Azərbaycan Futbolu

Bakıda qol buraxdı, tarixə düşdü
Azərbaycan Futbolu

Bakıda qol buraxdı, tarixə düşdü

Fransa yığmasının qapıçısı Luka Şevalye ölkəsinin tarixinə düşüb. Futbolpress.az xəbər verir ki, 24 yaşlı qolkiper yığmada debüt oyununda ən tez qol buraxan ikinci qapıçı olub. Şevalye Azərbaycan millisi ilə matçda 4-cü dəqiqədə qapısında top görüb. Sonuncu dəfə 1935-ci ildə Rene Lyense millidə debüt oyununda italyanlardan 4-cü dəqiqədə qol buraxmışdı. Bakıda keçirilən Azərbaycan – Fransa oyunu qonaqların qələbəsiylə başa çatıb – 3:1. source
Bəhlul: “Düzgün yoldayıq”
Azərbaycan Futbolu

Bəhlul: “Düzgün yoldayıq”

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransaya uduzub – 1:3. Futbolpress.az xəbər verir ki, yığmanın müdafiəçisi Bəhlul Mustafazadə matçdan sonra “CBC Sport”a açıqlamasında bunları deyib: “Oyunun çətin olacağını bilirdik. Rəqib daha çox hücum edəcəkdi. İlk qolu vursaq da, hesabı qorumaq çətin oldu. Bu oyunda Fransadakı matçdan daha yaxşı oynadıq. Fransızlar rotasiyalar etsə də, hər oyunçu Avropanın top klublarında oynayır. Onlar da motivasiyalı idi. Layiqli mübarizə aparmağa çalışdıq. Düşünürəm ki, düzgün yoldayıq. Daha yaxşı olmaq üçün zaman lazımdır”. Bəhlul “Qarabağ”la milli komandanın oyun üslubunu müqayisə edib: “Qarabağ”da oynayanda daha çox hücum edən bizik. Amma millidə daha çox müdafiə olunuruq. Belə rəqiblərə qarşı müdafiə olunmaq bizə faydalıdır. Özümüz də artırmalıy...
Milli Fransaya uduzdu
Azərbaycan Futbolu

Milli Fransaya uduzdu

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində bu gün sonuncu oyuna çıxacaq. Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Fransa ilə üz-üzə gəlib. Matç qonaqların qələbəsiylə başa çatıb – 3:1. Azərbaycan yığması D qrupunda 1 xalla sonuncudur. DÇ-2026Seçmə mərhələ 16 noyabr Azərbaycan – Fransa 1:3Qollar: Renat Dadaşov, 4 – Filip Mateta, 17, Akliuş, 30, Türam, 45+1Baş hakim: Andris TreimanisTofiq Bəhramov adına Respublika stadionu source
“Azərbaycan yığmasında irəliləyiş var” – Deşam
Azərbaycan Futbolu

“Azərbaycan yığmasında irəliləyiş var” – Deşam

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – Fransa oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Didye Deşam jurnalistlərin suallarını cavablandırdı. Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi… – Oyunçular gözləntilərinizi qarşıladı?– İşimizi gördük və qələbə qazandıq. Azərbaycan yığması aqressiv oynayırdı. İki top fərqi ilə qalib gəldik. Bundan sonrakı oyunlara da hazırıq. – Akliuşun oyunu haqda nə düşünürsünüz?– İrəliləyiş var. Daha da yaxşı olacaq. Ondan gözləntilərimiz böyükdür. – Ekitike və Mateta haqda fikirləriniz nədir?– Oynayır, qollar vurmağa çalışırdılar. Mateta millidə ikinci qolu vurdu. Gələcəkdə onun üçün daha yaxşı olacaq. – Oyundan əvvəl ilk 5 dəqiqədə Azərbaycanın qol vuracağını desəydilər, nə düşünərdiz?– Heç vax...
Ayxan Abbasov: “Nəticə istəyiriksə, səbr etməliyik”
Azərbaycan Futbolu

