Azərbaycan Futbolu

Seyidov: “Bu rəzil durumdan necə çıxaq?”
Azərbaycan Futbolu

Seyidov: “Bu rəzil durumdan necə çıxaq?”

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya uduzub – 0:2. AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Seyidov “Futbolpress.az“a açıqlamasında oyunu dəyərləndirdi: “Məğlubiyyətin səbəbləri çoxdur. Sözün düzü, bu nəticələrə görə indiki AFFA rəhbərliyini günahlandırmaq düzgün olmaz. Əsas məsələ, illərdir qeyri-peşəkar yanaşma, uşaq futbolunun idarəetməsində özbaşınalıqlar, klubların bərbad idarəsi, futbolçuların milli üçün düzgün və sistemli hazırlanmaması və son olaraq legioner limitinin ləğv olunmasıdır.  İslandiya ilə oyuna itkilərlə çıxmışdıq. Düzdür, Mahirin, Elvinin yoxluğu təsirini göstərdi. Həm də görünən o idi ki, Ayxan Abbasov müdafiə futbolu ilə bir xal qazanmaq niyyətində idi. Bu da başadüşüləndir. Ölkə olaraq bu qədər inkişaf edirik, amma millimizin futbolda son...
Bölgə klubunun rəhbərliyi dəyişdi
Azərbaycan Futbolu

Bölgə klubunun rəhbərliyi dəyişdi

II Liqada çıxış edən “Şəmkir” klubunun rəhbərliyində dəyişiklik baş verib. Futbolpress.az xəbər verir ki, klubun yeni rəhbəri və əsas idarəedici şəxs vəzifəsinə Adil Əliyev təyin olunub. Yeni rəhbərliyin məqsədi klubun idarəetmə strukturunu gücləndirmək, bölgə futbolunun inkişafına töhfə vermək və “Şəmkir”i daha yüksək hədəflərə doğru aparmaqdır. “Şəmkir” II Liqada 12 xalla 6-cı sıradadır. source
“Məktəbli Qızlar” turnirində növbəti oyunlar keçirildi
Azərbaycan Futbolu

“Məktəbli Qızlar” turnirində növbəti oyunlar keçirildi

AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, UEFA-nın dəstəyi ilə təşkil olunan “Məktəbli Qızlar” turnirində növbəti qrup oyunlarına start verilib. Futbolpress.az xəbər verir ki, bu dəfə Səbail və Xətai rayonları üzrə matçlar keçirilib. Xətai rayonu üzrə A qrupunun ilk oyunları mərkəz seçilmiş 56 saylı tam orta məktəbdə keçirilib və 4 komanda mübarizə aparıb. Əvvəlcə 55 və 27 saylı məktəblərin, ardından isə 56 və 86 saylı məktəblərin komandaları qarşılaşıblar. Səbail rayonu üzrə B qrupunun ilk görüşləri isə mərkəz seçilmiş 189-190 saylı tam orta məktəbdə təşkil olunub və 4 komanda yarışıb. Əvvəlcə 132-134 və 7 saylı məktəblərin, ardından isə 8 və 6 saylı məktəblərin komandaları qarşılaşıblar. Xətai rayonu üzrə turnirin açılış mərasimində AFFA-nın Qadın Futbolu Departamentinin rəh...
Mbappe də Bakıya gəlməyəcək
Azərbaycan Futbolu

Mbappe də Bakıya gəlməyəcək

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı keçiriləcək oyunu buraxacaq. Futbolpress.az xəbər verir ki, hücumçu zədə səbəbilə Bakıya gəlməyəcək. Daha əvvəl Manu Kone və Eduardo Kamavinqanın oyunu buraxacağı açıqlanmışdı. Noyabrın 16-da keçiriləcək Azərbaycan – Fransa oyunu saat 21:00-da start götürəcək. source
“Karvan-Yevlax” Yevlaxa qayıdır
Azərbaycan Futbolu

