Azərbaycan Futbolu

“Qarabağ”ın “Napoli” ilə oyunu onlara tapşırıldı
Azərbaycan Futbolu

“Qarabağ”ın “Napoli” ilə oyunu onlara tapşırıldı

UEFA Çempionlar Liqasının V turunda keçiriləcək “Napoli” – “Qarabağ” oyununa təyinatlar açıqlanıb. Futbolpress.az xəbər verir ki, Neapolda baş tutacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Şimon Marçinyak olacaq. Ona yan xətt hakimləri Tomaş Listkiviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasının Pol van Bokel (Niderland) yerinə yetirəcək. VAR-da İvan Bebek (Xorvatiya) olacaq. source
Parris mükafatlandırıldı
Azərbaycan Futbolu

Parris mükafatlandırıldı

“Ayın qolu” layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi olan Kahim Parris mükafatlandırılıb. Futbolpress.az xəbər verir ki, “Sabah” klubunun futbolçusuna mükafatı Azərbaycan Premyer Liqasının XII turunun “Sabah” – “Şamaxı” görüşündən əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib. İkinci hissəsi davam edən “Sabah” – “Şamaxı” oyununda hesab açılmayıb. source
Ozan “Tvente” ilə oyunda fərqləndi
Azərbaycan Futbolu

Ozan “Tvente” ilə oyunda fərqləndi

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland çempionatında növbəti oyuna çıxıb. Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Tvente” ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1. Ozan 73-cü dəqiqədə meydana daxil olub və komandasının yeganə qolunun ötürməsini edib. “Volendam” 13 turdan sonra 14 xalla 13-cü sıradadır. source
“Şəfa” xal itirdi
Azərbaycan Futbolu

“Şəfa” xal itirdi

Azərbaycan I Liqasında VIII tura yekun vurulub. Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib. “Şəfa” “Difai” ilə heç-heçə edib – 1:1. Azərbaycan I LiqasıVIII tur 22 noyabr Şəfa – Difai 1:1Qollar: P.Azadov, 45+1 – B.Qurbanov, 62. source
“Sumqayıt” “Qarabağ”la oyunun hakimindən şikayət edəcək
Azərbaycan Futbolu

“Sumqayıt” “Qarabağ”la oyunun hakimindən şikayət edəcək

“Sumqayıt” Premyer Liqanın XII turunun “Qarabağ”la oyununun hakimi Fərid Hacıyevdən AFFA-ya şikayət edəcək. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev “Futbolpress.az“a açıqlamasında bildirdi. O, oyunun idarəçiliyindən narazı qaldıqlarını və ikinci hissədə müdafiəçi Rayan Senhaciyə verilən ikinci sarı+qırmızı vərəqnin əsassız olduğunu qeyd etdi. “Sumqayıt” “Qarabağ”a 2:4 hesabıyla uduzub. Şahin Cəfərov source
Klub nümayəndələri ilə onlayn görüş keçirilib
Azərbaycan Futbolu

Klub nümayəndələri ilə onlayn görüş keçirilib

AFFA tərəfindən Premyer Liqada çıxış edən klublarının lisenziyalaşdırma menecerləri və akademiya rəhbərləri ilə onlayn görüş keçirilib. Futbolpress.az xəbər verir ki, iclasın əsas mövzusu Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək Prosesi olub. Bu proses mahiyyət etibarilə, klubların lisenziyalaşdırılması qaydalarında əks olunan tələblərin daha səmərəli icrasını təmin edən əsas mexanizm kimi təqdim edilib. Görüşdə AFFA rəhbərliyi və müvafiq struktur bölmələrinin nümayəndələri – baş katibin müavini Elçin Məmmədov, Lisenziya və Qeydiyyat Departamentinin rəisi Seymur Səlimli, Klubların Lisenziyalaşdırma Şöbəsinin rəisi Seyran Kərimli, şöbənin uşaq-gənclər futbolu üzrə əlaqələndiricisi, məşqçi-koordinator Sərxan Hüseynov və Maliyyə departamentinin maliyyə nəzarəti şöbəsinin rə...
“Neftçi”də ilin son iki ev oyununa bir bilet
Azərbaycan Futbolu

