesliqa klubu ümumilikdə 39250 avro ödəməli olacaq. “Ayntraxt” sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 11000, pirotexniki vasitələrdən istifadəyə görə 10750, idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görə 17500 avro ziyana düşüb. Oyun Frankfurt klubunun 1:5 hesablı məğlubiyyəti ilə bitib. Almaniya komandası “Qarabağ”la 2026-cı il, yanvarın 21-də Bakıda üz-üzə gələcək. source...