Azərbaycan Futbolu

U-19 üçün danışılmış oyunlara qarşı sessiya
Azərbaycan Futbolu

U-19 üçün danışılmış oyunlara qarşı sessiya

AFFA-nın Komplayens və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri, UEFA-nın danışılmış oyunlarla mübarizə üzrə məsul şəxsi Naib Əsədov tərəfindən Azərbaycanın U-19 milli komandası üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya keçirilib. Futbolpress.az xəbər verir ki, milli Komandaların Təlim-Məşq Mərkəzində UEFA yarış qaydalarında müəyyən edilmiş format əsasında baş tutan təlimin əvvəlində iştirakçıların bu sahədə mövcud biliklərinin yoxlanılması üçün qısa sual-cavab mərhələsi keçirilib. Komanda üzvlərinə futbolun əsas dəyərləri və dürüst oyun prinsipləri izah edilib, danışılmış oyunların anlayışı, bu əməllərin mahiyyəti və mümkün nəticələri barədə ətraflı məlumat verilib. Real hadisələr üzərindən müzakirələr aparılıb, statistik göstəricilər və videoç...
Məqsəd: “Asan qollar buraxırıq”
Azərbaycan Futbolu

Məqsəd: “Asan qollar buraxırıq”

“Komandada ciddi problem yoxdur. Sadəcə asan qollar buraxırıq. Bunun öhdəsindən gəlməyə çalışacağıq”. Bu sözləri “Futbolpress.az“a açıqlamasında “Kəpəz”in futbolçusu Məqsəd İsayev söylədi. Cinah oyunçusu “Sabah”a 1:3 hesablı məğlubiyyətədən sonra komandadakı çatışmazlıqlardan danışdı: “Oyunumuzda artım var. Sadəcə həm ucuz qollar buraxırıq, həm də hücumlarımızda sonluq çatışmır. “Sabah”la oyunda da cəhdlərimiz olsa da, yararlana bilmədik”. İsayevin Premyer Liqada fasilədən sonra qarşılaşacaqları “Karvan-Yevlax”la matçın əhəmiyyətindən söz açdı: “Qarşıda uzun marafon var. Elitada qalacağımıza inanıram. Çalışıb, hər oyunda xal qazanmalıyıq. “Karvan-Yevlax”la oyun bizim üçün bəlkə də, mövsümün ən kritik oyunu olacaq”. Müdafiəçi uğursuz nəticələrin komandada narahatlıq yaratmadığını da əlavə e...
Azərbaycan yığması Çexiya ilə üz-üzə
Azərbaycan Futbolu

Azərbaycan yığması Çexiya ilə üz-üzə

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında mübarizəyə başlayacaq. Futbolpress.az xəbər verir ki, 13-cü qrupda yer alan yığma Çexiya ilə qarşılaşacaq. Matça saat 17:30-da start veriləcək. U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə üz-üzə gələcək. Matçlar Maltada, Ta Qali şəhərində keçiriləcək. source
Azərbaycan – İslandiya: hakimlər
Azərbaycan Futbolu

Azərbaycan – İslandiya: hakimlər

Azərbaycan milli komandasının noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb. Futbolpress.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüşü Monteneqro və Serbiyadan olan hakimlər briqadası idarə edəcək: 13 noyabr Azərbaycan – İslandiya8-ci km qəsəbə stadionu. Saat 21:00Baş hakim: Nikola DabanoviçBaş hakimin köməkçiləri: Vladan Todoroviç, Srcan YovanoviçDördüncü hakim: Miloş Boşkoviç(Hamısı Monteneqro)VAR hakimləri: Momçilo Markoviç, Aleksandar Jivkoviç (hər ikisi Serbiya) source
Milli üçün köhnə tanış
Azərbaycan Futbolu

