Dünya Futbolu

ÇL: “İnanılmaz dərəcədə xoşbəxtəm”
Dünya Futbolu

ÇL: “İnanılmaz dərəcədə xoşbəxtəm”

“Bayer”in baş məşqçisi Kasper Yulmann Çempionlar Liqasının 5-ci turunda səfərdə “Mançester Siti” üzərində 2:0 hesablı qələbə haqda təəssüratlarını bölüşüb. Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandasının performansından razı qaldığını bildirib: “Mən inanılmaz dərəcədə xoşbəxtəm. Uşaqlarla fəxr edirəm. Komanda oyun planını mükəmməl şəkildə yerinə yetirdi. Oyunboyu soyuqqanlılığımızı qoruduq. Qeyd etmək lazımdır ki, dünən axşam şans bizim tərəfimizdə idi. Qapıçımız da çox yaxşı oynadı”. Leverkuzen klubu bu qələbədən sonra 8 xalla Çempionlar Liqasının turnir cədvəlində 13-cü yerdə qərarlaşıb. source
Mətbuat Neymarın atasını hirsləndirib
Dünya Futbolu

Mətbuat Neymarın atasını hirsləndirib

“Santos”un və Braziliya millisinin hücumçusu Neymarın atası ölkə mətbuatında yayılan iddialara münasibət bildirib. Xəbərlərdə futbolçunun menisk (diz oynağında yerləşən qığırdaqdan ibarət hissə) zədəsi səbəbindən bu il meydanlara qayıda bilməyəcəyi qeyd olunur. Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun atası bu xəbərlərə fikir vermədiklərini söyləyib: “Nə onun zədəsi, nə də deyilənlər barədə hansısa bir məlumatımız var. Neymar tibbi müayinədən keçib, biz isə hələ nəticələri gözləyirik. Bu, absurddur. Biz bu xəbərlərə fikir vermirik. Mən nəticələr olmadan suallara necə cavab verə bilərəm? Elə bil siz məndən çox şey bilirsiz! Bildiyim tək şey odur ki, o, narahatlıq hiss etdiyi üçün müayinədən keçdi. Müayinə oldu, amma hələ məlumat yoxdur, mətbuat isə nədə...
ÇL: “Topu daha sürətli hərəkət etdirməliyik”
Dünya Futbolu

ÇL: “Topu daha sürətli hərəkət etdirməliyik”

“İnter”in baş məşqçisi Kristian Kivu bildirib ki, komandası “Atletiko” ilə UEFA Çempionlar Liqası matçından əvvəl derbidəki məğlubiyyətə layiqincə cavab verməlidir. Onun komandası İtaliya A Seriyasının 12-ci turunda “Milan”a 0:1 hesabı ilə məğlub olub. Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, rumıniyalı çalışdırıcı oyun tərzlərini rəqiblərinə tətbiq etməli olduqlarını deyib: “Bu, Çempionlar Liqası matçıdır və biz müsbət tempimizi davam etdirməliyik. Yaxşı münasibət saxlamalı və oyun tərzimizi rəqiblərimizə tətbiq etməliyik. Nəzarətdə düzgün işləməli və topu daha sürətli hərəkət etdirməliyik. Oyunçular son mərhələdə daha təmkinli olmalıdırlar”. “Atletiko” – “İnter” qarşılaşması bu gün, saat 00:00-da start götürəcək. source...
ÇL: “Hesab 0:2 olanda hər şey bitdi”
Dünya Futbolu

ÇL: “Hesab 0:2 olanda hər şey bitdi”

“Barselona”nın müdafiəçisi Erik Qarsiya Çempionlar Liqasında “Çelsi”yə 0:3 hesablı məğlubiyyət haqda danışıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunu deyib:“Yaxşı başladıq və bir neçə dəfə qol vura bilərdik. İkinci hissədə öz gücümüzü qorumağa çalışdıq, amma hesab 0:2 olanda hər şey bitdi. “Çelsi” bizi təzyiq altına saldı və biz uyğunlaşa bilmədik. Daim topun arxasınca qaçmalı olduq. Bu tip oyunlarda daha rəqabətli olmalıyıq. Təkbətək, ribaundlar… Güclənmədən qalib gələ bilməzsən”. source
“Kukurella Yamalı tamamilə “cib”ində saxladı”
Dünya Futbolu

“Kukurella Yamalı tamamilə “cib”ində saxladı”

“Çelsi”nin qapıçısı Robert Sançes UEFA Çempionlar Liqasının 5-ci turunda “Barselona” ilə keçirilən oyundan sonra açıqlama verib. Londonda – “Stemford Bric”də baş tutan qarşılaşma “Çelsi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı qolkiper favoritin “Barselona” deyil, “Çelsi” olduğunu bildirib: “Qarşılaşmada Mark Kukurella Lamin Yamalı tamamilə “cib”ində saxladı. Onların hamısı yaxşıdır, ta ki, Premyer Liqa komandasına qarşı oynamayana qədər. “Barselona” Çempionlar Liqasının favoriti sayılır? Xeyr, favorit bizik”. “Çelsi” Çempionlar Liqasının 4-cü turunda, noyabrın 5-də Bakıda “Qarabağ”ın qonağı olub – 2:2. source...
“Qarabağ”la qarşılaşacaq “Ayaks”ın baş məşqçisi: “Bu, azarkeşlərimiz üçün dəhşətli dövrdür”
Dünya Futbolu

“Qarabağ”la qarşılaşacaq “Ayaks”ın baş məşqçisi: “Bu, azarkeşlərimiz üçün dəhşətli dövrdür”

