Azərbaycan Futbolu

İslandiya fərqi artırdı – YENİLƏNİR
Azərbaycan Futbolu

İslandiya fərqi artırdı – YENİLƏNİR

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində bu gün növbəti oyuna çıxacaq. Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv İslandiyanı qəbul edəcək. Bakıda, 8-ci km stadionunda baş tutacaq oyuna saat 21:00-da start veriləcək. Azərbaycan millisi Reykyavikdə keçirilən oyunda İslandiyaya 0:5 hesabıyla uduzub. Milli qrupda bir xalla sonuncudur. DÇ-2026Seçmə mərhələ, V tur 13 noyabr 21:00 Azərbaycan – İslandiya 0:2Qollar: Qudmundsson, 20, İqnason, 39Baş hakim: Nikola Dabanoviç (Monteneqro)8-ci km stadionu source
İlham Əliyev: “Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir”
Azərbaycan Futbolu

İlham Əliyev: “Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir”

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Futbolpress.az xəbər verir ki, prezident U-20 Dünya çempionatının final mərhələsinin Azərbaycanda və Özbəkistanda keçirilməsi haqda fikirlərini bölüşüb: “İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir”. Qeyd edək ki, mundial 2027-ci ildə iki ölkədə təşkil olunacaq. source
“Turan Tovuz”un məşqçiləri kənd məktəbinin qonağı oldu
Azərbaycan Futbolu

“Turan Tovuz”un məşqçiləri kənd məktəbinin qonağı oldu

“Turan Tovuz” klubunun nümayəndələri “Akademiya gündəliyi” çərçivəsində Qədirli kənd tam orta məktəbinin qonağı olub. Futbolpress.az xəbər verir ki, akademiyanın məşqçiləri məktəblilərlə görüşüb. Qeyd edək ki, layihə çərçivəsində “Turan Tovuz” rəsmiləri mütəmadi olaraq Tovuzun kəndlərinə gedir, orada uşaqların futbola marağının artması istiqamətində işlər görürlər. Həmçinin, istedadlı futbolçular klubun akademiyasına cəlb olunur.   source
Millidən gözləntilər – nələrə diqqət etməli?
Azərbaycan Futbolu

Millidən gözləntilər – nələrə diqqət etməli?

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində bu gün İslandiyanı qəbul edəcək. Komandalar arasında tsiklda baş tutan ilk görüş rəqibin böyük hesablı qələbəsiylə başa çatıb – 5:0. Fernandu Santuşun rəhbərliyi dönəmində ilk hissədə bir qol buraxan komanda fasilədən sonra 4 qola üzülmüşdü. Buraxılan qoldan sonra toparlana bilməyən yığma həm də son illərin ən böyükhesablı məğlubiyyətlərindən birini yaşamışdı. Məğlubiyyətdə əsas günahkar hesab edilən, düzgün heyət və taktika seçimi edə bilməyən Fernandu Santuşla yollar ayrılmışdı. Mütəxəssisdən sonra təyinat alan Ayxan Abbasovun komandasında isə oyun baxımından artım hiss olunur. Komanda daha əzmkar mübarizə aparır, təslim olmur. Xal qazanmaq arsuzu aşkar hiss edilir. Ukrayna ilə oyunda da yaxşı futbol sərgiləyən millidən İslandiya ilə matç...
Azərbaycan yığması İslandiyaya qarşı – YENİLƏNİR
Azərbaycan Futbolu

Azərbaycan yığması İslandiyaya qarşı – YENİLƏNİR

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində bu gün növbəti oyuna çıxacaq. Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv İslandiyanı qəbul edəcək. Bakıda, 8-ci km stadionunda baş tutacaq oyuna saat 21:00-da start veriləcək. Azərbaycan millisi Reykyavikdə keçirilən oyunda İslandiyaya 0:5 hesabıyla uduzub. Milli qrupda bir xalla sonuncudur. DÇ-2026Seçmə mərhələ, V tur 13 noyabr 21:00 Azərbaycan – İslandiya Baş hakim: Nikola Dabanoviç (Monteneqro)8-ci km stadionu source
Millimizin üzvləri Kürdəxanıda yeniyetmə futbolçularla görüşüb
Azərbaycan Futbolu

