Dünya Futbolu

“Əl-Əhli” rəsmisi Toni ilə bağlı xəbərləri təkzib etdi
Dünya Futbolu

“Əl-Əhli” rəsmisi Toni ilə bağlı xəbərləri təkzib etdi

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun idman direktoru Rui Pedro ingiltərəli hücumçu İvan Toninin klubdan ayrılacağı barədə məlumatları şərh edib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Toninin top-oyunçu olduğunu bildirib: “Toni top-oyunçudur, əla hücumçudur. Yanvarda onun getməsi barədə şayiələr? Bu, düzgün deyil. Biz ona güvənirik, bu mövzuya baxmağa ehtiyac yoxdur”. 29 yaşlı forvard cari mövsümdə bütün turnirlər daxil olmaqla 15 matçda iştirak edib, 11 qol vurub və 2 məhsuldar ötürmə verib. source
Almaniya və Xorvatiyadan inamlı qələbə
Dünya Futbolu

Almaniya və Xorvatiyadan inamlı qələbə

DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib. Komanda.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub. Almaniya səfərdə Lüksemburqu üstələyibsə, Xorvatiya Farer adalarını xalsız yola salıb. Niderland da səfərdə Polşa ilə bərabərə qalıb. DÇ-2026-nın seçmə mərhələsi14 noyabr A qrupu Lüksemburq – Almaniya 0:2Qollar: Voltemade, 49; 69. Slovakiya – Şimali İrlandiya 1:0Qol: Bobçek, 90+1. Xallar: Almaniya – 12. Slovakiya – 12. Şimali İrlandiya – 6. Lüksemburq – 0. G qrupu Finlandiya – Malta 0:1Qol: Qreç, 81. Polşa – Niderland 1:1Qollar: Kaminski, 43 – Depay, 47. Xallar: Niderland – 17. Polşa – 14. Finlandiya – 10. Malta – 5. Litva – 3. L qrupu Cəbəllütariq – Monteneqro 1:2Qollar: Yessop, 20 – Adziç, 33. Krstoviç, 42-pen. Xorv...
Niderland millisində itki
Dünya Futbolu

Niderland millisində itki

Niderland millisinin və “İnter”in müdafiəçisi Denzel Dumfris yığma komandaya çağırıldıqdan sonra sıradan çıxan üçüncü oyunçu olub. Komanda.az xəbər verir ki, bu barədə “vi.nl” portalı məlumat yayıb. 29 yaşlı futbolçunun əvvəl də zədəsi səbəbindən millidəki oyunda iştirakı sual altında idi. İndi isə rəsmi olaraq məlum olub ki, Dumfris komandaya kömək edə bilməyəcək. Niderland millisi bu gün səfərdə Polşa yığması ilə qarşılaşacaq. Komanda 16 xalla qrup lideridir, Polşa millisi isə 13 xalla 2-ci pillədə qərarlaşıb. source
Kuman: “Bu, yəqin ki, qrupdakı ən çətin matç olacaq”
Dünya Futbolu

Kuman: “Bu, yəqin ki, qrupdakı ən çətin matç olacaq”

Niderland millisinin baş məşqçisi Ronald Kuman 2026-cı il dünya çempionatının seçmə mərhələsində Polşa yığmasıyla baş tutacaq səfər oyunundan danışıb. Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komanda olaraq hazırda yaxşı vəziyyətdə olduqlarını söyləyib:“Meydana qələbə axtararaq çıxırıq. Qarşıdakı oyuna da eyni münasibəti göstərəcəyik. Hazırda yaxşı vəziyyətdəyik və başladığımız işi bitirmək istəyirik. Bu, yəqin ki, qrupdakı ən çətin matç olacaq”. Qarşılaşma bu gün keçiriləcək. source
Rebrov Fransa millisinə ağır məğlubiyyətdən danışdı
Dünya Futbolu

Rebrov Fransa millisinə ağır məğlubiyyətdən danışdı

Ukrayna millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində səfərdə Fransaya 0:4 hesabı ilə məğlub olub. Komanda.az xəbər verir ki, ukraynalıların baş məşqçisi Sergey Rebrov oyundan sonra UEFA-nın rəsmi saytına matçla bağlı fikirlərini bölüşüb: “İki əsas məqam oldu – Fransanın qapısına təyin olunmayan penalti və bizə qarşı 11 metrlik zərbə. Fasilədən sonra futbolçularım yoruldu, meydan sahibləri də çoxlu şanslar yaratmağa başladılar. Hamı başa düşür ki, növbəti matç həlledici olacaq. Biz yüksək formada olacağıq”. Ukrayna millisi növbəti oyununda İslandiya ilə qarşılaşacaq. source
DÇ-2026: Almaniya bu gün Lüksemburqla, Niderland Polşa ilə qarşılaşacaq
Dünya Futbolu