“Neftçi”də ilin son iki ev oyununa bir bilet

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində noyabrın 23-ü saat 17:30-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “İmişli” matçının biletləri satışa çıxarılıb. Futbolpress.az xəbər verir ki, qiyməti 3 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 5 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 7 (“Cənub alt” sektorları), 25 (“VIP Silver” sektoru) və 30 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və “https://bilet.neftchi.az” saytından onlayn şəkildə əldə etmək olar. Qeyd edək ki, bu biletlərlə Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində dekabr ayında  “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçına da giriş etmək mümkün olacaq. Yəni azarkeşlər bir bilet almaqla bu il keçiriləcək son iki ev oyununu tribunadan izləy...
Milli Banqladeşə bu futbolçularla yollanacaq
Azərbaycan Futbolu

Milli Banqladeşə bu futbolçularla yollanacaq

Qadınlardan ibarət Azərbaycan milli komandası noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq. Futbolpress.az xəbər verir ki, millimiz Dəkkə şəhərində “FIFA Tri Nations Women’s Football Series 2025” adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq. Komandamız noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq. N. Ad/Soyad Klub 1 Aytac Şərifova Yüksekova (Türkiyə) 2 Günay İsmayılova Neftçi 3 Mehriban Şahməmmədova ALG Spor (Türkiyə) 4 Nigar Mirzəliyeva Zenit (Rusiya) 5 Jalə Məhsimova Yüksekova (Türkiyə) 6 Kamilla Məmmədova Yelimay (Qazaxıstan) 7 Ayşən Əhmədova Amed Spor (Türkiyə) 8 Alina Nəhmədova Neftçi 9 Aysun Muradova Haymana...
Azərbaycan Kuboku: 1/8 finalın oyunlarının vaxtı
Azərbaycan Futbolu

Azərbaycan Kuboku: 1/8 finalın oyunlarının vaxtı

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli məlum olub. Futbolpress.az xəbər verir ki, üç günü əhatə edəcək mərhələnin altı oyunu “CBC Sport” telekanalı vasitəsilə, digər qarşılaşmalar isə Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq. 2 dekabr (çərşənbə axşamı) “Şahdağ Qusar” – “Turan Tovuz”“SOCAR Polymer Arena”, 15:00 “Zirə” – “Neftçi”Zirə İdman Kompleksinin stadionu, 19:00 3 dekabr (çərşənbə) “Şamaxı” – “Baku Sportinq”Şamaxı şəhər stadionu, 14:00 (canlı / pfl.az) “İmişli” – “Sabah”Quba OİK stadionu, 14:00 “Qarabağ” – “Karvan-Yevlax”“Azersun Arena”, 19:00 4 dekabr (cümə axşamı) “Qəbələ” – “Şəfa”Qəbələ şəhər stadionu, 15:00 “Araz-Naxçıvan” – “Kəpəz”“Liv Bona Dea Arena”, 19:00 “Difai” – “Sumqayıt”M. H. adına Sumqayıt şəhər stadionu, 19:00 (canlı / pfl.az)...
“Qarabağ”ın ÇL heyətində dəyişiklik
Azərbaycan Futbolu

“Qarabağ”ın ÇL heyətində dəyişiklik

“Qarabağ”ın Çempionlar Liqası oyunları üçün UEFA-ya təqdim etdiyi sifariş ərizəsində dəyişiklik olub. Futbolpress.az xəbər verir ki, “atlılar” zədəli Kado Borgesin əvəzinə Joni Montieli heyətə daxil edib. Montiel şans veriləcəyi halda, “Napoli” ilə səfər matçında meydana çıxa bilər. “Napoli” – “Qarabağ” oyunu noyabrın 26-da keçiriləcək. source