Azərbaycan Futbolu

Millidə itki – “Qarabağ”ın futbolçusu Fransa ilə oyunu buraxacaq
Azərbaycan Futbolu

Millidə itki – “Qarabağ”ın futbolçusu Fransa ilə oyunu buraxacaq

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Futbolpress.az xəbər verir ki, millimizin futbolçusu Toral Bayramov zədələndiyi üçün heyətdən çıxarılıb. Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq. source
II Liqada 4 turun oyun cədvəli
Azərbaycan Futbolu

II Liqada 4 turun oyun cədvəli

II Liqada XIII turun oyun cədvəli açıqlanıb. Futbolpress.az xəbər verir ki, bütün görüşlər Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yaymlanacaq. XI tur 1 dekabr (bazar ertəsi) “Şəki Siti” – “Quba”“Rekord Arena”, 14:00 “Qaradağ Lökbatan” – “Dinamo”Lökbatan OİK stadionu, 14:00 “Ağstafa Gəncləri” – “Araz Saatlı”Ağstafa şəhər stadionu, 14:30 2 dekabr (çərşənbə axşamı) “Xankəndi” – “Şirvan”“Palms Sports Arena” (IV meydança), 14:00 “Şəmkir” – “Kür-Araz”Şəmkir OİK stadionu, 14:30 “Ağdaş” – “Göygöl”Ağdaş şəhər stadionu, 14:30 XII tur 1 dekabr (bazar ertəsi) “Şəki Siti” – “Quba”“Rekord Arena”, 14:00 “Qaradağ Lökbatan” – “Dinamo”Lökbatan OİK stadionu, 14:00 “Ağstafa Gəncləri” – “Araz Saatlı”Ağstafa şəhər stadionu, 14:30 2 dekabr (çərşənbə axşamı) “Xankəndi” – “Şirvan”“Palms S...
“Azərbaycan millisinə müsbət mənada təəccüblənmişdik”
Azərbaycan Futbolu

“Azərbaycan millisinə müsbət mənada təəccüblənmişdik”

Fransa millisinin futbolçusu İbrahima Konate DÇ-2026-nın seçmə mərhələsində sabah Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. Futbolpress.az xəbər verir ki, müdafiəçi media nümayəndələri ilə görüşdə bunları deyib: – Sabah kapitan olsanız, komanda yoldaşlarınıza nə deyəcəksiniz?– Bilmirəm kapitan mən olacam, ya yox. Bunu baş məşqçidən soruşmaq lazımdır. Oyun çətin keçə bilər. Amma əsas odur ki, zövq alaq. Bura Fransanı təmsil etməyə gəlmişik. Məqsəd rəqibdən xal almaqdır. – Azərbaycanla matçda qapıda millinin ikinci qapıçısı dayanacaq?– Bu, məndən asılı deyil. Baş məşqçi bilir. Keyfiyyətli qapıçıdır. Ümid edirəm ki, sabah ilk dəfə qapıda dayanacaq və Fransa millisini təmsil edəcək. – Parisdəki oyunda çətinlik çəkmişdiz… – Bəli, Parisdəki gö...
Elvin Bədəlov: “Nəticə qazana biləcəyimizə ümid edirəm”
Azərbaycan Futbolu

Elvin Bədəlov: “Nəticə qazana biləcəyimizə ümid edirəm”

Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsində sabah Fransa yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırdı. Futbolpress.az xəbər verir ki, müdafiəçi əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü: – Tsiklda son oyunumuzdur. Güclü rəqibə qarşı oynayacağıq. İnanıram ki, azarkeşlərimizin dəstəyi ilə yaxşı mübarizə aparacağıq. Nəticə qazana biləcəyimizə ümid edirəm. – Mbappenin yoxluğu oyuna marağı azaldır, ya necə?– İnanmıram ki, maraq azalır. Bildiyimə görə, stadion dolacaq. Mbappe olmasa da, rəqibdə ulduz oyunçular çoxdur. Onsuz daha çətin olacaq. Çünki komanda olaraq onlar daha ciddi olacaqlar. Yaxşı mübarizə apara bilərik. Şahin Cəfərov source...
Ayxan Abbasov: “Heç bir kluba hörmətsizlik etməmişəm”
Azərbaycan Futbolu

Ayxan Abbasov: “Heç bir kluba hörmətsizlik etməmişəm”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində sabah Fransaya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak etdi. Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü… – Çətin rəqibə qarşı oynayacağıq. Səfərdə də onlara qarşı ağır oyun keçirmişdik. Futbolçularım həmin görüşdə mübarizə aparmışdı. 70 dəqiqəyə qarşı yaxşı oynamışdıq, sonra rəqib təzyiqi artırıb, çətinlik yaşatmışdı. Sabah heyətdə dəyişikliklər ola bilər. Rəqibdə yaxşı gənc oyunçular var. Onlar da şans qazansa, özlərini göstərməyə çalışacaqlar. Bizim də itkilərimiz var. Təəssüf ki, dünən də Toral Bayramov da zədələndi. Lakin meydana çıxacaq futbolçulara inanırıq. Azarkeş dəstəyi olacaq. İnanıram ki, futbolçular yaxşı mübarizə aparaca...
Deşam: “Risk etmək istəmirik”
Azərbaycan Futbolu