DÇ-2026: Almaniya bu gün Lüksemburqla, Niderland Polşa ilə qarşılaşacaq

Bu gün DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsinin 9-cu turunda növbəti oyunlar keçiriləcək. Komanda.az xəbər verir ki, A, G, L qruplarında ümumilikdə 6 oyun baş tutacaq. Almaniya millisi səfərdə Lüksemburqun, Niderland isə Polşanın qonağı olacaq. DÇ-2026, seçmə mərhələ 14 noyabr A qrupu 23:45. Lüksemburq – Almaniya 23:45. Slovakiya – Şimali İrlandiya Xal: Almaniya – 9, Slovakiya – 9, Şimali İrlandiya – 6, Lüksemburq – 0. G qrupu 21:00. Finlandiya – Malta 23:45. Polşa – Niderland Xal: Niderland – 16, Polşa – 13, Finlandiya – 10, Litva – 3, Malta – 2. L qrupu 23:45. Cəbəllütariq – Monteneqro 23:45. Xorvatiya – Farer Adaları Xal: Xorvatiya -16, Çexiya – 13, Farer Adaları – 12, Monteneqro – 6, Cəbəllütariq – 0. source...
“Ançelotti hər bir braziliyalının xoşbəxt olmasını görmək istəyir”
Dünya Futbolu

“Ançelotti hər bir braziliyalının xoşbəxt olmasını görmək istəyir”

“Real”ın hücumçusu Vini­sius Junior Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin işini yüksək qiymətləndirib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu, Ançelottinin millidə inam yaratdığını deyib: “Ançelotti klublarda etdiyi işi burada da edir. O, inam yaradır, hər kəsi rahat hiss etdirir, oyunçulardan mövqelərində ən yaxşı keyfiyyətlərini istifadə edir. Ançelotti hər bir braziliyalının xoşbəxt olmasını görmək istəyir”. Ançelotti bu ilin mayından Braziliya millisini çalışdırmağa başlayıb. Komanda onun rəhbərliyi altında 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqəni rəsmiləşdirib. source
Fransa yığması Ukraynanı böyük hesabla məğlub etdi
Dünya Futbolu

Fransa yığması Ukraynanı böyük hesabla məğlub etdi

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Komanda.az xəbər verir ki, D qrupunda yer almış Azərbaycan yığması İslandiyaya 2 cavabsız qolla uduzub. Bu qrupun digər görüşündə Fransa yığması Ukrayna millisi ilə üz-üzə gəlib və darmadağına sevinib. Portuqaliya yığması İrlandiya millisinə uduzub. İngiltərə millisi isə Serbiya yığması ilə matçda qələbə seriyasını davam etdirib. DÇ-2026-nın seçmə mərhələsi13 noyabr D qrupu Azərbaycan – İslandiya 0:2Qollar: Qudmundsson, 20. İnqason, 39. Fransa – Ukrayna 4:0Qollar: Mbappe, 55-pen; 83. Olise, 76. Ekitike, 88. Xallar: Fransa – 13. İslandiya – 7. Ukrayna – 7. Azərbaycan – 1. F qrupu Ermənistan – Macarıstan 0:1Qol: Varqa, 33. İrlandiya – Portuqaliya 2:0Qollar: Parrott, 17; 45....
Tanınmış futbolçu “Avropaya qayıtmıram” dedi
Dünya Futbolu

Tanınmış futbolçu “Avropaya qayıtmıram” dedi

“Los-Anceles”in hücumçusu Son Hın Min şayiələrə baxmayaraq, Avropaya qayıtmayacağını bildirib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, heç bir icarə variantı və ya transfer olmayacağını deyib: “Müqaviləm qüvvədə olduğu müddətdə bu qış və ya heç vaxt “Los-Anceles”dən ayrılmayacam. Klubuma hörmət edirəm. Heç bir icarə variantı və ya transfer olmayacaq”. Bu yaxınlarda mətbuatda cənubi koreyalı futbolçunun yanvar ayında Avropa klublarından birinə icarəyə verilə biləcəyi barədə xəbərlər yayılıb. Son Hın Min avqustun əvvəlində 22 milyon avroya “Tottenhem”dən ABŞ klubuna keçib. Onun “Los-Anceles”lə müqaviləsinin müddəti 2027-ci ilin sonuna qədərdir. The post Tanınmış futbolçu “Avropaya qayıtmıram” dedi appeared first on Komanda.az.source...
“Heç kim Messinin gedişinə hazır deyil”
Dünya Futbolu

“Heç kim Messinin gedişinə hazır deyil”

Argentina millisinin müdafiəçisi Nikolas Talyafiko komanda yoldaşı Lionel Messinin gələcək karyerası barədə danışıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçunun milli komandadakı fəaliyyəti ilə bağlı sualı cavablandıran Talyafiko, Messinin özünün qərar verəcəyini bildirib: “Leo artıq 20 ildir millinin formasını geyinir. Heç kim hazır deyil ki, o gedə bilər. Messi özü qərar verəcək. Ola bilsin, gələcəkdə o, millinin məşqçi heyətində yer alacaq və ya komandada başqa bir vəzifə tutacaq”. Argentina millisi artıq 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. source