Azərbaycan Futbolu

“Qarabağ” üçün eyni cüt
Azərbaycan Futbolu

“Qarabağ” üçün eyni cüt

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” səddini aşa bilməzsə, mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Futbolpress.az xəbər verir ki, Azərbaycan çempionu burda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu ilə qarşılacaq. “Qarabağ” ÇL-də mərhələ adlasa, pley-offdakı rəqibi də məhz bu cütün qalibi olacaq. source
Premyer Liqada ən çox legioner oynadan klub bilindi
Azərbaycan Futbolu

Premyer Liqada ən çox legioner oynadan klub bilindi

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümündə ən çox legionerdən istifadə edən klub məlum olub. Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının ötən mövsümlə bağlı təqdim etdiyi hesabatda qeyd olunub. Son çempion “Qarabağ” ötən mövsümdə ən çox legionerdən istifadə edən komandadır. “Atlılar” 17 əcnəbidən istifadə edib. Sonuncu olaraq Liqanı tərk edən “Səbail” isə ən az legionerdən istifadə edən komandadır 12 əcnəbi. Premyer Liqada yeni mövsümdə. legioner limiti tətbiq edilməyəcək. source
Qəbələdə toplananlar: “Qəbələ”dən “Kəpəz”ə qədər
Azərbaycan Futbolu

Qəbələdə toplananlar: “Qəbələ”dən “Kəpəz”ə qədər

Yeni mövsümə hazırlıqlarını Qəbələdə davam etdirən “Şamaxı” dünən yoxlama oyunu keçirib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv “Sumqayıt”a minimal hesabla qalib gəlib – 1:0. “Şamaxı” yay hazırlıqları çərçivəsində daha əvvəl “Kəpəz”i 6:1, “Karvan”ı 2:0 hesabıyla məğlub edib. Komandanın toplanışdakı yeganə məğlubiyyəti “Qəbələ”yə qarşı olub – 1:2. Bölgə təmsilçisinin növbəti sınağı avqustun 9-da debütant “İmişli”yə qarşı olacaq. Müsbət nəticələr “Şamaxı”nın çempionata daha hazır olacağından xəbərçidir. Yeni mövsümə hazırlıqlı olanlardan daha bir klub isə “Qəbələ”dir. Ötən mövsümdə I Liqada çempionluq yaşayan “qırmızı-qaralar” yay hazırlıqlarında məğlubiyyət...
Mahir üçün debüt günü
Azərbaycan Futbolu

Mahir üçün debüt günü

Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu gün “Kayzerslautern”də rəsmi debüt edəcək. Futbolpress.az xəbər verir ki, o, II Bundesliqanın I turunda “Hannover”lə səfər oyununa start heyətdə başlayacaq. Görüşə saat 15:30-da start veriləcək. Mahir yay transfer dönəmində “Kayzerslautern”lə 3 illik müqavilə imzalayıb. source
“Sumqayıt” “Şamaxı” ilə bacarmadı
Azərbaycan Futbolu

“Sumqayıt” “Şamaxı” ilə bacarmadı

Azərbaycan Premyer Liqası klubları “Şamaxı” və “Sumqayıt” bu gün yoxlama matçında üz-üzə gəlib. Futbolpress.az xəbər verir ki, görüş Qəbələ Şəhər Stadionunda keçirilib. Görüş “Şamaxı”nın qələbəsiylə başa çatıb – 1:0. “Şamaxı” bundan öncə sınaq matçında “Qəbələ”yə uduzub, “Karvan” və “Kəpəz”ə qalib gəlib. “Sumqayıt” isə “Kəpəz”i məğlub edib, “İmişli” ilə heç-heçəyə razılaşıb, “Qəbələ”yə isə uduzub. source
“Zirə”nin futbolçusu: “Mübarizəmizlə fəxr edirik”
Azərbaycan Futbolu

“Zirə”nin futbolçusu: “Mübarizəmizlə fəxr edirik”

“Zirə”nin futbolçusu İssa Cibrilla sosial şəbəkə hesabında paylaşım edib. Futbolpress.az xəbər verir ki, Konfrans Liqasında “Hayduk”la oyunda komandasının bərabərlik qolunu vuran Cibrilla paylaşımında bunları qeyd edib: “Konfrans Liqası – fəslin sonu. Turnirdə mübarizəmiz başa çatdı. Çalışdıq, amma futbolun öz qaydaları var. Məyusuq, lakin mübarizəmizlə fəxr edirik. İndi diqqətimizi mövsümə yönəldirik. “Hayduk”a vurduğu qolu çətin günlər keçirən nigeriyalı həmvətənlərimə həsr edirəm. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm”. “Zirə” iki oyunun nəticəsinə görə (1:1, 1:2) “Hayduk”a uduzub. source
Azərbaycanlı futbolçunun komandası erməniləri darmadağın etdi
Azərbaycan Futbolu

Azərbaycanlı futbolçunun komandası erməniləri darmadağın etdi

Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Milana Rəhimovanın formasını geyindiyi Şimali Makedoniyanın “Lyuboten” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib. Futbolpress.az xəbər verir ki, Rəhimovanın komandası I təsnifat mərhələsinin final oyununda Ermənistan təmsilçisi “Pünik” üzərində 4:0 hesablı qələbə qazanıb. Hava Mustafanın pokerə imza atdığı Skopyedəki qarşılaşmada meydana start heyətində daxil olan Rəhimova 90 dəqiqəni əvəz edilmədən keçirib. source
Millinin üzvü qol vurdu, komandası qələbə qazandı
Azərbaycan Futbolu

Millinin üzvü qol vurdu, komandası qələbə qazandı

Rusiya I Liqasında 3-cü turun oyunları keçirilir. Futbolpress.az xəbər verir ki, azərbaycanlı futbolçu Sadiq Baqıyevin formasını geyindiyi “Xabarovsk” klubu bu turda “Torpedo” ilə qarşılaşıb. Görüş “SKA Xabarovsk”ın qələbəsiylə başa çatıb – 1:0. Komandanın yeganə qolunu 54-cü dəqiqədə məhz Baqıyev vurub. Sadiq Azərbaycanın U-21 yığmasına dəvət alır. 3 turdan sonra “SKA Xabarovsk” 7 xalla 3-cü sıradadır. source
APL klublarının Qəbələ sınağı
Azərbaycan Futbolu

APL klublarının Qəbələ sınağı

Azərbaycan Premyer Liqası klubları “Şamaxı” və “Sumqayıt” bu gün yoxlama matçında üz-üzə gələcəklər. Futbolpress.az xəbər verir ki, görüş Qəbələ Şəhər Stadionunda keçiriləcək. Qarşılaşmaya saat 18:30-da satart veriləcək. “Şamaxı” bundan öncə sınaq matçında “Qəbələ”yə uduzub, “Karvan” və “Kəpəz”ə qalib gəlib. “Sumqayıt” isə “Kəpəz”i məğlub edib, “İmişli” ilə heç-heçəyə razılaşıb, “Qəbələ”yə isə uduzub. source
“Karvan”da yeni müqavilə
Azərbaycan Futbolu

“Karvan”da yeni müqavilə

“Karvan” yarımmüdafiəçi İbrahim Qədirzadə ilə 1 illik yeni müqavilə imzalayıb. Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qədirzadə ötən mövsüm komandanın heyətində 25 oyun keçirib və 3 qol ötürməsi ilə yadda qalıb. source