Dünya Futbolu

“Portu”ya evim deyə bilərəm”
Dünya Futbolu

“Portu”ya evim deyə bilərəm”

“Portu”nun yeni müdafiəçisi Tyaqo Silva Portuqaliya klubuna keçidi ilə bağlı danışıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bunu söyləyib:“Mən bu gözəl kluba qayıtdım. Avropadakı karyeram burada başlamışdı. “Portu”ya evim deyə bilərəm. İşə başlamağı səbirsizliklə gözləyirəm və kluba etimadına görə təşəkkür etmək istəyirəm. Tezliklə görüşərik!”41 yaşlı futbolçu yanvarın 1-də “Fluminense”dən “Portu”ya transfer olunub. O, Portuqaliya klubu ilə bu mövsümün sonuna qədər olan müqavilə imzalayıb. source
Neymar: “Santos” mənim evimdir”
Dünya Futbolu

Neymar: “Santos” mənim evimdir”

“Santos”un hücumçusu Neymar klubu ilə müqaviləsini yeniləyib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu 2025-ci ilin onun üçün həm xüsusi, həm də çətin olduğunu deyib: “2025-ci il mənim üçün həm xüsusi, həm də çətin oldu. Sevinc dolu anlar yaşadım və qarşılaşdığım çətinlikləri yalnız sizin (azarkeşlərin) sevginiz sayəsində dəf edə bildim. Mən də güclü hisslər yaşayıram və onları hər oyunda, “Santos” forması geyinərkən göstərməyə çalışıram. 2026-cı il gəldi və taleyin belə yazılması mümkün deyildi. “Santos” mənim evimdir. Burada xoşbəxtəm və özümü təhlükəsiz hiss edirəm. Elə sizinlə birlikdə, qalan arzularımı reallaşdırmaq istəyirəm”. Klub tərəfindən bildirilib ki, yeni razılaşmanın müddəti bu ilin sonunadək qüvvədə olacaq. sou...
Messi klub sahibi olmaq istəyir
Dünya Futbolu

Messi klub sahibi olmaq istəyir

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi gələcək karyera planları ilə bağlı açıqlama verib. O, etiraf edib ki, özünü məşqçi rolunda görmür. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu məşqçilikdən daha çox idarəçi və ya klub sahibi olmaq ideyasının ona cəlbedici gəldiyini bildirib: “Düzü, özümü məşqçi kimi təsəvvür etmirəm. Menecer olmaq fikri mənə maraqlıdır, amma seçim etmək lazım gələrsə, klub sahibi olmağı üstün tutaram. Bir klubun sahibi olmaq, onu sıfırdan qurmaq və insanlara inkişaf şansı vermək məni daha çox cəlb edir”. Səkkiz dəfə “qızıl top”un sahibi olan 38 yaşlı futbolçu 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir. source...
Falkaonun yeni komandası bəlli oldu
Dünya Futbolu

Falkaonun yeni komandası bəlli oldu

Kolumbiya millisinin sabiq hücumçusu Radamel Falkaonun yeni klubu müəyyənləşib. Komanda.az xəbər verir ki, 39 yaşlı forvard ölkəsində “Milonarios” komandası ilə anlaşıb. O, daha əvvəl 2025-ci ilin yayında adıçəkilən komandadan ayrılmışdı və həmin vaxtdan bəri azad agent idi. Falkao 2024-cü ildə qoşulduğu “Milonarios”da 29 oyunda iştirak edib və 11 qol vurub. Falkao karyerası ərzində “Rayo Valyekano” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Monako” (Fransa), “Çelsi”, “Mançester Yunayted”, (hər ikisi İngiltərə) “Atletiko” (Madrid, İspaniya), “Portu” (Portuqaliya) və “River Pleyt” (Argentina) kimi klublarda oynayıb. source
Məşhur sabiq futbolçudan Maduronun tutulmasına reaksiya
Dünya Futbolu

Məşhur sabiq futbolçudan Maduronun tutulmasına reaksiya

“Milan”ın sabiq futbolçusu Paolo Maldini Venesuelanın prezidenti Nikolas Maduronun ABŞ təhlükəsizlik qüvvələri tərəfindən tutulmasını dəstəkləyib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial mediada Venesuela şəhərlərinin küçələrində insanların Maduro ətrafında baş verən hadisələri qeyd etdikləri və onun tutulmasından məmnunluqlarını ifadə etdikləri videoları paylaşıb. Maldininin həyat yoldaşı Adriana Fossa Venesuela əsillidir. Buna görə də, oğlu Daniel Maldini İtaliya millisində oynamaq qərarına gəlməzdən əvvəl qısa müddətə Venesuelanın gənclər və yeniyetmələr yığma komandalarında forma geyinib. source
Neymar “Santos”la müqavilənin müddətini uzadıb
Dünya Futbolu

Neymar “Santos”la müqavilənin müddətini uzadıb

“Santos” hücumçusu Neymarla müqavilənin müddətinin uzadıldığını rəsmən açıqlayıb. Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 2026-cı ilin sonunadək qüvvədə olacaq. Braziliyalı futbolçunun əvvəlki sözləşməsi isə dekabrın 31-də başa çatmışdı. Neymar 2025-ci ilin yanvarında “Santos”a geri qayıtmışdı. Hazırda 33 yaşında olan hücumçu ötən mövsüm komandanın Braziliya A Seriyasında qalmasında mühüm rol oynayıb. Xüsusilə, mövsümün taleyüklü son oyunlarında, zədəli olmasına baxmayaraq, liderlik və yüksək performans nümayiş etdirərək diqqət çəkib. Mövsüm başa çatdıqdan sonra Neymar dizindən əməliyyat olunub. Onun bərpa müddəti ilə bağlı dəqiq tarixlər hələlik açıqlanmayıb. source...
Neymar ötən il karyerasını bitirmək istəyirmiş
Dünya Futbolu

Neymar ötən il karyerasını bitirmək istəyirmiş

“Santos”un futbolçusu Neymar 2025-ci ildə peşəkar futbolçu karyerasını başa vurmağı ciddi şəkildə düşünüb. Komanda.az xəbər verir ki, bu barədə braziliyalı futbolçunun atası və eyni zamanda agenti olan Neymar da Silva Santos məlumat verib. Neymarın atasının sözlərinə görə, bu düşüncələr oğlunda menisk zədəsindən sonra yaranıb. O, “Rafa Tecla T” kanalına verdiyi açıqlamada oğlunun həmin dövrdə dediklərini belə xatırlayıb: “Mənə dönüb dedi: “Mən artıq bacarmıram. Gəlin əməliyyat edək, ata… Hətta bilmirəm, əməliyyat olunmağa dəyərmi. Mənim üçün artıq kifayətdir”. Neymar daha sonra “Santos”la müqaviləsinin müddətini 31 dekabr 2026-cı il tarixinə qədər uzadıb. source...
Millinin baş məşqçisi Osimhenlə Lukman arasındakı gərginlikdən danışdı
Dünya Futbolu

Millinin baş məşqçisi Osimhenlə Lukman arasındakı gərginlikdən danışdı

Nigeriya millisinin baş məşqçisi Erik Şell Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Mozambik yığması üzərində qazanılan 4:0 hesablı qələbədən sonra açıqlama verib. Qarşılaşmada əsas diqqət 64-cü dəqiqədə Viktor Osimhenlə Ademola Lukman arasında yaşanan epizoda yönəlib. Belə ki, hücumların birindən sonra Osimhen komanda yoldaşı Lukmana narazılığını bildirib. Bir neçə dəqiqə sonra isə “Qalatasaray”ın hücumçusu əvəzlənib. Komanda.az “Pulsе Sports”-a istinadən xəbər verir ki, hadisəyə münasibət bildirən Şell məsələni böyütmək istəməyib: “Bu, mənim idarəetməmlə bağlı məsələdir. Nə baş verdiyini kiməsə izah etməyə ehtiyac duymuram. Bunu özüm üçün saxlayacam. Komandada baş verən hər şey komandada qalacaq”. Viktor Osimhenin Nigeriya millisinin bombardiri olmaq üçün cəmi 4 qola...
“Neftçi”nin yarımmüdafiəçisi Misirə qarşı oynadı
Dünya Futbolu

“Neftçi”nin yarımmüdafiəçisi Misirə qarşı oynadı

Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir. Komanda.az xəbər verir ki, turnirin favoritlərindən olan Misir millisi Beninlə qarşılaşıb. Görüşün iştirakçıları arasında “Neftçi”nin yarımmüdafiəçisi Sessi DAlmeyda da olub. Benin yığmasının start heyətində yer alan yarımmüdafiəçi 77-ci dəqiqədə əvəzlənib. “Sumqayıt”dan Benin millisinə dəvət alan Abdul Raşid Mumini isə cəzalı olduğu üçün görüşü kənardan izləyib. Görüşün əsas vaxtında qalib aşkarlanmayıb – 1:1. Əlavə vaxtda daha üstün olan Misir 1/4 finala adlayıb – 3:1. Bununla da Benin millisi qitə kubokunda çıxışını başa vurub. Misir isə 1/4 finalda Nigeriya yığması ilə üz-üzə gələcək. Sözügedən komanda 1/8 finalda Mozambik millisini 4:0 hesabıyla məğlub edib. source...
“Seltik” baş məşqçini bir ay sonra istefaya göndərdi
Dünya Futbolu

“Seltik” baş məşqçini bir ay sonra istefaya göndərdi

Şotlandiyanın “Seltik” komandası baş məşqçisi Vilfrid Nensi ilə vidalaşıb. Komanda.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Nensi 2025-ci il dekabrın 5-də komandaya baş məşqçi təyin olunmuşdu. Şotlandiya nəhəngi onun rəhbərliyi altında cəmi 8 oyuna çıxıb, bu görüşlərin 6-da məğlubiyyətlə üzləşib. source