Millimizin üzvləri Kürdəxanıda yeniyetmə futbolçularla görüşüb

Azərbaycan milli komandasının üzvləri Bakının Kürdəxanı qəsəbəsində məşq edən yeniyetmələrlə görüşüblər. Futbolpress.az xəbər verir ki, görüşdə millimizin baş məşqçisi Ayxan Abbasov, komandanın direktoru İlqar Qurbanov, futbolçular Rza Cəfərov, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə, həmçinin AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov iştirak ediblər. Kürdəxanı sakini, həvəskar məşqçi Zakir Əliyev öz həyətində uşaqlar üçün kiçik futbol meydançası inşa edib və orada onlara təmənnasız məşqlər keçərək gənc istedadların inkişafına töhfə verməyə çalışır. Onun təşəbbüsü sayəsində qəsəbədə yaşayan bir çox uşaq futbolla məşğul olmaq imkanı qazanıb. Milli komandanın üzvləri həmin uşaqlarla tanış olub, onların məşqinə qatılıb və səmimi söhbətlər aparıblar. Baş məşqçi Ayxan Abbasov y...
Anton: “Gücümüzü göstərə bilərik”
Azərbaycan Futbolu

Anton: “Gücümüzü göstərə bilərik”

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk DÇ-2026-nın seçmə mərhələsində sabah İslandiyaya qarşı keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. Futbolpress.az xəbər verir ki, müdafiəçi media nümayəndələri ilə görüşdə bunları deyib: – Bizi çətin oyun gözləyir. Qarşımızda ciddi rəqib var. Oyuna hazırlaşmışıq. Ümid edirəm ki, sabah yaxşı performans göstərəcəyik. – Ayxan Abbasovun gəlişindən sonra millidə nə dəyişib?– Çox şey dəyişməyib. Sadəcə görürsünüz ki, ruhumuz, kollektivimiz var. Çalışırıq ki, yaxşı nəticə göstərək. Bilirik ki, nəticələr də olmalıdır. Sabah gücümüzü göstərə bilərik. Şahin Cəfərov source
Ayxan Abbasov: “Futbolçulara bu inamı verməliyik”
Azərbaycan Futbolu

Ayxan Abbasov: “Futbolçulara bu inamı verməliyik”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində sabah İslandiyaya qarşı keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib: – Bizi gərgin və önəmli oyun gözləyir. Evdə oynayacağıq. Rəqib üçün də önəmli matçdır, şanslarını itirmək istəməyəcəklər. Futbolçulara inanıram. Sabah üstünlüyümüz azarkeşlərimiz olacaq. Rəqib son oyunda Fransaya qarşı oyunda xal qazandılar. Ukraynaya məğlub olsalar da, yaxşı oynadılar, uduzmağa layiq deyildilər. Futbolçulardan İslandiyaya qarşı ilk oyunu unutmağı istəmişəm. Düzdür, itkilərimiz var. Lakin milliyə kim çağırılıbsa, onlar üçün şansdır. Emin Mahmudovun oynaması sual altındadır, Elvin Cəfərquliyev də olmayacaq. Kim...
U-19 üçün danışılmış oyunlara qarşı sessiya
Azərbaycan Futbolu

U-19 üçün danışılmış oyunlara qarşı sessiya

AFFA-nın Komplayens və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri, UEFA-nın danışılmış oyunlarla mübarizə üzrə məsul şəxsi Naib Əsədov tərəfindən Azərbaycanın U-19 milli komandası üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya keçirilib. Futbolpress.az xəbər verir ki, milli Komandaların Təlim-Məşq Mərkəzində UEFA yarış qaydalarında müəyyən edilmiş format əsasında baş tutan təlimin əvvəlində iştirakçıların bu sahədə mövcud biliklərinin yoxlanılması üçün qısa sual-cavab mərhələsi keçirilib. Komanda üzvlərinə futbolun əsas dəyərləri və dürüst oyun prinsipləri izah edilib, danışılmış oyunların anlayışı, bu əməllərin mahiyyəti və mümkün nəticələri barədə ətraflı məlumat verilib. Real hadisələr üzərindən müzakirələr aparılıb, statistik göstəricilər və videoç...