Dünya Futbolu

Mançini Qətər klubunda – Rəsmi
Dünya Futbolu

Mançini Qətər klubunda – Rəsmi

İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançininin yeni iş yeri məlum olub. İtaliyalı mütəxəssis UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Napoli”yə keçəcəyi ilə bağlı yayılan şayiələrdən sonra, Qətərin “Əl-Sədd” klubu ilə rəsmi müqavilə imzalayıb. Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 59 yaşlı çalışdırıcı illik 5 milyon avro qazanacaq. Tərəflər arasındakı əməkdaşlıq uğurlu alınarsa, bu məbləğ 8 milyon avroya qədər arta bilər. “Əl-Sədd”in heyətində vaxtilə “Barselona”nın keçmiş futbolçusu Xavi Hernandes də çıxış edib və sonradan həmin komandada baş məşqçi kimi fəaliyyət göstərib. source
Ronaldo: “Kifayət qədər ağıllıyam”
Dünya Futbolu

Ronaldo: “Kifayət qədər ağıllıyam”

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerasında uğur qazanmasının səbəbini açıqlayıb. 40 yaşlı futbolçu həm millidə, həm də klubunda vacib oyunçu olaraq çıxış etməyə davam edir. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı forvard futbolda ən çətin şeyin qol vurmaq olduğunu hesab edir: “Mən hesab edirəm ki, futbolda ən çətin şey qol vurmaqdır. Kifayət qədər ağıllıyam. Buna görə, özümü fiziki və psixoloji durumumu, həmçinin, çıxış etdiyim klubları və liqaları nəzərə alaraq adaptasiya edə bildim. Ağıllı oyunçu adaptasiya edə biləndir. Futbol artıq əvvəlki kimi deyil, hətta bir il əvvəlki futbol da fərqli idi. Sən buna uyğun dəyişməlisən. Bir şey itirilir, bir şey isə qazanılır. Mənim üçün əsas olan ağıl və düzgün yanaşmadır”. Ron...
Rebrov Fransa millisinə qalib gəlmək istəyir
Dünya Futbolu

Rebrov Fransa millisinə qalib gəlmək istəyir

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində Fransa yığması ilə qarşılaşmadan öncə açıqlama verib. Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis bu oyunun onlar üçün çox önəmli olduğunu bildirib: “Bu oyun bizim üçün çox önəmlidir. Ancaq hər bir qarşılaşma əhəmiyyətlidir. Hədəfimiz qalib gəlməkdir. İlk oyunu təhlil etdik, orada məğlub olmuşduq və indi xal qazanmağa çalışacağıq”. Fransa və Ukrayna milliləri arasındakı matç bu gün saat 23:45-də start götürəcək. Qrupun digər qarşılaşmasında Azərbaycan millisi eyni gündə, saat 21:00-da İslandiya yığmasını qəbul edəcək. source
DÇ-2026: Bu gün seçmə mərhələnin 8 oyunu keçiriləcək
Dünya Futbolu

DÇ-2026: Bu gün seçmə mərhələnin 8 oyunu keçiriləcək

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriəcək. Komanda.az xəbər verir ki, D, F, I və K qruplarında ümumilikdə 8 qarşılaşma keçiriləcək. D qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri – Fransa və Ukrayna yığmaları birincilərin meydanında üz-üzə gələcək. DÇ-2026: Seçmə mərhələ 13 noyabr D qrupu 21:00. Azərbaycan – İslandiya23:45. Fransa – Ukrayna     Xal: Fransa – 10, Ukrayna – 7, İslandiya – 4, Azərbaycan – 1. F qrupu 21:00. Ermənistan – Macarıstan    23:45. İrlandiya – Portuqaliya     Xal: Portuqaliya – 10, Macarıstan – 5, İrlandiya – 4, Ermənistan – 3. I qrupu 21:00. Norveç – Estoniya    23:45. Moldova – İtaliya     Xal: Norveç – 18, İtaliya – 15, İsrail – 9, Estoniya – 4, Moldova – 1. K qrupu 23:45. İ...
Tanınmış futbolçu Avropaya qayıtmaq istəyir
Dünya Futbolu

Tanınmış futbolçu Avropaya qayıtmaq istəyir

“Əl-Hilal”ın müdafiəçisi Joao Kanselo gələcəkdə yenidən Avropada oynamaq niyyətində olduğunu etiraf edib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:“Əlbəttə ki, yenidən Avropada oynamaq arzusundayam. “Əl-Hilal”la müqaviləmin bitməsinə daha bir il qalıb, amma həmişə yeni macəralara açığam”. Portuqaliyalı futbolçu 2024-cü ilin yayında “Mançester Siti”dən “Əl-Hilal”a keçib. O, bu mövsüm Səudiyyə Ərəbistanı klubunda 4 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. source
David Vilyadan “Messi, yoxsa Ronaldo” sualına cavab
Dünya Futbolu

