Dünya Futbolu

“Barselona”nın idarəetmə modeli mənim istədiyim tərzdə deyil”
Dünya Futbolu

“Barselona”nın idarəetmə modeli mənim istədiyim tərzdə deyil”

“Bayern”in fəxri prezidenti Uli Höness “Barselona”nın maliyyə vəziyyətini tənqid edib. Komanda.az OMR podkastına istinadən xəbər verir ki, o, klubun 1,3 milyard avrodan çox borcunun absurd və dözülməz olduğunu bildirib: “Belə borcla hansısa ölkədə yüksək liqada təhlükəsiz oynaya bilməzlər, amma burada heç bir şey olmur. “Barselona”nın idarəetmə modeli mənim istədiyim tərzdə deyil. Bu, “Bayern”dəki sistemin tam əksidir və Avropadakı digər klublar üçün nümunə ola biləcək möhkəm iqtisadi vəziyyətimizlə ziddiyyət təşkil edir. Etibarlı menecment və sağlam iqtisadiyyatla idman səviyyəsi riskli maliyyə manevrlərinə bağlı deyil. Almaniyadakı ciddi lisenziyalaşdırma qaydaları və auditorların təzyiqi 1,3 milyard avro borcu olan klub üçün dərhal fəsadlar yaradar”. source...
“Barselona” “Çelsi”yə, MS “Bayer”ə uduzdu
Dünya Futbolu

“Barselona” “Çelsi”yə, MS “Bayer”ə uduzdu

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start verilib. Komanda.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub. “Qarabağ”ın rəqiblərindən “Ayaks” evdə “Benfika”ya məğlub olub. Türkiyə klublarından “Qalatasaray” doğma meydanda “Yunion”a uduzub. “Mançester Siti” evdə “Bayer” ilə bacarmayıb, “Barselona” isə səfərdə “Çelsi”yə böyük hesabla uduzub. UEFA Çempionlar LiqasıLiqa mərhələsi, 5-ci tur25 noyabr Ayaks (Niderland) – Benfika (Portuqaliya) 0:2Qollar: Dahl, 6. Barreyro, 90. Qalatasaray (Türkiyə) – Yunion (Belçika) 0:1Qol: D.Promes, 57. Mançester Siti (İngiltərə) – Bayer (Almaniya) 0:2Qollar: Qrimaldo, 23; Şik, 54. Çelsi (İngiltərə...
ÇL: “Qalib gəlməmək üçün heç bir səbəbimiz yoxdur”
Dünya Futbolu

ÇL: “Qalib gəlməmək üçün heç bir səbəbimiz yoxdur”

“Qalatasaray”ın baş məşqçisi Okan Burukun UEFA Çempionlar Liqasında 5-ci tur matçı öncəsi mətbuat konfransı keçirilib. “Cim-bom” bu gün Belçikanın “Yunion” komandası ilə qarşılaşacaq. Oyunun start fiti saat 21:45-də səslənəcək. Komanda.az xəbər verir ki, türkiyəli çalışdırıcı mətbuat konfransında rəqibə hörmətlə yanaşdıqlarını bildirib: “Rəqibimizi hörmətlə qarşılayırıq. Onlar öz liqalarının liderləridir. Çox yaxşı təşkilatlanmış və fiziki cəhətdən güclü komandadırlar. Amma biz öz keyfiyyətimizi göstərsək, qalib gəlməmək üçün heç bir səbəbimiz yoxdur. Əsas hədəfimiz top-24-lükdə olmaqdır. İkinci hədəfimiz top-16-lığa çıxmaq və favorit komanda olmaqdır. Böyük arzumuz isə top-8-likdir”. Komandanın aparıcı futbolçusu Viktor Osimhenin durumuna dair sualı cavablandıran Okan Buruk, q...
Mourinyo: “Niyə həmişə “Ayaks”a qalib gəldiyimi bilmirəm”
Dünya Futbolu

Mourinyo: “Niyə həmişə “Ayaks”a qalib gəldiyimi bilmirəm”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının 5-ci turunda “Ayaks”la keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Qarşılaşma bu gün saat 21:45-də start götürəcək. Komanda.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı mətbuat konfransında taktiki suallardan yayınaraq, zarafatla rəqib baş məşqçini də yada salıb: “Fred Qrim (“Ayaks”ın baş məşqçisi) çox istərdi bilsin ki, biz necə oynayacağıq. Amma mən bunu deməyəcəm”. O, “Ayaks”a qarşı uğurlu statistikasına da münasibət bildirib. Mourinyo bu rəqiblə keçirdiyi 7 oyunun hamısında qələbə qazanıb. Altısı “Real”ın, biri isə 2017-ci ildə Avropa Liqasının finalında “Mançester Yunayted”in baş məşqçisi kimi: “Niyə həmişə “Ayaks”a qalib gəldiyimi bilmirəm. Tarix və statistika mənim üçün heç nə demir, çünki onlar oyunlara ...
Ronaldo yeni “müqavilə”yə hazırlaşır
Dünya Futbolu