“Ayaks”ın müvəqqəti baş məşqçisi Fred Qrim UEFA Çempionlar Liqasının 5-ci turunda “Benfika” ilə keçirilən ev oyununu dəyərləndirib. Turnirin autsayderləri hesab olunan komandaların duelində qonaqlar ilk qələbələrini qazanıblar – 2:0. Komanda.az “ad.nl”-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis məğlubiyyətə baxmayaraq, matçda müəyyən müsbət cəhətlər gördüyünü bildirib: “Komandanı gördüm. Futbolçular bir-birini dəstəkləyirdi və razılaşdığımız prinsiplərə əməl edirdilər. Gələcək oyunlar üçün uyğun nöqtələri açıq şəkildə görürəm. Məncə, bizim “Benfika”dan daha çox şansımız var idi. Birinci qolda – künc zərbəsindən sonra vurulan epizodda rəqib futbolçu oyundankənar vəziyyətdə idi. Təəssüf ki, hakimlər bunu görmədi. Azarkeşlərin bizimlə qalması xoşuma gəldi. Bu, “Ayaks” azarke...
PSV-nin baş məşqçisi “Qarabağ”ın rəqibi haqda: “Real” səviyyəsindədir”
Dünya Futbolu

PSV-nin baş məşqçisi “Qarabağ”ın rəqibi haqda: “Real” səviyyəsindədir”

PSV-nin baş məşqçisi Peter Boş UEFA Çempionlar Liqasının 5-ci turunda “Liverpul”la keçiriləcək qarşılaşmaya dair gözləntilərini bölüşüb. Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis “Liverpul”un dünyanın ən böyük klublarından biri olduğunu bildirib: “Liverpul” dünyanın ən böyük klublarından biridir, “Real” və “Barselona” ilə eyni səviyyədədir. Onun tarixi, stadionu, azarkeşləri – həqiqətən böyük klub olduğunu göstərir”. Niderland təmsilçisi Çempionlar Liqasında 4 turdan sonra 5 xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb. “Liverpul” isə 9 xalla 8-cidir. “Liverpul” – PSV matçı bu gün saat 00:00-da start götürəcək. “Liverpul” ” Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir. source...
ÇL: “Dünən gecə bir çox şey alınmadı”
Dünya Futbolu

ÇL: “Dünən gecə bir çox şey alınmadı”

“Barselona”nın cinah oyunçusu Markus Reşford komandasının Çempionlar Liqasının 5-ci turunda “Çelsi”yə 0:3 hesablı məğlubiyyəti haqda danışıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:“Xüsusilə də, Ronald Arauxo qovulduqdan sonra çox çətin idi. Çətin anlarda birliyimizi qorumağa və topu daha çox idarə etməyə çalışdıq, amma dünən gecə bir çox şey alınmadı. Düşünürəm ki, daha çox topa sahib olsaydıq və “Çelsi”nin say üstünlüyümüzdən istifadə etməsinin qarşısını alsaydıq, 10 nəfərlə belə, uğur qazanmaq şansımız olardı. Qırmızı vərəqə aldığımız üçün fasilədə düzəlişlər etməyə çalışdıq, amma yenə də öhdəsindən gələ bilmədik”. ”Mançester Yunayted”dən icarəyə götürülmüş ingiltərəli futbolçu oyunun ilk hissəsinin sonunda meydana əvəzedici kimi daxil olub. ...
Flik “qırmızı” alan oyunçu haqda: “Ona nə olduğunu göstərmək mənim işimdir”
Dünya Futbolu

Flik “qırmızı” alan oyunçu haqda: “Ona nə olduğunu göstərmək mənim işimdir”

“Barselona” UEFA Çempionlar Liqasının 5-ci turunda səfərdə “Çelsi”yə 0:3 hesabı ilə məğlub olub. Kataloniyalılar matçın 44-cü dəqiqəsində azlıqda qalıb. Komandanın müdafiəçisi Ronald Arauxo ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. Həmin anda tablodakı hesab 1:0 “Çelsi”nin xeyrinə idi. İkinci hissədə meydan sahibləri say üstünlüyündən maksimum yararlanaraq fərqi daha da artırıb və inamlı qələbə qazanıblar. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik oyundan sonra Arauxonun qovulmasına münasibət bildirib: “Onun ilk sarı vərəqəni nəyə görə aldığını bilmirəm. İkinci epizodda isə həmin o sürüşmə müdaxiləsindən qaça bilərdi. Düşünürəm ki, ona nə etməli olduğunu göstərmək mənim işimdir. Futbolda belə şeylər olur”. La Liqa klu...
ÇL: Bu gün 5-ci turun son oyunları keçiriləcək
Dünya Futbolu

ÇL: Bu gün 5-ci turun son oyunları keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində 5-ci tura yekun vurulacaq. Komanda.az xəbər verir ki, turun son oyun günündə daha 9 oyun olacaq. “Qarabağ”ın rəqiblərindən “Liverpul” evdə PSV, “Ayntraxt” isə “Atalanta” ilə üz-üzə gələcək. “Real” səfərdə “Olimpiakos”un qonağı olacaq. PSJ isə doğma meydanda “Tottenhem”lə qarşılaşcaq. UEFA Çempionlar Liqası, 5-ci tur 26 noyabr 21:45. “Kopenhagen” (Danimarka) – “Kayrat” (Qazaxıstan) 21:45. “Pafos” (Kipr) – “Monako” (Fransa) 00:00. PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) 00:00. “Liverpul” (İngiltərə) – PSV (Niderland) 00:00. “Arsenal” (İngiltərə) – “Bayern (Almaniya) 00:00. “Atletik” (İspaniya) – “İnter” (İtaliya) 00:00. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Atalanta” (İtaliya) 00:00. “Sportinq” (Portuqaliya) ...