Deşam: “Risk etmək istəmirik”

Fransa millisinin baş məşqçisi DÇ-2026-nın seçmə mərhələsində sabah Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. Futbolpress.az xəbər verir ki, müdafiəçi media nümayəndələri ilə görüşdə bunları deyib: – Osman Dembele və Kilian Mbappenin olmaması sizə çətinlik yaratmayacaqki?– Dezire Due və başqaları da burada yoxdur. Amma biz dünya çempionatına vəsiqə qazanmışıq. Bu da bizi rahatlaşdırır. Sabahkı matç üçün 22 oyunçumuz var. Qarşımızda isə çox enerjili və inadkar komanda olacaq. Amma biz əlimizdən gələni edəcəyik. Çünki məqsədimiz qələbə qazanmaqdır. – Üç gün əvvəl Ukrayna ilə oyunda 4:0 hesablı qələbə qazanaraq dünya çempionatına vəsiqə qazandınız. O matçda Kilian Mbappe oynadı, sabah isə meydana çıxmayacaq. Zədəsi nə dərəcədə ciddidir?– Ki...
AFFA nümayəndəsi UEFA seminarında
Azərbaycan Futbolu

AFFA nümayəndəsi UEFA seminarında

UEFA-nın təşkilatçılığı ilə Danimarkanın paytaxtı Kopenhagendə 55 üzv futbol federasiyasının sosial və ətraf mühit dayanıqlığı üzrə məsul şəxslərinin iştirakı ilə “Futbolda Uşaq Hüquqlarının Qorunması” mövzusunda seminar keçirilib. Futbolpress.az xəbər verir ki, tədbirin təşkilində məqsəd idman mühitində uşaqların təhlükəsizliyi, rifahı və hüquqlarının müdafiəsi üzrə müasir standartların federasiyalar arasında harmonizasiya olunması, dayanıqlı idarəetmə sahəsində ən yaxşı təcrübələrin paylaşılması, həmçinin dayanıqlı və şəffaf idarəetmə modelinin inkişafına töhfə verməkdir. Seminarda iştirak edən AFFA-nın Sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva aparıcı federasiyaların nümayəndələri ilə fikir mübadiləsi aparıb, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi və dayanıqlı i...
Millinin ikinci sınağı
Azərbaycan Futbolu

Millinin ikinci sınağı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq. Futbolpress.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Centenary” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Qarşılaşmanı Qazaxıstan və Maltadan olan hakimlər briqadası idarə edəcək. 15 noyabr Şimali İrlandiya (U-19) – Azərbaycan (U-19)“Centenary” stadionu, Ta Qali. Saat 17:30Baş hakim: Sayat Karabayev (Qazaxıstan)Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta)Dördüncü hakim: Ezekiel Barbara (Malta) source...
Sonuncu sınağa doğru
Azərbaycan Futbolu

Sonuncu sınağa doğru

DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya məğlub olan (0:2) millinin son sınağı fransızlara qarşı Bakıda olacaq. Sabah baş tutacaq matça saat 21:00-da start veriləcək. Ayxan Abbasovun yığmaya rəsmi təyinatından sonra Fransa və Ukraynaya məğlubiyyətlərə baxmayaraq milli barəsində müsbət atmosfer yaranmışdı. Sərgilənən oyun, futbolçuların mübarizliyi uzun müddət sonra yığmada pozitiv notlara səbəb olmuşdu. Ancaq… İslandiya ilə Bakıdakı oyunda müdafiəyəmeyilli oyun sərgiləyən yığma ilə bağlı tənqidlər yenidən başlayıb. Abbasovun heyət seçimi, millidə hücumçu problemi, müdafiədəki səhvlər və s. haqlı iradlardır. Növbəti sınaq daha ağır, daha böyükhesabla yekunlaşa bilər. Fransa millisində aparıcı oyunçuların bir çoxunun olmaması rəqibin keyfiyyətində ciddi dəyişiklik yaratmır. Mbappe ol...
“Mənim üçün bu arzunun reallaşması iki qat sevindiricidir”
Azərbaycan Futbolu

“Mənim üçün bu arzunun reallaşması iki qat sevindiricidir”

Futzal üzrə FİFA referisi Hikmət Qafarlı Azərbaycan hakimliyi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək heyətə daxil edilib. Futbolpress.az xəbər verir ki, referi təəssüratlarını “Azfutzal.az”a açıqlamasında söyləyib: “Avropa çempionatı kimi bir yarışın final mərhələsinə təyinat almaq hər bir hakimin arzusu, istəyidir. Mənim üçün bu arzunun reallaşması iki qat sevindiricidir. Çünki milli komandamız hər dəfə final mərhələsinə vəsiqə qazanaraq ölkəmizi təmsil etsə də, hakimlərimizlə bağlı belə bir təyinat olmurdu. Bu dəfə hakim olaraq ölkəmizi final mərhələsində təmsil etməyimiz Azərbaycan hakimliyi adına böyük uğurdur. Bizim hər zaman hakimlik ənənəmiz, məktəbimiz olub. Hakim kimi bu dəfə qitənin ən ali yarışında Azərbaycanı layiqincə təmsil etməyi ö...