Eyyubov: “Gələcəyə nikbin baxırıq”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə keçirilən oyunla bağlı AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.
Futbolpress.az xəbər verir ki, baş məşqçi millimizin 1:0 hesabı ilə qalib gəldiyi görüşdəki çıxışından razı qaldığını deyib:
“Bu oyun ilk növbədə mənim üçün maraqlı idi. Əsas məsələ rəqibin 10 nəfərlə müdafiə olunduğu bloku necə yaracağımız idi. Birinci hissədə bir neçə qol epizodu yaratdıq, amma dəyərləndirə bilmədik. İkinci hissədə sistemi dəyişdik və rəqibə daha çox təzyiq etdik. Ümumilikdə daha çox qol vurmağa layiq idik, amma 3 xal və qələbə məni sevindirir. Bilirdik ki, burada oyun çətin olacaq. Eyni problemlərlə Çexiya və Şotlandiya da üzləşmişdi”.
...










