Azərbaycan Futbolu

“Sabah”ın səfər oyununun biletləri satışda
Azərbaycan Futbolu

“Sabah”ın səfər oyununun biletləri satışda

Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanda keçiriləcək “Levski” – “Sabah” oyununun biletləri satışa çıxarılıb. Futbolpress.az xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Biletlərin qiymətləri 27-170 lev (26-168 AZN) aralığında dəyişir. Komandalar arasındakı ilk oyun avqustun 7-də Bolqarıstanda olacaq. Cavab görüşü isə 14-də Bakıda keçiriləcək. source
Ukraynalılar Bakıya, danimarkalılar Kiprə
Azərbaycan Futbolu

Ukraynalılar Bakıya, danimarkalılar Kiprə

Azərbaycan klublarının Konfrans Liqasının III təsnifat mərhələsindəki cavab oyunlarına təyinatlar məlum olub. Futbolpress.az xəbər verir ki, “Sabah”ın Bakıda Bolqarıstanın “Levski” komandasına qarşı keçirəcəyi oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Mikala Balakin olacaq. Ona yan xətt hakimləri Oleksandr Berkut və Viktor Matyaş kömək edəcək. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək. VAR-da Oleksi Derevinski və Kim Zabrada olacaq. “Araz-Naxçıvan”ın Kiprdə “Omoniya”ya qarşı keçirəcəyi oyun isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Yakob Kehlet olacaq. Ona yan xətt hakimləri Lars Hummelqaard və Martin Markus kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək. VAR-da Sandi Putros və Morten Kox olacaq. H...
PFL titul sponsoru ilə müqaviləni uzatdı
Azərbaycan Futbolu

PFL titul sponsoru ilə müqaviləni uzatdı

Peşəkar Futbol Liqası ilə Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendi arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb. Futbolpress.az xəbər verir ki, razılığa əsasən, 2025/2026-cı illər mövsümündə də “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq. “Misli” hər zaman ölkədə idmanın, xüsusilə də futbolun tərəqqisi naminə önəmli layihələrin icrasında yaxından iştirak edir. “Misli”nin Azərbaycan Premyer Liqasına sponsorluğu ölkə futbolunun inkişafı və populyarlaşdırılması baxımından əhəmiyyətli addımdır. Dördüncü mövsümdür ki, davam edən əməkdaşlıq sayəsində liqaya maraq xeyli artıb, sponsorluq çərçivəsində keçirilən layihələr azarkeşlərin diqqətini cəlb ...
Şükürov: “Dəqiq olsaydıq, belə səhvlər olmazdı”
Azərbaycan Futbolu

Şükürov: “Dəqiq olsaydıq, belə səhvlər olmazdı”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov “Sumqayıt”a məğlub olduqları yoxlama oyunundan sonra fikirlərini bölüşüb. Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı bunları deyib: “Uşaqlar yorğunluq fonunda mübarizə apardılar. Məşqlərdə fiziki çox yüklənirlər. Ona görə matçda da yükləmə altında oynadılar. Müdafiədə xırda səhvlər səbəbindən qollar buraxdıq. Epizodlarda bir az düzgün, dəqiq olsaydıq, belə səhvlər olmazdı. Hər mövqedə çatışmazlıqlar var. Danışıqlar gedir, transferlərimiz gələndən sonra daha yaxşı formalaşmış komanda görəcəyik. Heyət komplektləşmədiyindən bəzi futbolçuları məcburiyyətdən öz mövqelərində oynada bilmirik. Bu da komandanın oyununa öz təsirini göstərir. Oyunçular doğma mövqelərində çıxış etməyə başladıqdan sonra daha mübariz, nəticəli komanda o...
“Sabah”ın rəqibi dəqiqləşdi
Azərbaycan Futbolu

“Sabah”ın rəqibi dəqiqləşdi

“Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi məlum olub. Futbolpress.az xəbər verir ki, Avropa Liqasının II təsnifat mərhələsində “Braqa”ya (Portuqaliya) uduzan “Levski” Azərbaycan təmsilçisi ilə üz-üzə gələcək. Komandalar arasındakı ilk oyun avqustun 7-də Bolqarıstanda olacaq. Cavab görüşü isə 14 avqustda Bakıda keçiriləcək. source
Sadıqov: “Özümü qalib kimi hiss edirəm”
Azərbaycan Futbolu

