Azərbaycan Futbolu

“Neftçi”dən ayrılan futbolçu qərarsızdır
Azərbaycan Futbolu

“Neftçi”dən ayrılan futbolçu qərarsızdır

“Neftçi”dən ayrılan İsmayıl Zülfüqarlı hələ qərarını verməyib. Cinah oyunçusu “Futbolpress.az“a açıqlamasında təkliflərinin olduğunu və yaxın günlərdə qərarını verəcəyini söylədi: “Premyer Liqa, I Liqa və ölkə xaricindən bəzi təkliflərim var. Hələ dəqiqləşən nəsə yoxdur. Yaxın günlərdə qərarımı verəcəm”. Son iki mövsümü icarə əsasında “Turan Tovuz”da keçirən Zülfüqarlı “Neftçi”nin yetirməsidir. O, 2019-cu ildən əsas komandada çıxış edirdi. Cinah oyunçusu 2019-2024-cü ilin yanvarına kimi “ağ-qaralar”ın formasını geyinib, daha sonra “Turan Tovuz”da icarədə olub. 24 yaşlı oyunçu Premyer Liqada 100 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə edib. Şahin Cəfərov source
“Turan Tovuz” Türkiyə klubu ilə qarşılaşacaq
Azərbaycan Futbolu

“Turan Tovuz” Türkiyə klubu ilə qarşılaşacaq

“Turan Tovuz” Türkiyə təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirəcək. Futbolpress.az xəbər verir ki, Türkiyə 1-ci liqa təmsilçisi “Keçiörengücü” ilə qarşılaşmaya 29 iyul tarixində Bakı vaxtı ilə saat 18:00-da start veriləcək. “Turan Tovuz” Türkiyə toplanışında ilk matçda “Çorum”la heç-heçə edib – 1:1. source
Azərbaycan klublarından ölkə xaricinə transfer olunan TOP 5 yerli futbolçu
Azərbaycan Futbolu, Trend

Azərbaycan klublarından ölkə xaricinə transfer olunan TOP 5 yerli futbolçu

Yay transfer pəncərəsinin bağlanmasına hələ bir aydan çox qalsa da, artıq bəzi yerli futbolçularımızın ölkə xaricinə transfer xəbərlərini görürük. Trend.futbol Transfermarkt platformasının 27 iyul 2025 tarixinə olan məlumatına əsasən, yay transfer pəncərəsində Azərbaycan klublarından xarici komandalarla anlaşma əldə edən futbolçular arasında bazar dəyərinə görə ilk beşliyi formalaşdırıb. Araşdırmada xüsusən Səbail klubunun xaricə bir neçə futbolçu göndərdiyini görürük ki, bunu da klubun uğurlu transfer siyasəti və yerli furbolçularımızın inkişafına verdiyi dəstək olaraq görmək olar. Siyahını təqdim edirik: 1. Rüfət Abdullazadə – 600,000 avro (bazar dəyəri)Keçid: Səbail → Varajdin (Xorvatiya)Agentlik: Asadov Pro Bridge 2. Orxan Əliyev – 450,000 avroKeçid: Turan Tovuz → Ozgon F...
Qurban Qurbanov sualları cavablandıracaq
Azərbaycan Futbolu

Qurban Qurbanov sualları cavablandıracaq

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Şelburn” (İrlandiya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub. Futbolpress.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 29-da saat 17:30-da “Azersun Arena”da baş tutacaq. Saat 18:00-də isə eyni arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. Qonaq komandanın baş məşqçisi Coy O’Brayenin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:45-də start götürəcək. İrlandiya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 19:00-da başlayacaq. Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublik...
“Günbəgün daha yaxşı olacağıq” – İliç
Azərbaycan Futbolu

“Günbəgün daha yaxşı olacağıq” – İliç

“Sumqayıt” yoxlama oyununda “Qəbələ”yə uduzub – 0:1. Futbolpress.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Saşa İliç klubun mətbuat xidmətinə açıqlamasında oyunu şərh edib: “Hazırlığın ikinci mərhələsi çərçivəsində ilk yoxlama matçımız idi. Oyunumuzda bəzi uğurlu və uğursuz elementlər gördük. Aydın məsələdir ki, fiziki yükləmələr fonunda bəzi səhvlər olur. Bu oyunda da adi vəziyyətlərdə səhvlər etdik və yekunda məğlub olduq. Amma bu, normaldır və düşünürəm ki, günbəgün daha yaxşı olacağıq. Qarşıdakı günlərdə bir neçə keyfiyyətli oyunçunun bizə qoşulması ilə daha güclü komandamız olacaq”. source
“İmişli”dən qələbə
Azərbaycan Futbolu

“İmişli”dən qələbə

Yeni mövsümə hazırlıqlarını davam etdirən “İmişli” bu gün növbəti yoxlama oyununa çıxıb. Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi “Sabah”ın əvəzedici komandası ilə qarşılaşıb. Matç “İmişli”nin 2:1 hesablı qələbəsi ilə bitib. “İmişli” bunadək “Araz-Naxçıvan”ın əvəzedici komandası üzərində də 2:1 hesablı qələbə qazanmış, “Sumqayıt”la isə qolsuz heç-heçə etmişdi. source
Sxadadze: “Fərqindəyik ki, güclənmək lazımdır”
Azərbaycan Futbolu

Sxadadze: “Fərqindəyik ki, güclənmək lazımdır”

Yoxlama oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Sumqayıt” matçından (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze klubun saytına açıqlama verib. Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb: “Bu yoldaşlıq oyunudur. Burada da vacib anlar var. İlk olaraq onu deyim ki, futbolçularım xeyli yükləmədədirlər. Buna baxmayaraq, hələ çox işləməli, çox artırmalıyıq. Yeni futbolçularımız da var. Onların da komandaya, oyun üslubuna uyğunlaşma prosesi gedir. Yoxlama oyunları bu baxımdan çox vacibdir. Əlbəttə, səhvlərimiz çoxdur. Üzərində işləməli olduğumuz xeyli məqamlar var. Qalib gəlməyimiz o demək deyil ki, rahat olmaq lazımdır. Rahatlaşmaq əsla yolverilməzdir. Çatışmayan çox nüanslar var. Bundan öncəki matçlarda daha yaxşı oynamışdıq. Bu...
“Qəbələ” “Sumqayıt”ı da məyus etdi
Azərbaycan Futbolu

“Qəbələ” “Sumqayıt”ı da məyus etdi

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyununa çıxıb. Futbolpress.az xəbər verir ki, Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv “Sumqayıt”la qarşılaşıb. Matç “Qəbələ”nin qələbəsiylə başa çatıb – 1:0. Yeganə qolu Domi Massumu vurub. “Qəbələ” bundan öncə “Şamaxı”ya 2:1, “Kəpəz”ə 2:0 hesabıyla qalib gəlib. source
“Neftçi”yə leysan əngəli
Azərbaycan Futbolu

“Neftçi”yə leysan əngəli

“Neftçi”nin Polşa təlim-məşq toplanışı çərçivəsində Yunanıstanın “Asteras Tripolis” klubuna qarşı bu gün keçirəcəyi oyun ləğv olunub. Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) Keltse şəhərindəki Pilkarski stadionunda keçirilməli olan yoxlama oyunu güclü leysan səbəbindən ləğv olunub. source