II Liqa klubları cərimələndi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
16.11.2025-ci il tarixində II Liqada IX turun “Quba” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
16.11.2025-ci il tarixində II Liqada IX turun “Şəmkir” – “Ağdaş” oyununda “Ağdaş” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
17.11.2025-ci il tarixində II Liqada IX turun “Sheki City” – “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
17.11.2025-ci il tarixində II Liqada IX turun “Qaradağ Lökbatan” – “Kür-Araz” oyununun 43-cü də...










