Azərbaycan Futbolu

“Sabah”ın ilk sınağı
Azərbaycan Futbolu

“Sabah”ın ilk sınağı

Yeni mövsümə hazırlıqlarını Bakıda davam etdirən “Sabah” bu gün ilk yoxlama oyununa çıxacaq. Futbolpress.az xəbər verir ki, “bayquşlar” Masazırda “Şamaxı” ilə qarşılaşacaq. “Bank Respbulika Arena”da keçiriləcək görüşə saat 16:00-da start veriləcək. source
“Neftçi”nin sabiq futbolçusu: “Qarabağ”ın sistemi xoşuma gəlir”
Azərbaycan Futbolu

“Neftçi”nin sabiq futbolçusu: “Qarabağ”ın sistemi xoşuma gəlir”

“Neftçi”nin sabiq futbolçusu Mamadu Mbodj müsahibə verib. Futbolpress.az “asnews.kz” saytına istinadən xəbər verir ki, vaxtilə “Neftçi”də oynamış müdafiəçi Çempionlar Liqasında mübarizə aparan “Kayrat”la “Qarabağ”ı müqayisə edib: “Təcrübə belə turnirlərdə əsas rol oynayır. “Qarabağ” avrokuboklarda daimi çıxış edir, amma “Kayrat” beş ildən ir ordadır. Lakin heç növbəti on ildə kiminsə bu uğuru təkrarlayacağına inanmır. “Qarabağ”ın sistemi xoşuma gəlir. Onlara qarşı oynasam da, yaxşı komandaları, məşqçiləri var. Onlar il ərzində cəmi 2-3 futbolçu dəyişir, sütunu qoruyular”. Mbodj 2019-2023-cü illərdə “Neftçi”nin formasını geyinib. O, 2024-cü ilin fevralından yayına kimi Qazaxıstanda “Ordabası”da top qovub. Müdafiəçi hazırda Vyetnamda “Tan Hoada forma geyinir. source...
“Qarabağ” Türkiyəyə yollandı
Azərbaycan Futbolu

“Qarabağ” Türkiyəyə yollandı

“Qarabağ” mövsümün ikinci dövrəsinə hazırlığın növbəti mərhələsi üçün Türkiyəyə yollanıb. Futbolpress.az xəbər verir ki, Qurban Qurbanov və komandası Antalyaya yola düşüb. “Qarabağ” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da məskunlaşacaq. Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək. source
Bağırov: “Çempionatın startına kimi komanda istədiyimiz səviyyəyə çatacaq”
Azərbaycan Futbolu

Bağırov: “Çempionatın startına kimi komanda istədiyimiz səviyyəyə çatacaq”

“Kəpəz” yoxlama oyununda “Qəbələ”yə uduzub – 1:3. Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçı belə dəyərləndirib: “Mənim üçün maraqlı oyun alındı. Futbolçular yaxşı mübarizə apardılar. Baxmayaraq ki, səfərə gələn kimi oyuna çıxdıq. Akademiyadan da 4 oyunçunu yoxlamaq imkanımız oldu. Yaxşı təsir bağışladılar. İnanıram ki, gələcəkdə onlardan da əsas komandaya namizədlər olacaq. Veysəl Rzayev də ilk oyununa çıxdı və yaxşı təsir bağışladı. Bəli, çatışmazlıqlar var, komanda uyğunlaşmalıdır. İki hissəli oyunda ilk onbirliyimizi meydana buraxmadıq. Fərqli hissələrdə təzyiq altında oynamalarını istədim. Əsas odur ki, zədəsiz, itkisiz matçı başa vurduq. Bir həftədir ki, məşqlərə başlamışıq. İnanıram ki, çempionatın startına kimi komanda istədiyimiz səviyyəyə ç...
“Araz-Naxçıvan”dan 7 cavabsız qol
Azərbaycan Futbolu

“Araz-Naxçıvan”dan 7 cavabsız qol

Hazırlığını davam etdirən “Araz-Naxçıvan” yoxlama oyunu keçirib. Futbolpress.az xəbər verir ki, klubun əvəzedici heyəti ilə görüş əsas komandanın 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Simakala, Coşqun Diniyev, Hamidu Keyta, Ülvi İsgəndərov, Slavik Alxasov, Ramon Maçado və Bar Kohen vurublar. source
Demçenko: “Vaxtımız var, tədricən istədiyimizə nail olacağıq”
Azərbaycan Futbolu

Demçenko: “Vaxtımız var, tədricən istədiyimizə nail olacağıq”

“Araz-Naxçıvan” yoxlama oyununda əvəzedici komandasına 7:0 hesabıyla qalib gəlib. Futbolpress.az xəbər verir ki, komandanın baş məşqçisi Andrey Demçenko matçı belə şərh edib: “Əvəzedici komandaya təşəkkür edirəm, çünki onlar yeni yığılıblar və tam hazır olmasalar da, bu oyununun keçirilməsinə razılaşdılar. Oyun bizim üçün vacib idi. Yeni komandayıq, yeni toplaşmışıq. Ona görə də güclü rəqiblə görüşməyə ehtiyac duymadıq. Çalışdıq düşündüklərimizi meydanda tətbiq edək. Belə görüşlərdə hesaba aldanmaq olmaz. Hələ düzəltməli olduğumuz məqamlar var. Bunu gördük və üzərində işləyəcəyik. Müsbət dinamika da gördüm. Vaxtımız var, tədricən istədiyimizə nail olacağıq. Zədəli futbolçularımız var, onların yoxluğu da müəyyən problemlər yaradır. Ancaq futbolçu həyatını zədəsiz təsəvvür etmək olmaz. Onlar...
“Turan Tovuz”un yoxlama oyunu ləğv edildi
Azərbaycan Futbolu

“Turan Tovuz”un yoxlama oyunu ləğv edildi

“Turan Tovuz”un Antalyadakı yoxlama oyunlarından biri ləğv edilib. Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tovuz təmsilçisinin yanvarın 10-da Rumıniya təmsilçisi “Hermanştadt”la nəzərdə tutulan yoxlama oyunu ləğv olunub. “Turan Tovuz” yanvarın 17-də “Poqon”la (Polşa) qarşılaşacaq. source
Premyer Liqa klublarının Qəbələ sınağı
Azərbaycan Futbolu

Premyer Liqa klublarının Qəbələ sınağı

Yeni mövsümə hazırlığını davam etdirən “Qəbələ” və “Kəpəz” bu gün yoxlama oyununda üz-üzə gələcək. Futbolpress.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq oyuna saat 14:00-da start veriləcək. Bu, komandaların qış fasiləsindəki ilk sınağı olacaq. source
“Zirə” Antalyaya yollandı
Azərbaycan Futbolu

“Zirə” Antalyaya yollandı

“Zirə” mövsümün ikinci dövrəsinə hazırlığın ikinci mərhələsi üçün Türkiyənin Antalya şəhərinə yollanıb. Futbolpress.az xəbər verir ki, komanda bu gün səhər saatlarında yola düşüb. “Zirə” yanvarın 17-nə qədər Antalyada hazırlıq keçəcək. “Qartallar” Antalyada 3 matça çıxacaq. “Qartallar” yanvarın 12-də Rumıniyanın “Çiksereda”, yanvarın 16-da isə Ukraynanın “Oleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq. source