Milli üçün köhnə tanış

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə oyununu monteneqrolu Nikola Dabanoviç idarə edəcək. Futbolpress.az-ın məlumatına görə, referi daha əvvəl də millinin oyununa təyinat alıb. O, 2018-ci ildə Millətlər Liqasında keçirilən Malta – Azərbaycan oyununu idarə edib. Görüş bərabərliklə başa çatıb – 1:1. Hakim 2017-ci ildə Avropa çempionatının seçmə mərhələsində Bakıda baş tutan Azərbaycan – San Marino görüşünün baş hakimi olub. Yığma həmin oyunda qələbə qazanıb – 5:1. Dabanoviç “Qarabağ”ın da oyununda olub. Monteneqrolu hakim 2022-ci ildə Konfrans Liqasında Fransada baş tutan “Marsel” – “Qarabağ” oyununun baş hakimi olub. Həmin matç isə “Marsel”in qələbəsiylə başa çatıb – 3:1. Noyabrın 13-də keçiriləcək Azərbaycan – İslandiya oyununa saat 21:00-da start veriləcək. so...
“Bu oyuna ikiqat motivasiya ilə çıxacağıq” – millinin futbolçusu
Azərbaycan Futbolu

“Bu oyuna ikiqat motivasiya ilə çıxacağıq” – millinin futbolçusu

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində noyabrın 13-də İslandiya, 16-da isə Fransa ilə qarşılaşacaq. Yığmanın futbolçusu Anatoli Nuriyev “Futbolpress.az“a açıqlamasında yığmaya çağırılması ilə bağlı ikirlərini bölüşdü: “Millidə olmaq hər futbolçu üçün fəxrdir. Dəvət aldığım üçün çox şadam”. Yarımmüdafiəçi millinin oyunlarından danışdı: “Qarşıda 2 çətin oyun var. Rəqiblər barədə xüsusi nə isə deməyə ehtiyac yoxdur məncə. Fikrimcə, 2 maraqlı oyun olacaq. İlk oyunda İslandiyaya 0:5 hesablı məğlubiyyət bu matça yanaşmada özünü göstərəcək. Bu oyuna ikiqat motivasiya ilə çıxacağıq. İnanıram ki, bu oyunlardan yaxşı nəticə ilə ayrılacağıq”. Şahin Cəfərov source
“Kəpəz”in futbolçusu əməliyyat olundu
Azərbaycan Futbolu

“Kəpəz”in futbolçusu əməliyyat olundu

“Sabah”la oyunda zədələnən “Kəpəz”in futbolçusu Mahamadu Ba çiynindən əməliyyat keçirib. Futbolpress.az xəbər verir ki, müayinələr nəticəsində 26 yaşlı yarımmüdafiəçinin çiynində iki bağın qırıldığı müəyyən edilib. Əməliyyat uğurla başa çatıb, Banın 2-3 həftə ərzində məşqlərə başlaması gözlənilir. source
Millidə Elvin şoku
Azərbaycan Futbolu

Millidə Elvin şoku

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Futbolpress.az verir ki, millimizin futbolçusu Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb. Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq. source
Milli üçün köhnə tanış – qələbə görməmişik
Azərbaycan Futbolu

Milli üçün köhnə tanış – qələbə görməmişik

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə oyununu monteneqrolu Nikola Dabanoviç idarə edəcək. Futbolpress.az-ın məlumatına görə, referi daha əvvəl də millinin oyununa təyinat alıb. O, 2018-ci ildə Millətlər Liqasında keçirilən Malta – Azərbaycan oyununu idarə edib. Görüş bərabərliklə başa çatıb – 1:1. Dabanoviç “Qarabağ”ın da oyununda olub. Monteneqrolu hakim 2022-ci ildə Konfrans Liqasında Fransada baş tutan “Marsel” – “Qarabağ” oyununun baş hakimi olub. Həmin matç isə “Marsel”in qələbəsiylə başa çatıb – 3:1. Noyabrın 13-də keçiriləcək Azərbaycan – İslandiya oyununa saat 21:00-da start veriləcək. source