Ayxan Abbasov: “Nəticə istəyiriksə, səbr etməliyik”

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – Fransa oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi… – Azarkeşlərə təşəkkür edirəm. Çoxdan idi, millinin oyununda belə atmosfer olmurdu. Onlara təşəkkür edirəm. Dəstəkləri futbolçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı, istəkli oynayaq. İslandiya ilə matçda çox da alınmadı. Bu gün daha rahat oynadıq. Fransaya qol vurmağın özü də çətinlikdir. Qoldan sonra üstümüzə gəldilər. Standart vəziyyətlərdə güclü olduqlarını bilirdik. Şahruddinin zədələnməsi də üçüncü qolda təsir etdi. Buna baxmayaraq, son oyunlarda futbolçular əzmkarlıq göstərir, onlara təşəkkür edirəm. Nəticə istəyiriksə, s...
Fransa fərqi artırdı – YENİLƏNİR
Azərbaycan Futbolu

Fransa fərqi artırdı – YENİLƏNİR

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində bu gün sonuncu oyuna çıxacaq. Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Fransa ilə üz-üzə gələcək. Matça saat 21:00-da start veriləcək. Azərbaycan yığması D qrupunda 1 xalla sonuncudur. DÇ-2026Seçmə mərhələ 16 noyabr 21:00 Azərbaycan – Fransa 1:3Qollar: Renat Dadaşov, 4 – Filip Mateta, 17, Akliuş, 30, Türam, 45+1Baş hakim: Andris TreimanisTofiq Bəhramov adına Respublika stadionu source
PSJ-nin üzvü Azərbaycanla oyunda debüt edəcək
Azərbaycan Futbolu

PSJ-nin üzvü Azərbaycanla oyunda debüt edəcək

Fransa millisi DÇ-2026-nın seçmə mərhələsində bu gün Azərbaycanın qonağı olacaq. Futbolpress.az xəbər verir ki, fransızların qapıçısı Luka Şevalye bu gün yığmada debüt edəcək. Baş məşqçi Didye Deşam bugünkü matçda bu qolkiperə şans verəcək. Bu, PSJ-də çıxış edən 24 yaşlı qapıçının millidə debütü olacaq. Azərbaycan – Fransa oyunu saat 21:00-da start götürəcək. source
Millinin oyunu rumınlara tapşırıldı
Azərbaycan Futbolu

Millinin oyunu rumınlara tapşırıldı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 18-də Bakı vaxtı ilə saat 22:00-da “Europa Point Stadium”da keçiriləcək Cəbəllütariq (U-21) – Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb. Futbolpress.az xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək: 18 noyabr Cəbəllütariq (U-21) – Azərbaycan (U-21) “Europa Point Stadium”. Saat 22:00 Baş hakim: Andrei Çivulete Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mixayta Nekula Dördüncü hakim: George Katalin Roman (Hakimlər briqadası Rumıniyadandır) source
Azərbaycan yığması Fransaya qarşı – YENİLƏNİR
Azərbaycan Futbolu

Azərbaycan yığması Fransaya qarşı – YENİLƏNİR

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində bu gün sonuncu oyuna çıxacaq. Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Fransa ilə üz-üzə gələcək. Matça saat 21:00-da start veriləcək. Azərbaycan yığması D qrupunda 1 xalla sonuncudur. DÇ-2026Seçmə mərhələ 16 noyabr 21:00 Azərbaycan – FransaBaş hakim: Andris TreimanisTofiq Bəhramov adına Respublika stadionu source
Millidə itki – “Qarabağ”ın futbolçusu Fransa ilə oyunu buraxacaq
Azərbaycan Futbolu

Millidə itki – “Qarabağ”ın futbolçusu Fransa ilə oyunu buraxacaq

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Futbolpress.az xəbər verir ki, millimizin futbolçusu Toral Bayramov zədələndiyi üçün heyətdən çıxarılıb. Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq. source