Dünya Futbolu

Kantedən gələcəyi haqda açıqlama
Dünya Futbolu

Kantedən gələcəyi haqda açıqlama

“Əl-İttihad”ın və Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kante Avropaya mümkün dönüşü barədə danışıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu ölkəsinə qayıda biləcəyini deyib: “Paris”ə və ya Fransa Liqa 1-in başqa klubuna keçəcəyim hələ dəqiq deyil. Bu barədə hələ düşünməmişəm. Hazırda “Əl-İttihad”la müqaviləm var. Fransaya dönməyi istisna etmirəm, amma bu, hələlik gündəmdə deyil”. 34 yaşlı futbolçu 2023-cü ilin yayından Səudiyyə Ərəbistanı klubunda çıxış edir. Kantenin bazar dəyəri 5 milyon avro qiymətləndirilir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarında başa çatacaq. source
İspaniyadan darmadağın, Türkiyə millisindən inamlı qələbə
Dünya Futbolu

İspaniyadan darmadağın, Türkiyə millisindən inamlı qələbə

DÇ-2026-nın seçmə mərhələsində bu gün növbəti oyunlar keçirilib. Komanda.az xəbər verir ki, ümumilikdə 10 qarşılaşma baş tutub. Türkiyə millisi evdə Bolqarıstan yığmasını 2 cavabsız qolla yenib. İspaniya millisi isə səfərdə Gürcüstan yığmasına böyük hesabla qalib gəlib. DÇ-2026-nın seçmə mərhələsi15 noyabr B qrupu İsveçrə – İsveç 4:1Qollar: Embolo, 12. Caka, 60-pen. Ndoye, 75. Manzambi, 90+4 – Niqren, 33. Sloveniya – Kosovo 0:2Qollar: Asllani, 6. Karniçnik, 64-öz qapısına. Xallar: İsveçrə – 13. Kosovo – 10. Sloveniya – 3. İsveç – 1. C qrupu Danimarka – Belarus 2:2Qollar: Damsqor, 11. İsaksen, 79 – Qromko, 62. Demçenko, 65. Yunanıstan – Şotlandiya 3:2Qollar: Bakasetas, 7. Karetsas, 57. Tsolis, 63 – Doak, 65. Kristie, 70. Xallar: Danimarka – 11. Şotlandiya – ...
“Tarixin ən yaxşısı kimi Messini görürəm” – Sabiq futbolçu
Dünya Futbolu

“Tarixin ən yaxşısı kimi Messini görürəm” – Sabiq futbolçu

“Barselona”nın və İngiltərə millisinin sabiq oyunçusu Qari Lineker bütün zamanların ən yaxşı futbolçusunun adını açıqlayıb. Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, o, seçimində argentinalı forvard Lionel Messiyə üstünlük verib: “Kriştiano Ronaldo və Messi rəqabətləri dövründə çox şeyə nail oldular. Mən tarixin ən yaxşısı kimi Messini görürəm. O, hər şeyi qazanıb və hələ də meydanda fantastik şeylər edir. Amma Ronaldo da böyük futbolçudur, əla bombardirdir”. 38 yaşlı Messi hazırda MLS-də “İnter Mayami”nin formasını geyinir. O, cari mövsümdə 31 oyuna çıxıb, 34 qol vurub və 17 məhsuldar ötürmə verib. source
DÇ-2026: Sabiq futbolçu əsas favorit kimi İspaniya millisini görür
Dünya Futbolu

DÇ-2026: Sabiq futbolçu əsas favorit kimi İspaniya millisini görür

“Barselona”nın sabiq futbolçusu Qari Lineker DÇ-2026-nın əsas favoriti hesab etdiyi komandaların adlarını açıqlayıb. Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu, əsas favoritlərdən birinin İspaniya millisi olduğunu deyib: “Əsas favoritlərdən biri İspaniya millisidir. Onların indi möhtəşəm heyəti var. İngiltərənin də güclü heyəti var, amma bizim komandamız üçün belə turnirlər həmişə çətin olur. Argentina və Fransa millilərinin də qələbə şansları yüksəkdir. Lionel Messini unutmamalıyıq. O, hələ də ən yüksək səviyyədə çıxış edir”. source
Maltaya uduzan baş məşqçi: “Bu məni çox məyus edir”
Dünya Futbolu

Maltaya uduzan baş məşqçi: “Bu məni çox məyus edir”

Finlandiya millisinin baş məşqçisi Yakob Fris DÇ-2026-nın seçmə mərhələsində Malta yığmasına qarşı gözlənilməz 0:1 hesablı məğlubiyyəti şərh edib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı çalışdırıcı çox məyus olduğunu bildirib: “Qol vura bilməməyimiz anlaşılmazdır. Çox imkanlarımız var idi, onların neçə şansı oldu? Bi–iki. İlk oyuna nisbətən daha çox qol imkanları yaratdıq. Amma belədir futbol – bir oyunu qazandıq, indi uduzduq. Bu məni çox məyus edir”. Baş məşqçi əlavə edib ki, komandası yaxşı çıxış edib və tək narazılığı onların yaratdığı imkanları dəyərləndirə bilməmələridir. Bu nəticə ilə Malta millisi turnirdə ilk qələbəsini qazanıb. Finlandiya millisi qrupu 10 xalla, turnir cədvəlinin 3-cü pilləsində tamamlayıb. source...
Kuman: “Bəzi oyunçular öz vəzifələrini yerinə yetirmirlər”
Dünya Futbolu

Kuman: “Bəzi oyunçular öz vəzifələrini yerinə yetirmirlər”

Niderland millisinin baş məşqçisi Ronald Kuman Polşa yığması ilə keçirilən 1:1 hesablı oyundan sonra açıqlama verib. Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı daha səbrli oynamalı olduqlarını bildirib: “Daha səbrli oynamaq və bəzi vəziyyətlərdə müdafiəni yaxşı qurmaq lazımdır. Polşa millisinin çox imkanları olmadığını düşünürəm, amma rəqib iki açıq qol şansı yaratdı, bizdə isə belə olmadı. Bəzi oyunçular öz vəzifələrini yerinə yetirmirlər. Beş müdafiəçi iki hücumçunun təhlükəli zonalarda boş qalmasına icazə verməməlidir. Bu, qəbuledilməzdir”. Niderland yığması DÇ-2026-ya bir tur qalmış demək olar ki, birbaşa vəsiqəni təmin edib. Polşa millisi 3 xal geridədir, ancaq niderlandlıların top fərqində ciddi üstünlüyü var. source...
Millinin baş məşqçisi azarkeşlərin davranışından narazılıq etdi
Dünya Futbolu

Millinin baş məşqçisi azarkeşlərin davranışından narazılıq etdi

Polşa millisinin baş məşqçisi Yan Urban DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Niderland yığması ilə oyunu (1:1) şərh edib. Komanda.az “sport.pl”-ə istinadən xəbər verir ki, o, bu görüşdən razı olduğunu bildirib: “Bu görüşdən razıyam. Çox tələbkar rəqib qarşısında komandamızın bir addım irəliləyiş etdiyini görmək istəyirdim. Məncə, bunu bacardıq, çünki ilk (səfər) oyunla müqayisədə daha çox imkan yaratdıq. Topa daha çox sahib olduq və ümumilikdə yaxşı görünürdük. Vərəqələr və zədələr səbəbindən bir çox dəyişikliklər etdik, buna görə də bütün oyunçuların çıxışından məmnunam”. Baş məşqçi həmçinin, azarkeşlərin davranışı səbəbindən oyunun dayandırılması məsələsinə toxunub. İkinci hissədə onlar meydana fişəng atıblar: “Bunun oyuna nə dərəcədə təsir etdiyini bilmirəm, amma belə ha...
“Futbolçuları xoşlamadıqları mövqelərdə oynatmaq fikrim yoxdur”
Dünya Futbolu

“Futbolçuları xoşlamadıqları mövqelərdə oynatmaq fikrim yoxdur”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komanda üzvləri ilə apardığı söhbətlər barədə danışıb. Noyabr toplanışına dəvət alan futbolçular arasında Vinisius Junior da var. Braziliya millisi bu gün Seneqal yığması ilə yoxlama oyunu keçirəcək, ayın 18-də isə Tunislə qarşılaşacaq. Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı mətbuat konfransında futbolçuları xoşlamadıqları mövqelərdə oynatmaq fikrinin olmadığını deyib: “Bütün oyunçularla danışmalı idim. Onların nə düşündüyünü bilmək istəyirəm, ideyalarını eşitmək mənim üçün vacibdir. Futbolçuları xoşlamadıqları mövqelərdə oynatmaq fikrim yoxdur. Məqsədim hamının meydanda özünü rahat hiss etməsidir. Vinisiusla isə daha çox şəxsi məsələlərdən danışdıq, taktika mövzusuna toxunmadıq”. Ançelotti yayda “Real”dan ayrıldıqdan ...
Messi getdikcə əlçatmaz olur
Dünya Futbolu

Messi getdikcə əlçatmaz olur

Lionel Messi Argentina millisinin bütün zamanların ən yaxşı bombardirləri siyahısında rəqiblərdən daha da uzaqlaşır. O, Anqola ilə yoxlama oyununda fərqlənərək milli komandada vurduğu qolların sayını 115-ə çatdırıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Messinin bu qollarının 56-sı 30 yaşını keçdikdən sonra vurulub. Bu isə Argentina millisinin ikinci ən məhsuldar futbolçusu Qabriel Batistutanın bütün karyerası boyu yığmada vurduğu qollardan (55) daha çoxdur. 38 yaşlı forvard Argentina yığmasının heyətində ümumilikdə 196 oyuna çıxıb. Onun millidə debütü 2005-ci ilin avqustuna təsadüf edir. Qarşıdakı dünya çempionatı Messi üçün karyerasında altıncı mundial ola bilər. source...
DÇ-2026: Türkiyə millisi bu gün Bolqarıstanla qarşılaşacaq
Dünya Futbolu

DÇ-2026: Türkiyə millisi bu gün Bolqarıstanla qarşılaşacaq

DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsinin 9-cu turunda bu gün növbəti oyunlar keçiriləcək. Komanda.az xəbər verir ki, B, C, E, H, J, qruplarında ümumilikdə 10 qarşılaşma baş tutacaq. Türkiyə millisi evdə Bolqarıstanı qəbul edəcək. İspaniya isə səfərdə Gürcüstan yığmasının qonağı olacaq. DÇ-2026, seçmə mərhələ 15 noyabr B qrupu 23:45. İsveçrə – İsveç 23:45. Sloveniya – Kosovo Xal: İsveçrə – 10, Kosovo – 7, Sloveniya – 3, İsveç – 1. C qrupu 23:45. Danimarka – Belarus 23:45. Yunanıstan – Şotlandiya Xal: Danimarka – 10, Şotlandiya – 10, Yunanıstan – 3, Belarus – 0. E qrupu 21:00. Türkiyə – Bolqarıstan 21:00. Gürcüstan – İspaniya Xal: İspaniya – 12, Türkiyə – 9, Gürcüstan – 3, Bolqarıstan – 0. H qrupu 21:00. Kipr – Avstriya 23:45. Bosni...