David Vilyadan “Messi, yoxsa Ronaldo” sualına cavab

İspaniya millisinin sabiq hücumçusu David Vilya, Kriştiano Ronaldo ilə Lionel Messi arasında seçim edib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Barselona”da birlikdə oynadığı dövrdən tanıdığı argentinalı futbolçunu seçib:“Ronaldo, yoxsa Messi? Messi. Amma mən kiminsə Ronaldonun uğurlarını kiçildib Messini seçməsini başa düşmürəm. Qətiyyən yox. Ronaldo tarixin ən yaxşılarından biridir”. Messi hazırda ABŞ-da – “İnter Mayami”də, Ronaldo isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır. source
“Real”ın sabiq futbolçusu yeni klub axtarır
Dünya Futbolu

“Real”ın sabiq futbolçusu yeni klub axtarır

“Real”ın sabiq futbolçusu, hazırda “Leon”un yarımmüdafiəçisi olan Xames Rodrigez Meksika klubundan ayrılmaq niyyətindədir. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı futbolçu ilin sonuna qədər klubla müqaviləsini yeniləmək niyyətində deyil. O, azad agent olmaq və sabit oyun vaxtı qazana biləcəyi yeni bir komanda tapmaq istəyir. Rodriges Kolumbiya millisinin 2026-cı il dünya çempionatı üçün heyətinə daxil olmağa ümid edir. source
FİFA-dan vacib qərarlar
Dünya Futbolu

FİFA-dan vacib qərarlar

FİFA ilə bir neçə futbolçuların Həmkarlar İttifaqı arasında keçirilən görüşdə oyunçuların həyatını yaxşılaşdırmaq ideyaları müzakirə olunub. Komanda.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mərakeşdə baş tutan görüşdə oyunçuların iş şəraiti ilə bağlı əsas bu təşəbbüslər təsdiqlənib: Matçlar arasında ən azı 72 saat istirahət; Mövsümlərarası fasilədə ən azı 21 gün istirahət; Həftədə bir gün istirahət. İclasda, həmçinin, uzun məsafəli uçuşlar və futbolçuların üzləşdiyi iqlim şəraiti ilə bağlı əlavə tədbirlərin görülməsi zərurəti müzakirə olunub. Bütün bu məsələlər digər maraqlı tərəflərlə daha sonra müzakirə olunacaq. İclasda klublarının üzləşdiyi maddi sıxıntı səbəbindən maaşlarını ala bilməyən peşəkar futbolçular üçün FİFA-nın maliyyə dəstəyi fondu yaradacağı da ...
Azərbaycan millisinin futbolçusu Rusiyada növbəti dəfə rəmzi komandaya seçildi
Dünya Futbolu

Azərbaycan millisinin futbolçusu Rusiyada növbəti dəfə rəmzi komandaya seçildi

Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında sonuncu – 26-cı turun rəmzi komandasına seçilib. Komanda.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb. “Zenit”in formasını geyinən müdafiəçi ÇSKA ilə matçdan (0:1) sonra fərqləndirilib. O, Moskva təmsilçisi ilə görüşdə start heyətində meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. “Zenit” 2025/2026 mövsümünü 52 xalla 3-cü pillədə başa vurub. Müdafiəçi, daha əvvəl 10, 13 və 17-ci turlarda da həftənin rəmzi “11-liy”ində yer alıb. source
Meksika prezidenti DÇ-2026-dan danışdı
Dünya Futbolu

Meksika prezidenti DÇ-2026-dan danışdı

Meksika prezidenti Klaudiya Şeybaum qarşıdan gələn 2026-cı il dünya çempionatı ilə bağlı danışıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu tarixi an adlandırıb: “Bizim üçün bu, təkcə ən yaxşı komandaları şəxsən izləmək şansı deyil, həm də özümüzü sübut etmək, dünyaya Meksikanın nə olduğunu göstərmək üçün bir fürsətdir. Ölkəmiz tarixi bir an yaşayır. Qarşımızda çox iş var, amma bir neçə aydan sonra hər şey dünya kuboku üçün hazır olacaq”. 2026-cı il dünya çempionatı üç Şimali Amerika ölkəsində – ABŞ, Meksika və Kanadada keçiriləcək. Argentina millisi son dünya çempionudur. source