Azərbaycan Futbolu

Həşimov: “Sevinirəm ki…”
Azərbaycan Futbolu

Həşimov: “Sevinirəm ki…”

Azərbaycan Premyer Liqasının II turunun “Kəpəz” – “Karvan-Yevlax” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırdı. Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi… – İki komanda da qələbə qazanıb, xallarını artırmaq istəyirdi. Komandamız əzmkar mübarizə apardı, lazım olan üç xalı qazandı. Futbolçulara təşəkkür edirəm, sona kimi mübarizə apardılar. – Premyer Liqada ilk qələbə sizin adınıza yazıldı. Hissləriniz necədir?– Məşqçi kimi sevinirəm ki, adım qalib gələn komandanın baş məşqçisi kimi tarixə düşdü. Gələcəkdə daha yaxşı hazırlaşıb, oyunları təhlil edib, hazırlaşmağa çalışacağıq. – Əsas qapıçınız Pedro Mateusun durumu necədir və Kamran İbrahimov özünü necə göstərdi?– Kim daha yaxşıdır, o oynayı...
“Bəzi məsələləri yoluna qoyandan sonra tam fərqli komanda olacağıq”
Azərbaycan Futbolu

“Bəzi məsələləri yoluna qoyandan sonra tam fərqli komanda olacağıq”

Azərbaycan Premyer Liqasının II turunun “Kəpəz” – “Karvan-Yevlax” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırdı. Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi… – Topla daha çox oynayan biz olduq. Rəqib əlinə düşən fürsətləri dəyərləndirdi. Azarkeşlərimizin narazı olması başadüşüləndir. Nəticə istəyirlər və verə bilmədiyimiz üçün üzgünük. – Xal qazanmaq baxımından münasib rəqiblə qarşılaşdınız. Məğlubiyyət ruh düşkünlüyü yarada bilər?– Ruh düşkünlüyü qazanılan və ya itirilən xallara baxmır. Rəqib uyğun idi, amma oyun, statistika olaraq üstünlük bizdə oldu. Son anlardakı epizodumuzun qol olmaması məyus edir. Toparlanmaq lazımdır. Qarşıdakı oyunlarda xallar qazanmaq lazımdır. Eyni zamanda...
Bölgə klubu tovuzlularla qarşılaşacaq
Azərbaycan Futbolu

Bölgə klubu tovuzlularla qarşılaşacaq

II Liqada mübarizə aparacaq “Şəmkir” yoxlama oyunu keçirəcək. Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi “Turan Tovuz”un U-19 komandası ilə qarşılaşacaq. Ağstafa UGİŞM stadionunda baş tutacaq qarşılaşmaya saat 17:30-da start veriləcək. source
“Səbail”in sabiq futbolçusu Rumıniya klubunda
Azərbaycan Futbolu

“Səbail”in sabiq futbolçusu Rumıniya klubunda

“Səbail”in sabiq futbolçusu Pedro Nunonun yeni ünvanı məlum olub. Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Rumıniya təmsilçisi “Otelul”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı oyunçu ilə anlaşmanın detalları açıqlanmayıb. Nuno 2023/24 mövsümündə “Səbail”in formasını geyinib. O, 2024-cü ilin yayında azad agent kimi Polşanın “Korona” klubuna keçmişdi. source
“Neftçi” qızıl xallar itirir, sonra bunun acısını çəkə bilərlər”
Azərbaycan Futbolu

“Neftçi” qızıl xallar itirir, sonra bunun acısını çəkə bilərlər”

Azərbaycan Premyer Liqasında II tur başlayıb. Son çempion “Qarabağ” azarkeşləri önündə “Sumqayıt”a minimal hesabla məğlub olub, “Neftçi” isə “İmişli” ilə qolsuz heç-heçə edib. Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında oyunları dəyərləndirdi: İki oyunda da gözlənilməz nəticələr oldu. “Qarabağ” və “Neftçi” iddialı klublardır və hamı qələbə gözləyirdi. Çempionatın əvvəli bu hallar təəccübləndirməməlidir. 3-4 tur belə nəticələr ola bilər. “Qarabağ”ın əsas diqqəti Çempionlar Liqasındakı “Ferentsvaroş”la oyundadır. Buna baxmayaraq, “Sumqayıt”ın da əzmkarlığını, istəyini qeyd etmək lazımdır, haqlarını yemək olmaz”. “Neftçi”də hiss olunur ki, komandanın oyunu hələ oturmayıb. Üstəlik meydança amili, rəqibin istəkli olması nəticəyə təsir etdi. “Neftçi” qızıl xa...
Baş katibdən “Qarabağ”a ziyarət
Azərbaycan Futbolu

Baş katibdən “Qarabağ”a ziyarət

AFFA rəsmiləri “Qarabağ”ın qonağı olublar. Futbolpress.az xəbər verir ki, assosiasiyanın baş katibi Cahangir Fərəcullayev, müavinləri Kamran Vəliyev və Elçin Məmmədov bazamızı ziyarət ediblər. “Qarabağ”ın baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev qonaqlarla görüşüblər. Emrah Çelikel qonaqlara xatirə hədiyyəsi olaraq komandanın formalarını təqdim edib. source
Veşoviç seçimini etdi
Azərbaycan Futbolu

Veşoviç seçimini etdi

“Qarabağ”dan ayrılan Marko Veşoviçin yeni ünvanı məlum olub. Futbolpress.az xəbər verir ki, cinah müdafiəçisi “Lokomotiv”ə keçib. Bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb. Veşoviçlə razılaşmanın detalları açıqlanmayıb. Veşoviç 2021-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib. source
Mahir oynadı, komandası uduzdu
Azərbaycan Futbolu

Mahir oynadı, komandası uduzdu

Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” Almaniya II Bundesliqasında növbəti oyuna çıxıb. Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Elversberq”lə qarşılaşıb. Matç “Kayzerslautern”in məğlubiyyəti ilə başa çatıb – 1:2. Oyuna start heyətdə başlayan Mahir 72-ci dəqiqədə əvəzlənib. “Kayzerslautern” 3 turdan sonra 3 xalla 13-cü sıradadır. source
Kaskilya: “Son oyundan dərsimizi almışdıq”
Azərbaycan Futbolu

Kaskilya: “Son oyundan dərsimizi almışdıq”

Azərbaycan Premyer Liqasının II turunun “İmişli” – “Neftçi” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Jorj Kaskilya jurnalistlərin suallarını cavablandırıb. Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib… – Gözlədiyimiz kimi çox çətin oyun oldu. “Neftçi” çempionluğa oynayan komandadır. Biz son oyundan dərsimizi almışdıq. Səhvlərimizdən nəticə çıxarıb, yaxşı məşq edib bu matça çıxmışdıq. Bilirdik ki, “Neftçi” meydana qələbə üçün çıxacaq. Biz istəyimizə çatdıq və xalımızı aldıq. – Çexiya III Liqasında çalışmısız. Həmin çempionatla Azərbaycan Premyer Liqasını müqayisə edə bilərsiz?– Müqayisə etmək mümkün deyil. Azərbaycan Premyer Liqası təbii ki, Çexiyanın III Liqasından üstündür. – Bura gələndən sonra həmyerliniz Fernandu Santuşla görüş...
Millinin AÇ-dəki oyunlarının vaxtı
Azərbaycan Futbolu

Millinin AÇ-dəki oyunlarının vaxtı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib. Futbolpress.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq. Matçlar Moldovada təşkil olunacaq. Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcək. source