Azərbaycan Futbolu

“Əvəzedicilər”də oyun cədvəli məlum oldu
Azərbaycan Futbolu

“Əvəzedicilər”də oyun cədvəli məlum oldu

Əvəzedicilər Liqasında 3-cü turun oyun cədvəli məlum olub. Futbolpress.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. 30 avqust (şənbə) “Sumqayıt-2” – “Neftçi-2”“SOCAR Polymer Arena” (ehtiyat meydança), 16:00 “Sabah-2” – “Qarabağ-2”“Bank Respublika Arena” (ehtiyat meydança), 17:00 “Şamaxı-2” – “Qəbələ-2”Şamaxı şəhər stadionu, 17:00 31 avqust (bazar) “Zirə-2” – “Kəpəz-2”Binə qəsəbə stadionu, 17:00 “Turan Tovuz-2” – “Araz-Naxçıvan-2”Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00 source
“Qarabağ” üçün tarixi gün – YENİLƏNİR
Azərbaycan Futbolu

“Qarabağ” üçün tarixi gün – YENİLƏNİR

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq. Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Ferentsvaroş”la qarşılaşacaq. Macarıstan təmsilçisi ilə görüşə saat 20:45-də start veriləcək. “Qarabağ” ilk oyunda rəqibini 3:1 hesabıyla məğlub edib. “Atlılar”a mərhələ adlamaq üçün heç-heçə və ya minimal hesablı məğlubiyyət də bəs edir. UEFA Çempionlar LiqasıPley-off mərhələsi, cavab oyunu 27 avqust 20:45 Qarabağ – Ferentsvaroş (Macarıstan)Baş hakim: Kleman Turpinİlk oyun 3:1 source
Əvəzedicilər Liqasında tura yekun vuruldu
Azərbaycan Futbolu

Əvəzedicilər Liqasında tura yekun vuruldu

Azərbaycan Əvəzedicilər Liqasında II tura yekun vurulub. Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə “Qəbələ”nin əvəzedici komandası “Zirə-2” ilə qarşılaşıb. 5 qolun vurulduğu matçda “qırmızı-qaralar” qələbə qazanıb – 4:1. Əvəzedicilər LiqasıII tur “Qəbələ-2” – “Zirə-2” 4:1Qollar: Q.Ramazanov,13, P.Quimbila, 29, N.Rəşidov,31, R.Əsədov,36, – Ə.Süleymanzadə,62 Turun digər oyunları: “Qarabağ-2″ – Sumqayıt-2” 1:0“Neftçi-2” – “Şamaxı-2” 1:0“Kəpəz-2” – “Turan-Tovuz-2” 1:4“Araz-Naxçıvan-2” – “Sabah-2” 2:5 source
“Qarabağ” Duranla müqavilə imzaladı
Azərbaycan Futbolu

“Qarabağ” Duranla müqavilə imzaladı

“Qarabağ” daha bir futbolçunun transferini reallaşdırıb. Futbolpress.az xəbər verir ki, Azərbaycan çempionunun Portuqaliyanın “Portimonense” klubu ilə aparılan danışıqları uğurla nəticələnib və Kamilo Duran heyətə cəlb olunub. Klubla 23 yaşlı kolumbiyalı arasında 3 illik müqavilə imzalanıb. Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı “Qarabağ”da 17 nömrəli forma ilə çıxış edəcək. Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış edən Duran Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub. Qeyd edək ki, “Qarabağ” bunadək beş futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae və...
“Qarabağ” rəsmiləri Portuqaliya klubunun nümayəndəsi ilə görüşdü
Azərbaycan Futbolu

“Qarabağ” rəsmiləri Portuqaliya klubunun nümayəndəsi ilə görüşdü

“Qarabağ” klubu ilə Portuqaliya təmsilçisi “Portimonense” arasında əməkdaşlıq inkişaf etdiriləcək. Futbolpress.az xəbər verir ki, bu məqsədlə Pireney klubunun idman direktoru Fernando Yamada ölkəmizə təşrif buyurub. “Qarabağ”ın baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov qonaqla görüşüblər. Fernando Yamada “Portimonense”nin prezidenti Rodiney Sampayonun salamlarını çatdırıb. Klub rəhbərləri Kamilo Duranın transferi ilə bağlı görüşmələr zamanı yaranan isti münasibəti növbəti səviyyəyə çatdırmaq üçün belə görüşün də zəruriliyini dilə gətiriblər və ilk olaraq Portuqaliya təmsilçisi Bakıya dəvət olunub. Klubların rəsmiləri arasında əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb. İdarə Heyətinin üzvləri qonaqla xatirə şəkli çəkdiriblər. source...
“Qarabağ”a görə rejim dəyişdi
Azərbaycan Futbolu

“Qarabağ”a görə rejim dəyişdi

Sabah keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Futbolpress.az xəbər verir ki, xüsusilə “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək. Sözügedən stansiyalarda əlavə işçi qüvvəsi cəlb olunacaq, həmçinin azarkeşlərin arenaya yönləndirilməsi və hərəkətinin rahat təmin olunması üçün növbətçilik cədvəli hazırlanacaq.Qatarların hərəkəti yay qrafikinə uyğun təşkil ediləcək, ehtiyac yarandıqda isə ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq. Oyunun əlavə vaxta uzanacağı halda isə metronun iş saatı azarkeşlərin rahat qayıdışı üçün uzadılacaq. Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” görüşü avqustun 27-də, saat 20:45 -də Tofiq Bəhramov ...
AFFA nümayəndəsi İsveçrədə təhsil proqramında iştirak edib
Azərbaycan Futbolu

AFFA nümayəndəsi İsveçrədə təhsil proqramında iştirak edib

AFFA-nın Hüquq şöbəsinin rəisi Günay Zamanlı UEFA Akademiyasının və IMD Biznes Məktəbinin birgə təşkilatçılığı ilə İsveçrənin Lozanna şəhərində keçirilən “UEFA Women in Football Leadership Programme 2025” təhsil proqramında iştirak edib. Futbolpress.az xəbər verir ki, proqramın əsas məqsədi futbol idarəçiliyində qərarverici vəzifələrdə çalışan qadınların liderlik bacarıqlarının inkişaf etdirilməsi, liderlik potensialının artırılması, onların qərarvermə proseslərində iştirakının gücləndirilməsi və peşəkar inkişafına dəstək göstərməkdir. Bununla yanaşı, proqram qadınların futbolun gələcəyində rolunun gücləndirilməsinə və beynəlxalq təcrübə mübadiləsinin təşviqinə xidmət edir. Proqram çərçivəsində keçirilən beş günlük intensiv sessiyalarda dünyanın müxtəlif futbol təşkilatlarını təmsil edən 3...
“Zirə”nin futbolçusu əməliyyat olundu
Azərbaycan Futbolu

“Zirə”nin futbolçusu əməliyyat olundu

“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub. Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib. Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək. source
“Şəmkir”dən qələbə
Azərbaycan Futbolu

“Şəmkir”dən qələbə

Yeni mövsümdə II Liqada mübarizə aparacaq “Şəmkir” yoxlama oyunu keçirib. Futbolpress.az xəbər verir ki, Vüqar Nadirovun rəhbərlik etdiyi kollektiv “Göygöl”lə qarşılaşıb. Matç “Şəmkir”in qələbəsiylə başa çatıb – 2:1. Hər iki kollektiv yeni mövsümdə II Liqada yarışacaq. source
“Qazanmaq arzusu hər şeyi üstələyir” – “Araz-Naxçıvan”ın legioneri
Azərbaycan Futbolu

“Qazanmaq arzusu hər şeyi üstələyir” – “Araz-Naxçıvan”ın legioneri

“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Premyer Liqanın II turunda “Turan Tovuz”a qalib gəldikləri oyundan sonra paylaşım edib. Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu 2:1 hesabıyla bitən matçla bağlı bunları yazıb: “Məhsuldar ötürmə etdiyim üçün şadam. Qələbə qazandıq, hər kəsi təbrik edirəm. Qazanmaq arzusu hər şeyi üstələyir”. source