Azərbaycan Futbolu

Millinin oyununun yeri dəyişdirildi
Azərbaycan Futbolu

Millinin oyununun yeri dəyişdirildi

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib. Futbolpress.az xəbər verir ki, UEFA D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Qeyd edək ki, daha əvvəl oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı. source
Pioli Əliyar Ağayevin qərarından danışdı
Azərbaycan Futbolu

Pioli Əliyar Ağayevin qərarından danışdı

“Fiorentina”nın baş məşqçisi Stefano Pioli UEFA Konfrans Liqasının pley-off mərhələsində “Polissya” üzərində 3:0 hesablı qələbədən sonra Moize Kinin meydandan qovulmasına münasibət bildirib. Futbolpress.az xəbər verir ki, Pioli italiyalı hücumçunun qırmızı vərəqəyə layiq olduğunu qəbul etsə də, epizodda rəqib futbolçunun da cəzalanmalı olduğunu vurğulayıb: “Moize səhv etdi və onun reaksiyası qırmızı vərəqəyə layiq idi. Amma saçdan dartılma da cəzasız qalmamalı idi. Onu başa düşürəm və təəssüflənirəm. Ümid edirəm ki, Kin bu hadisədən dərs çıxaracaq”. Dünən baş tutan oyunu azərbaycanlı hakim Əliyar Ağayev idarə edib. Matç “Fiorentina”nın qələbəsiylə başa çatıb – 3:0. source
Əli Cəbrayılova UEFA-dan beynəlxalq təyinat
Azərbaycan Futbolu

Əli Cəbrayılova UEFA-dan beynəlxalq təyinat

FİFA referisi Əli Cəbrayılov növbəti beynəlxalq təyinat alıb. Futbolpress.az xəbər verir ki, azərbaycanlı futzal hakimi UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunda keçiriləcək oyunlarda ədaləti qoruyacaq. Qarşılaşmalar Bolqarıstanda təşkil olunacaq. Cəbrayılov avqustun 27-də baş tutacaq iki görüşdə — Bolqarıstan təmsilçisi “Viten Orşa” ilə Cəbəllütariqin “Europa” klubları arasındakı oyunda 3-cü, Almaniyanın “Veilimdorf” – “Levski” (Bolqarıstan) matçında isə 2-ci hakim olacaq. Həmyerlimiz ertəsi gün baş tutacaq “Veilimdorf” – “Viten Orşa” görüşünə isə baş hakim təyin olunub. Qrupun son turunun oyunlarına təyinatlar isə hələ ki açıqlanmayıb. source
Ağayevdən 1 “qırmızı”, 3 “sarı”
Azərbaycan Futbolu

Ağayevdən 1 “qırmızı”, 3 “sarı”

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev dünən Konfrans Liqasının pley-off mərhələsində baş tutan “Polissya” (Ukrayna) – “Fiorentina” (İtaliya) oyununu idarə edib. Futbolpress.az xəbər verir ki, matç “bənövşəyilər”in 3:0 hesablı qələbəsiylə başa çatıb. Ağayev görüşdə “Fiorentina”nın futbolçusu Moyze Kinə 44-cü dəqiqədə qırmızı vərəqə verib. Matçda Kindən əlavə daha 3 futbolçu isə sarı vərəqə ilə cəzalanıb. source
“Qarabağ” – “Ferentsvaroş”: biletlər nə vaxt satışa çıxacaq?
Azərbaycan Futbolu

“Qarabağ” – “Ferentsvaroş”: biletlər nə vaxt satışa çıxacaq?

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Ferensvaroş” (Macarıstan) oyununun biletləri bu gün, saat 14:30-dan etibarən satışa çıxarılacaq. Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır. Biletləri “iTicket.az”-ın satış məntəqələri (iTicket.az-da onlayn satış); “Park Bulvar”dakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. source
Cəlal oynadı, “Arda” pley-offun ilk matçını uduzdu
Azərbaycan Futbolu

Cəlal oynadı, “Arda” pley-offun ilk matçını uduzdu

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Konfrans Liqasında pley-off mərhələsinin ilk oyununa çıxıb. Futbolpress.az xəbər verir ki, Bolqarıstan təmsilçisi Polşada “Rakuv”un qonağı olub. Matç “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:1. Cəlal görüşdə start heyətdə yer alıb və 90+1-də əvəzlənib. Cavab matçı avqustun 28-də Bolqarıstanda olacaq. source
“Qəbələ”dən qələbə
Azərbaycan Futbolu

“Qəbələ”dən qələbə

“Qəbələ” bu gün yoxlama oyunu keçirib. Futbolpress.az xəbər verir ki, Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv MOİK-lə qarşılaşıb. Görüş “Qəbələ”nin qələbəsiylə başa çatıb – 3:0. Qolları İsaak Amoah, Domi Massoumou və Elşad Tağıyev vurub. Qeyd edək ki, “Qəbələ” Misli Premyer Liqasının 1-ci turunda “Karvan”la 1:1 heç-heçə edib. source
“Sabah”dan “İmişli”yə
Azərbaycan Futbolu

“Sabah”dan “İmişli”yə

“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib. Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi “Sabah”ın əvəzedici komandasından Xəlil Mürsəllini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 2 illik müqavilə imzalanıb. source
Samir Abasov onları əvəzedici komandaya göndərdi
Azərbaycan Futbolu

Samir Abasov onları əvəzedici komandaya göndərdi

“Neftçi”də iki futbolçu əvəzedici komandaya göndərilib. Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Baş məşqçi Samir Abasovun qərarına əsasən, futbolçular – Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar. Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər. source
“Qarabağ” mövsümün ilk ev oyunu üçün biletləri satışa çıxardı
Azərbaycan Futbolu

“Qarabağ” mövsümün ilk ev oyunu üçün biletləri satışa çıxardı

Premyer Liqanın II turunda “Sumqayıt” ilə oyunun biletləri satışa çıxarılıb. Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir. Avqustun 22-də keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyununa saat 19:30-da start veriləcək. source