Azərbaycan Futbolu

“Neftçi” uduzdu
Azərbaycan Futbolu

“Neftçi” uduzdu

“Neftçi”nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin IV qrupunda ilk oyununu keçirib. Futbolpress.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Türkiyənin “Fomget” klubu ilə üz-üzə gəlib. Matç rəqibin qələbəsiylə başa çatıb – 2:0. source
Qurban Qurbanov: “Bizdən küsməyin”
Azərbaycan Futbolu

Qurban Qurbanov: “Bizdən küsməyin”

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şelburn” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi… – Futbolçularımı təbrik edirəm. Onlara bir o qədər irad bildirə bilmərəm. Optimal formalarından uzaqdırlar. Onların yanında olub, bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi idi və məğlub olmağı xoşlamırdı. 0:3 geridə olsalar da, oyuna yaxşı hazırlaşmışdılar. İkinci hissədə hücum etdilər, əl çəkmədilər. Futbolçularım yaxşı iş gördülər. Azarkeşlərimizi hər zaman stadionumuzda belə çox görmək xoşdur. Fürsətdən istifadə edib, sabah avrokuboklarda mübarizə aparacaq komandalarımıza uğurlar arzu edirəm. – Yeni transfer...
“Qarabağ”ın növbəti rəqibi məlum oldu
Azərbaycan Futbolu

“Qarabağ”ın növbəti rəqibi məlum oldu

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi məlum olub. Futbolpress.az xəbər verir ki, Azərbaycan çempionu bu mərhələdə Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. İlk görüş avqustun 5-də Şimali Makedoniyada olacaq. Cavab qarşılaşması isə 12-də Bakıda keçiriləcək. “Şkendiya” II təsnifat mərhələsində Rumıniyanın FCSB komandasını mübarizədən kənarlaşdırıb – 1:0, 2:1. source
“Qarabağ” qələbə ilə növbəti mərhələdə
Azərbaycan Futbolu

“Qarabağ” qələbə ilə növbəti mərhələdə

“Qarabağ” bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununa çıxıb. Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Şelburn”u qəbul edib. Görüş Azərbaycan çempionunun qələbəsiylə başa çatıb – 1:0. “Qarabağ” ilk matçda İrlandiyada rəqibini 3:0 hesabıyla məğlub edib. UEFA Çempionlar LiqasıII təsnifat mərhələsi, cavab oyunları 30 iyul 20:00 Qarabağ – Şelburn (İrlandiya) 1:0 Qol: Martin, 43 (avtoqol)İlk oyun 3:0 source
“Qarabağ” – “Şelburn”: heyətlər
Azərbaycan Futbolu

“Qarabağ” – “Şelburn”: heyətlər

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda bu gün “Şelburn”u (İrlandiya) qəbul edəcək. Futbolpress.az xəbər verir ki, saat 20:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar: Qarabağ: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Kadi Borges, Leandro Andrade, Emmanuel Addai, Abdullah Zubir, Nəriman Axundzadə Şelburn: Vessel Spil, Kamerin Ledviq, Ceyms Norris, Samuel Bon, Lyuis Templ, Daniel Kelli, Mark Koyl, Ellis Çapman, Con Martin, Kerr Makinroy, Ademipo Odubeko source
Ehtiram Quliyevdən “Turan Tovuz”a ziyarət
Azərbaycan Futbolu

Ehtiram Quliyevdən “Turan Tovuz”a ziyarət

“Turan Tovuz” yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirir. Futbolpress.az xəbər verir ki, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev Boluda məskunlaşan komandanı ziyarət edib. O, baş məşqçi Kurban Berdıyev və futbolçularla görüşüb. “Turan Tovuz” Boluda iki sınaq matçı keçirib. Komanda “Çorum”la 1:1, “Keçiörengücü” ilə isə 0:0 hesablı heç-heçə edib. source
“Ümid edək ki, komandalarımız rəqib meydanında diqqətini itirməyəcək”
Azərbaycan Futbolu

“Ümid edək ki, komandalarımız rəqib meydanında diqqətini itirməyəcək”

Azərbaycan klubları bu həftə avrokuboklarda növbəti oyunlarına çıxacaq. “Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”u (İrlandiya)  qəbul edəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk oyunda 3:0 hesablı qələbə qazanıb və növbəti mərhələyə daha yaxın tərəfdir. “Zirə”, “Sabah” və “Araz-Naxçıvan”ın oyunları isə 31 iyulda olacaq. Moldovanın “Petrokub” komandasını səfərdə məğlub edən “Sabah” cavab görüşünü evdə keçirəcək və favoritdir. “Araz-Naxçıvan” və “Zirə” isə səfərdə meydana çıxacaqlar. “Araz-Naxçıvan” ilk oyunda məğlub etdiyi (2:1) “Aris”in Yunanıstanda qonağı olacaq, “Zirə” isə Bakıda heç-heçə (1:1) etdiyi “Hayduk”la Xorvatiyada üz-üzə gələcək. Veteran futbolçu Aslan Kərimov “Futbolpress.az“a açıqlamasında klubların növbəti mərhələ şanslarını dəyərl...
“Neftçi” Türkiyə klubuna qarşı
Azərbaycan Futbolu

“Neftçi” Türkiyə klubuna qarşı

“Neftçi”nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin IV qrupunda ilk oyununu keçirəcək. Futbolpress.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Türkiyənin “Fomget” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Albaniyanın paytaxtı Tiranada keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. source
“Turan Tovuz”dan növbəti heç-heçə
Azərbaycan Futbolu

“Turan Tovuz”dan növbəti heç-heçə

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Turan Tovuz” bu gün yoxlama oyununa çıxıb. Futbolpress.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv “Keçiörengücü” ilə qarşılaşıb. I Liqa təmsilçis ilə görüş qolsuz bərabərliklə başa çatıb. “Turan Tovuz” hazırlıqdakı ilk matçında “Çorum”la heç-heçə edib – 1:1. source
“Cenoa”nın sabiq futbolçusu “Sumqayıt”da
Azərbaycan Futbolu

“Cenoa”nın sabiq futbolçusu “Sumqayıt”da

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb. Futbolpress.az xəbər verir ki, “kimyaçılar” ötən mövsümü Serbiyanın “Tekstilaç” klubunda keçirmiş Nikola Ninkoviç ilə 1+1 illik müqavilə imzalayıb. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi “Sumqayıt” FK-da “10” nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Nikola Ninkoviç karyerası ərzində “Partizan” (Serbiya), “Kyevo”, “Empoli”, “Cenoa”, “Askoli”, “Breşiya” (hamısı İtaliya) kimi klublarda çıxış edib. O, Serbiya millisinin heyətində keçirdiyi 4 oyunda 1 qol ilə yadda qalıb. source