Ronaldo yeni “müqavilə”yə hazırlaşır

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 40 yaşlı hücumçusu Kriştiano Ronaldo uzun illərdir münasibətdə olduğu Corcina Rodriqeslə nikaha girməyə hazırlaşır. Komanda.az “Jornal da Madeira”-ya istinadən xəbər verir ki, cütlüyün toy mərasimi gələn ilin yayında, Ronaldonun doğulduğu Madeyrada baş tutacaq. Toyun 2026-cı ildə Amerika, Meksika və Kanadada keçiriləcək dünya çempionatından sonra təşkil olunacağı bildirilir. Mundial 11 iyun-19 iyul tarixlərində olacaq. Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 9 matçda 10 qol vurub və 1 məhsuldar ötürmə verib. source...
ÇL: Kurtua “Olimpiakos”la matçı buraxa bilər
Dünya Futbolu

ÇL: Kurtua “Olimpiakos”la matçı buraxa bilər

“Real”ın qapıçısı Tibo Kurtua xəstəlik səbəbindən UEFA Çempionlar Liqasının 5-ci turunda səfərdə “Olimpiakos”la keçiriləcək oyunu böyük ehtimalla buraxacaq. Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, belçikalı qolkiper bu gün məşq başlamadan əvvəl klubun bazasını tərk edib. Kurtuada qastroenterit (mədə və bağırsaqların iltihabı) aşkarlanıb. Bu səbəbdən onun komanda ilə birgə sabahkı matç üçün səfərə çıxmayacağı ehtimal olunur. source
“Yamal və Estevao dünyanın ən yaxşı futbolçuları arasında olacaq”
Dünya Futbolu

“Yamal və Estevao dünyanın ən yaxşı futbolçuları arasında olacaq”

“Barselona”nın vingeri Rafinya UEFA Çempionlar Liqasının 5-ci turunda keçiriləcək “Çelsi” ilə oyundan əvvəl həm komanda yoldaşı Lamin Yamal, həm də londonluların futbolçusu Estevao haqqında fikirlərini bölüşüb. Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu, Yamal və Estevaonun inanılmaz səviyyəli oyunçular olduğunu bildirib: “Yamal və Estevao inanılmaz səviyyəli oyunçulardır. Onlar dünyanın ən yaxşı futbolçuları arasında olacaq. Böyük istedada malikdirlər. Hər şey onların öz əlindədir. Doğru yoldadırlar və həm komandalarında, həm də yığmalarında mövqelərinin ən yaxşısı ola bilərlər”. “Çelsi” – “Barselona” oyunu bu gün İngiltərədə keçiriləcək. Qarşılaşmanın start fiti saat 00:00-da səslənəcək. source...
Ronaldo tacikləri məyus edib
Dünya Futbolu

Ronaldo tacikləri məyus edib

“İstiqlol” klubunun baş direktoru Şahzod Sulaymanov Asiya Çempionlar Liqasının növbəti qarşılaşması öncəsi “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun Düşənbədəki oyuna gəlməməsi barədə açıqlama verib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun səfər matçlarında iştirak etmədiyini və bunun tacikistanlı azarkeşlər üçün böyük məyusluq yaratdığını bildirib: “Ronaldo Tacikistana, “İstiqlol”la oyuna gəlmədi. O, komandanın səfər görüşlərinə çıxmır. Daha əvvəl Hindistana və İraqa da getməmişdi. Biz çox məyusuq”. “İstiqlol” – “Əl-Nəsr” qarşılaşması sabah Tacikistanda keçiriləcək. 40 yaşlı Ronaldonun Səudiyyə Ərəbistanı klubuyla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir. source...
ÇL: Flik “Çelsi”nin baş məşqçisinə haqq qazandırdı
Dünya Futbolu

ÇL: Flik “Çelsi”nin baş məşqçisinə haqq qazandırdı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Çelsi”nin çalışdırıcısı Enzo Mareskanın fikirlərinə münasibət bildirib. Əvvəlcə Mareska Pep Qvardiolanın “Barselona”sını yüksək qiymətləndirdiyini söyləmişdi. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Mareskanın haqlı olduğunu bildirib: “Pepin “Barselona”sının oyun tərzini izləyərkən hər kəs bu komandaya aşiq olmuşdu. O, bir çox məşqçiyə məşq prosesində və ya futbol fəlsəfəsi yaratmaqda düzgün yolu göstərdi. Qvardiolanı təkrarlamaq mümkün deyil… O, inanılmazdır, ən yaxşı məşqçidir və Mareska haqlıdır: bir çox məşqçi onun yolunu izləyib”. “Barselona” bu gün UEFA Çempionlar Liqasının 5-ci turunda, səfərdə “Çelsi” ilə qarşılaşacaq. Matçın start fiti saat 00:00-da start götürəcək. so...
Ərəblərdən FİFA-ya milyard avroluq dəstək
Dünya Futbolu

Ərəblərdən FİFA-ya milyard avroluq dəstək

FİFA inkişaf etməkdə olan ölkələrə yardım çərçivəsində Səudiyyə İnkişaf Fondundan 1 milyard avro məbləğində vəsait alıb. Bu vəsait əsasən futbol infrastrukturunun gücləndirilməsinə, yeni stadionların tikintisinə və mövcud arenaların yenidən qurulmasına yönəldiləcək. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA prezidenti Canni İnfantino maliyyə yardımı ilə bağlı belə deyib: “Bu razılaşma üzv-assosiasiyalarımız üçün şərait yaratmaq yolunda elə bir mühüm addımdır ki, futbol həqiqətən də qlobal idman növünə çevrilsin”. 2034-cü il dünya çempionatına Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək. 2026-cı ildə isə mundial tarixdə ilk dəfə olaraq üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək. source...