Sadıqov: “Özümü qalib kimi hiss edirəm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasında “Hayduk”a uduzduqları Konfrans Liqasının II təsnifat mərhələsi oyununu şərh edib. Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən görüş haqda bunları deyib: “Komandama təşəkkür edirəm. Əzmkar oyun göstərdilər. Dünən mətbuat konfransında da demişdim ki, əlimizdən gələni edəcəyik, çalışacağıq oyundan zövq alaq. Səfərdə güclü komandaya qarşı oynamağımıza baxmayaraq, təzyiq etməyə çalışırdıq. Oyunboyu bunu bacardıq. Lakin bir epizodda ani diqqətsizlik qolla yekunlaşdı. Buna baxmayaraq, oyun planından qopmadıq, sona qədər sadiq qaldıq. Çalışdıq, hesabı geridönüş edək, alınmadı. Futbolçuları bağrıma basıram. Oyunumuz göstərir ki, inkişafdayıq. Məğlub olsaq da, özümü qalib kimi hiss edirəm”. Şahin Cəfərov  source...
“Zirə” Xorvatiya səfərində – YENİLƏNİR
Azərbaycan Futbolu

“Zirə” Xorvatiya səfərində – YENİLƏNİR

“Zirə” bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Futbolpress.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Hayduk”un qonağı olacaq. Xorvatiyada baş tutacaq görüşə saat 23:00-da start veriləcək. Komandalar arasındakı ilk oyun bərabərliklə başa çatıb – 1:1. Konfrans LiqasıII təsnifat mərhələsi, cavab oyunu 31 iyul 23:00 Hayduk (Xorvatiya) – Zirəİlk oyun 1:1 source
“Sabah” “Petrokub”la üz-üzə – YENİLƏNİR
Azərbaycan Futbolu

“Sabah” “Petrokub”la üz-üzə – YENİLƏNİR

“Sabah” bu gün Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Futbolpress.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv “Petrokub”u qəbul edəcək. Moldova təmsilçisi ilə görüşə saat 20:00-da start veriləcək. “Sabah” ilk oyunda rəqibini 2:0 hesabıyla məğlub edib. UEFA Konfrans LiqasıII təsnifat mərhələsi, cavab oyunu 31 iyul 20:00 Sabah – Petrokub (Moldova) 0:0 source
Azərbaycan klublarına “başağrısı” olan “Şkendiya”
Azərbaycan Futbolu

Azərbaycan klublarına “başağrısı” olan “Şkendiya”

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 5-də səfərdə, cavab görüşü isə 12-də Bakıda olacaq. II təsnifat mərhələsində özündən daha güclü və təcrübəli FCSB (Rumıniya) səddini aşan makedonlar tarixi uğura imza atmış oldu. “Şkendiya”nın əsası 1979-cu ildə etnik albanlar tərəfindən qoyulub. Komandanın ləqəbi “qırmızı-qaralar”dır. “Şkendiya” ev oyunlarını 15 min nəfərlik tutumu olan “Ecolog Arena”da keçirir. “Transfermarkt”da dəyəri 5,5 milyon avro olan makedonlar 16 ildir, ölkə çempionatında davamlı iştirak edir. Klubun kubok muzeyində 7 titul var – 5 liqa, 2 ölkə kuboku. Komandada üstünlük yerli oyunçulardadır. “Şkendiya”nın 10 legioneri var və bunlar Yamayka, Albaniya, Qambiya, Nigeriya, Kosovo, Sen...
AFFA-dan Premyer Liqaya yüksələn klublara güzəşt
Azərbaycan Futbolu

AFFA-dan Premyer Liqaya yüksələn klublara güzəşt

AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilib.  Futbolpress.az xəbər verir ki, bu qərara əsasən son 3 mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən 1-ci liqadan Premyer Liqaya yüksəlmiş klublara (Karvan-Yevlax FK, İmişli FK) bir mövsümlük aşağıdakı möhlətlər tətbiq edilir: 1. Klubların nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə...