Azərbaycan Futbolu

“Qəbələ” üçün sınaq günü
Azərbaycan Futbolu

“Qəbələ” üçün sınaq günü

“Qəbələ” bu gün yoxlama oyunu keçirəcək. Futbolpress.az xəbər verir ki, Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv I Liqa təmsilçisi MOİK-lə qarşılaşacaq. Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək görüşə saat 18:30-da start veriləcək. “Qəbələ” Premyer Liqanın I turunda “Karvan-Yevlax”la heç-heçə edib – 1:1. source
5 oyuna 77 legioner!
Azərbaycan Futbolu

5 oyuna 77 legioner!

Azərbaycan Premyer Liqasında I tur başa çatıb. Legioner limitinin tətbiq edilmədiyi mövsümdə komandalar ilk matçlarında daha çox legionerlərə şans tanıyıb. U-21 millisi üçün baza rolunu oynayacağı gözlənilən “Şamaxı” isə daha çox əcnəbidən istifadə edən iki komandasından biri kimi I turun diqqətçəkəni oldu. Legionerlərin gəlişi çempionatda rəqabəti artıracaq fikirləri var, ancaq birinci turda meydana çıxan yeni əcnəbilərdə xüsusi istedad, bacarıq, keyfiyyət sezilmədi – 1, 2 oyunçudan başqa. Heyətini demək olar, tamam dəyişən “Neftçi” mövsümə bir xalla başladı. “Kəpəz”ə 3:0 hesabıyla qalib gələn “Sumqayıt”ın legionerləri qismən yaxşı tərəfdən göründü. “Qəbələ”nin gənc əncəbiləri də pis təsir bağışlamadı. Təcrübəsizlik komanda...
“Səbail”dən AFFA-ya şikayət – maaşları verilmir
Azərbaycan Futbolu

“Səbail”dən AFFA-ya şikayət – maaşları verilmir

2024/25 mövsümünün nəticələrinə görə Azərbaycan Premyer Liqasının sonuncusu olan “Səbail” I Liqaya düşmüşdü. Bundan sonra klubun davam edib-etməyəcəyi müzakirə olunurdu. Son məlumatlara görə, “Səbail”in sponsoru I Liqada iştirak üçün müəyyən məbləğ ayıracaq. Ancaq ötən mövsümə görə klubda yaranan problemlər həll edilmir. “FutbolPress.az”ın əldə etdiyi məlumata görə 3 ayın maaşı ödənilməyib. Məsələnin nə vaxt həll ediləcəyi açıqlanmır, bu səbəbdən qapıçı Əlirza Müştəbəzadə, Nihat Quliyev və bir neçə futbolçu AFFA-ya klubdan şikayət edib. Kamil Əhməd source
Utziqin gedişi rəsmiləşdi
Azərbaycan Futbolu

Utziqin gedişi rəsmiləşdi

Rafael Utziq “Zirə”dən ayrılıb. Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı hücumçu Vyetnamın “Ho Çi Minh Siti Polis” klubuna bir illik icarəyə verilib. Rafael Utziq 2024-cü ilin yanvar ayından klubda çıxış edir. O, baş məşqçi Rəşad Sadıqovun qərarı ilə əsas komandadan uzaqlaşdırılmışdı. source
Prezident və xanımı Gəncə stadionunda
Azərbaycan Futbolu

Prezident və xanımı Gəncə stadionunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Futbolpress.az xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib. Bildirilib ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından bu idman qurğusunun fəaliyyəti qismən həyata keçirilirdi. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilki...
AFFA rəsmisinə beynəlxalq təyinat
Azərbaycan Futbolu

AFFA rəsmisinə beynəlxalq təyinat

AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva beynəxalq təyinat alıb. Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. O, qadınlar arasında UEFA Çempionlar Liqası 2025/2026- illər mövsümü çərçivəsində Albaniyada keçiriləcək mini – turnirin UEFA nümayəndəsi olacaq. source
Azərbaycan klubu mükafatçını saxladı
Azərbaycan Futbolu

