Azərbaycan Futbolu

Yeni loqo, yeni oyunçular
Azərbaycan Futbolu

Yeni loqo, yeni oyunçular

Yeni mövsümün hazırlığını davam etdirən “Şuşa” futzal komandası heyətini bir neçə futzalçı ilə gücləndirib. Futbolpress.az xəbər verir ki, Yüksək Liqa təmsilçisi “Neftçi” İK-dan ayrılan Namiq Məmmədkərimov və Adil İsmayılovla, eləcə də “Araz-Naxçıvan”ın da formasını geyinmiş qapıçı Azər Fərmanovla anlaşıb. Ötən mövsüm “Yasamal Bakı”da çıxış etmiş Elçin Məmmədov da “Şuşa”nın uğurları üçün çalışacaq. Onu da qeyd edək ki, klub yeni mövsümə yeni loqo ilə start verəcək. source
Cəlal məğlubiyyətin iştirakçısı oldu
Azərbaycan Futbolu

Cəlal məğlubiyyətin iştirakçısı oldu

Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyununu keçirib. Futbolpress.az xəbər verir ki, Kırcalı təmsilçisi səfərdə “Slaviya” ilə qarşılaşıb. Matç Sofiya klubunun qələbəsiylə başa çatıb – 2:0. Cəlal oyuna start heyətdə başlayıb və sona qədər oynayıb. “Arda” 5 turdan sonra 5 xalla 9-cu sıradadır. source
PFL rəsmisi DÇ-2026 oyununa təyinat aldı
Azərbaycan Futbolu

PFL rəsmisi DÇ-2026 oyununa təyinat aldı

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. Futbolpress.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək Qazaxıstan – Uels oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşma Astana şəhərində yerləşən “Astana Arena”da baş tutacaq. source
Qurban Qurbanov media önünə çıxacaq
Azərbaycan Futbolu

Qurban Qurbanov media önünə çıxacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Ferensvaroş” (Macarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtları məlum olub. Futbolpress.az xəbər verir ki, “atlılar”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 26-da saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə Azersun Arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. Qonaq komandanın baş məşqçisi Robbi Kinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 20:00-da start götürəcək. Macarıstan təmsilçisinin ölkəmizdə məşqi nəzərdə tutulmayıb. Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adı...
Diniyevin yeni klubu rəsmiləşdi
Azərbaycan Futbolu

Diniyevin yeni klubu rəsmiləşdi

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb. Futbolpress.az klubun rəsmi “İnstagram” səhifəsinə istinadən xəbər verir ki, Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Diniyev əvvəlki illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib. O, həmçinin Türkiyənin “Ümraniyəspor” və “Bandırmaspor” komandalarında forma geyinib. 30 yaşlı futbolçunun son klubu isə “Çorum” olub. source
Rüfət qələbənin iştirakçısı oldu
Azərbaycan Futbolu

Rüfət qələbənin iştirakçısı oldu

Azərbaycanlı futbolçu Rüfət Abdullazadənin fomrasını geyindiyi “Varajdin” Xorvatiya çempionatında növbəti oyuna çıxıb. Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Riyeka” ilə qarşılaşıb. Görüş “Varajdin”in qələbəysiylə başa çatıb – 2:1. Rüfət oyuna ehtiyatda başlayıb və 68-ci dəqiqədə meydana daxil olub. “Varajdin” 4 turdan sonra 5 xalla 5-ci sıradadır. source
Milli üzvü oynadı, komandası heç-heçə etdi
Azərbaycan Futbolu

Milli üzvü oynadı, komandası heç-heçə etdi

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland Erediviziyasında növbəti oyuna çıxıb. Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Telstar”la səfərdə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb – 2:2. Oyuna ehtiyatda başlayan Ozan 46-cı dəqiqədə meydana daxil olub. “Volendam” 3 xalla 10-cudur. source