Azərbaycan Futbolu

Sabiq “Borussiya”lı “Karvan”da
Azərbaycan Futbolu

Sabiq “Borussiya”lı “Karvan”da

“Karvan” heyətini yeni futbolçu ilə gücləndirib. Futbolpress.az xəbər verir ki, Yevlax təmsilçisi almaniyalı sol cinah müdafiəçisi Mois Nqvisanini sıralarına cəlb edib. Onunla 1 illik sözləşmə imzalanıb. 27 yaşlı futbolçu son olaraq Lüksenburqun “Vilç” klubunda forma geyinib. Mois karyerası ərzində Almaniyanın “Bohum”, “Aue”, “Ştutqart” və “Borussiya” (Münhenqladbax) komandalarının heyətində çıxış edib. source
“Sumqayıt”da yeni müqavilə
Azərbaycan Futbolu

“Sumqayıt”da yeni müqavilə

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” yarımmüdafiəçiS əbuhi Abdullazadə ilə müqaviləni yeniləyib. Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Akademiyanın yetirməsi olan 23 yaşlı futbolçu daha 2 il komandanın şərəfini qoruyacaq. source
Azərbaycanlı qadın hakim ÇL-ə təyinat aldı
Azərbaycan Futbolu

Azərbaycanlı qadın hakim ÇL-ə təyinat aldı

Beynəlxalq dərəcəli köməkçi hakim Sevda Nuriyeva UEFA-dan növbəti təyinat alıb. Futbolpress.az xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində 1-ci qrupun iki oyununda köməkçi hakim funksiyasını yerinə yetirəcək. Nuriyeva əvvəlcə iyulun 30-da yarımfinal mərhələsinin “Flora” (Estoniya) – “Riqa” (Latviya) görüşündə maltalı baş hakim Yoanna Vassallonun köməkçisi olacaq. Avqustun 2-də isə qrupun həlledici matçları baş tutacaq. Sevda Nuriyeva yarımfinal mərhələsinin məğlub komandaları arasında təşkil olunacaq 3-cü yer uğrunda qarşılaşmada sloveniyalı baş hakim Tyaşa Misyanın başçılıq etdiyi briqadada yer alacaq.Qeyd edək ki, 1-ci qrupun bütün oyunları Lüksemburqdakı “Axill Hammerel” stadionunda keçiriləcək. source...
“Sabah”ın baş məşqçisi Şüvəlanda danışacaq
Azərbaycan Futbolu

“Sabah”ın baş məşqçisi Şüvəlanda danışacaq

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Petrokub” matçının oyun öncəsi mətbuat konfransı və açıq məşqin vaxtı müəyyənləşib. Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Baş məşqçi Valdas Dambrauskasın mətbuat konfransı iyulun 30-da saat 17:30-da, ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə saat 18:00-da Şüvəlanda, “Sabah” Futbol Mərkəzində baş tutacaq. “Sabah” ilk oyunda “Petrokub”u 2:0 hesabıyla məğlub edib. Cavab görüşü iyulun 31-də Masazırda olacaq. source
Kadidən sonra Suma
Azərbaycan Futbolu

Kadidən sonra Suma

“Malmö” “Zirə”dən transfer etdiyi Salifu Suma üçün 15 milyon İsveç kronu ödəyib. Futbolpress.az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. Komandanın 21 yaşlı vinger üçün “Zirə”yə 15 milyon kron (1,3 milyon avro) ödədiyi bildirilir. Suma Kadi Borgesdən sonra Azərbaycandan Avropa klubuna keçən ən bahalı oyunçu olub. Kadi 2023-cü ilin yanvarında 2 milyon avro qarşılığında “Qarabağ”dan “Krasnodar”a keçmişdi. source
Vəliyevlə davam
Azərbaycan Futbolu

Vəliyevlə davam

I Liqada mübarizə aparacaq “Baku Sporting” yeni mövsümün heyəti ilə bağlı çalışmalarını davam etdirir. Futbolpress.az xəbər verir ki, Buzovna təmsilçisi yarımmüdafiəçi Elvin Vəliyevlə müqaviləni uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə 1 illik sözləşmə imzalanıb. source
Tahir Gözel: “Komandamız onlardan əlavə güc alır”
Azərbaycan Futbolu

Tahir Gözel: “Komandamız onlardan əlavə güc alır”

“Qarabağ”ın prezidenti Tahir Gözel “Qarabağ”ın 2025-2026-cı illər mövsümündəki ilk ev oyunu ərəfəsində klubun saytına açıqlama verib. Futbolpress.az xəbər verir ki, o, Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn”la İrlandiyadakı ilk matçı haqda, Bakıda keçiriləcək cavab görüşündən gözləntiləri və transfer planları barədə fikirlərini bölüşüb: “Komandamız yeni mövsümə Çempionlar Liqasının oyunu ilə başladı. Ardıcıl 4-cü, tarixində 11-ci dəfə qitənin ən nüfuzlu klub turnirinə qatılan “Qarabağ” ötən il olduğu kimi, mübarizəyə II təsnifat mərhələsindən start verdi. İlk matçımızda İrlandiyada “Şelburn”la qarşılaşdıq. Ağır oyun oldu, çətin anlar da yaşadıq. Sevinirəm ki, sonda 3:0 hesablı qələbə qazandıq. Lakin bu nəticə arxayınlaşmağa əsas vermir. Rəqib İrlandiya çempionudur. Ümumiyyə...
“İmişli”də plan dəyişdi
Azərbaycan Futbolu

“İmişli”də plan dəyişdi

Yay təlim-məşq toplanışını Bakıda planlaşdıran “İmişli”nin hazırlıq planında dəyişiklik baş verib. Futbolpress.az xəbər verir ki, komanda 28 iyul tarixində Qəbələ şəhərinə yola düşüb və 3 avqusta qədər orada məskunlaşmağı planlaşdırır. “Karvan” və “Qəbələ” ilə yoldaşlıq oyunları Qəbələ şəhər stadionunda keçiriləcək. source
“Sumqayıt”dan ayrılan futbolçu ölkəsinə qayıtdı
Azərbaycan Futbolu

“Sumqayıt”dan ayrılan futbolçu ölkəsinə qayıtdı

“Sumqayıt”dan ayrılan Giorgi Karaişvilinin yeni klubu məlum olub. Futbolpress.az xəbər verir ki, gürcüstanlı müdafiəçi ölkəsinin “Dinamo” komandasına keçib. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanacaq. Karaişvili ötən ilin sentyabrından “Sumqayıt”da çıxış edirdi. O, Premyer Liqada 21 oyunda 1 qol vurub. source