Azərbaycan klubu mükafatçını saxladı

Yeni mövsümdə II Liqada mübarizə aparacaq “Xankəndi” futbolçusu Sərxan Ağayevi komandada saxlayıb. Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ağayevlə müqavilənin detalları açıqlanmayıb. Sərxan ötən mövsüm Region Liqasının ən yaxşı futbolçusu seçilib. Yarımmüdafiəçi daha əvvəl Şahdağ Qusar”, “Zirə”, “Qaradağ Lökbatan”, “Şəmkir”, “Binə”, “Zaqatala”, “Araz Naxçıvan”, “Qusar” klublarında forma geyinib. source
“Qarabağ” bizdən üstün oynadı”
Azərbaycan Futbolu

“Qarabağ” bizdən üstün oynadı”

“Ferentsvaroş”un qapıçısı Dibuş Deneş Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a uduzduqları ilk oyundan sonra fikirlərini bölüşüb. Futbolpress.az xəbər verir ki, qolkiper 1:3 hesabıyla bitən görüşdə bunları deyib: “İlk hissədə hər iki komandanın imkanları var idi. Xoşbəxtlikdən onlar yararlana bilmədi. Daha sonra hücumçumuz Varqa fərdi keyfiyyətləri hesabına qol vura bildi. İkinci hissədə də əla fürsətimiz var idi, amma oldu. Daha sonra yarımmüdafiəyə nəzarəti itirdik və rəqib üstünlüyü ələ aldı. “Qarabağ” bizdən üstün oynadı və istədiklərini meydançada etdi. Təslim olmamalıyıq. Çünki fərqi aradan qaldırmaq üçün şanslarımız olacaq”. Cavab oyunu avqustun 27-də Bakıda olacaq. source...
Musa, hər şey yaxşıdır – 2
Azərbaycan Futbolu

Musa, hər şey yaxşıdır – 2

İdman anlayış olaraq ataların oğullarını ova aparmaqla/öyrətməklə başlayıb. Onlar “nəticə qazanmağı” bacararkən atalarda fəxarət hissi yaranırdı… Prinsip ibtidai zamandan bu yana dəyişilməyib. Dünən “Qarabağ”ın imza atdığı möhtəşəmlikdə son möqtəni Musa qoyanda bir anlıq ekrana gələn Qurban Qurbanovun gözlərində duyulurdu fəxarət hissi. Yaradılışın ən təməl hisslərindən biri… Və bəlkə də bir ata aspektindən baxılsa, ən möhtəşəmi. Musa Qurbanlı “Şkendiya” ilə oyunda qol vurmaq hirsi ilə alışıb-yanırdı. Bunu onun emosiya dozasını daşıran bir epizoddan açıq sezmək mümkün idi. Bir idmançı üçün ən həssas emosional durumlardan biri həmin anlarda çabaların nəticəyə varmaması olur. O hissi yaşayanlar bu cümləni oxuyanlardan qat-qat daha yaxşı anlayar… Və buna görə, “Musa, hər şey yaxşıdır” sərlövh...
Sadıqov: “Oyun içində olan narazılıqlarımız təbiidir”
Azərbaycan Futbolu

Sadıqov: “Oyun içində olan narazılıqlarımız təbiidir”

Azərbaycan Premyer Liqasının I turunun “Zirə” – “Araz-Naxçıvan” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb… – Çempionatın ilk oyunları ağır keçir. Oyunçularım yaxşı ustalıq göstərdilər. Çempionatın favorit komandalarından birinə qarşı baxımlı oyun göstərdilər. Düşünürəm ki, qələbəyə yaxın tərəf biz idik. Hesab 1:0 olarkən də, 1:1 olarkən də qol epizodlarımız var idi. Bunlardan istifadə edə bilmədik. Rəqib standart vəziyətdən qol vurdu. Həmin epizodda da zəncirvari səhvlərimiz oldu. Ümumilikdə oyunçularımın göstərdiyi performansdan çox razı qaldım. – Sizcə, bugünkü oyunda hakim oyunun nəticəsinə öz təsirini göstərdimi?– Oyun içində olan ...