“Karvan-Yevlax” Yevlaxa qayıdır

Yevlax şəhər stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması ilə bağlı “Karvan-Yevlax” klubu tərəfindən arenada təmir-bərpa işləri aparılıb və meydanın ot örtüyü yenilənib. Futbolpress.az xəbər verir ki, bu müddət ərzində Peşəkar Futbol Liqası tərəfindən stadionda bir neçə dəfə təftiş işləri həyata keçirilib. 4 noyabr tarixində keçirilmiş test oyunu zamanı qeydə alınmış yekun çatışmazlıqlar klubun diqqətinə çatdırılıb və həmin məsələlər sonradan aradan qaldırılıb. Bundan əlavə, stadionun süni ot örtüyü üçün FIFA-dan müvafiq keyfiyyət sertifikatı təqdim edilib. Əsasnamənin tələblərinə əsasən, stadionla əlaqədar oyunun yerinin dəyişdirilməsi barədə klub PFL-ə ən azı 7 gün əvvəl müraciət etməlidir. “Karvan-Yevlax” klubu Azərbaycan Premyer Liqasının 12-ci turunun “Kəpəz”lə oyunundan ...
Ayılma
Azərbaycan Futbolu

Ayılma

İslandiya ilə üçüncü duel də uğursuz alındı. Milli komanda DÇ-2026-nın seçmə mərhələsində rəqibi ilə Bakıda baş tutan görüşdə meydanı xalsız tərk etdi. İslandiya yığması ilk hissədə vurduğu qollarla oyunun yekununu müəyyənləşdirdi. Matçda daha yaxşı başlayan rəqib millini müdafiəyə sıxdı, tələsik top çıxarmalarla onları kənarlaşdırmağa çalışdıq. Bəzən alındı, bəzən yox. 20-ci dəqiqə tamam olmamışdı, ani diqqətsizlik və rəqib cərimə meydançasına edilən ötürmə ilə hesabı açdı. Qoldan sonra da müdafiədə qaldıq. Top çevirməyə çalışdıq, alınmadı. Hücum etmək istədik, olmadı. Əvəzində islandlar cinahdan edilən asma ilə fərqi artırdı – 2:0. Belə bunla da oyun əldən getdi. 0:0-da belə epizod yarada bilməyən, əks-hücumlarda tələskənlik göstərən yığma fasilədən sonra bir neçə cəhd etsə də, alı...
Avrama şans vermədilər
Azərbaycan Futbolu

Avrama şans vermədilər

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın formasını geyindiyi Moldova yığması DÇ-2026-nın seçmə mərhələsində İtaliyaya uduzub. Futbolpress.az xəbər verir ki, görüş “azzuri”nin 2:0 hesablı qələbəsiylə başa çatıb. Avram görüşdə iştirak etməyib. O, ehtiyat oyunçular skamyasında əyləşib. Avram bundan öncə seçmə mərhələdə keçirdiyi 7 oyunda 26 qol buraxıb. source
Milli yenə məğlub oldu
Azərbaycan Futbolu

Milli yenə məğlub oldu

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində bu gün növbəti oyuna çıxıb. Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv İslandiyanı qəbul edib. Matç rəqibin qələbəsiylə başa çatıb – 2:0. Azərbaycan millisi Reykyavikdə keçirilən oyunda İslandiyaya 0:5 hesabıyla uduzub. Milli qrupda bir xalla sonuncudur. DÇ-2026Seçmə mərhələ, V tur 13 noyabr Azərbaycan – İslandiya 0:2Qollar: Qudmundsson, 20, İqnason, 39Baş hakim: Nikola Dabanoviç (Monteneqro)8-ci km stadionu source
Arnar: “Azərbaycan millisi düzgün yoldadır”
Azərbaycan Futbolu

Arnar: “Azərbaycan millisi düzgün yoldadır”

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – İslandiya oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Arnar Qunnqlasson jurnalistlərin suallarını cavablandırdı. Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi… – Çətin oyun oldu. Yaxşı nəticə qazandıq. Peşəkar oynadıq. İlk hissədə yaxşı oynayıb, qollar vurduq. İkinci hissədə Azərbaycan millisi daha yaxşı oynadı. Qapımızda qol buraxmadan vacib qələbə qazandıq. – Azərbaycan millisi sizi hansı aspektlərdə təəccübləndirdi?– Fiziki cəhətdən yaxşı oynadılar, intensiv idilər. İlk oyuna müqayisədə komandanın artırdığı hiss olunur. İkinci hissənin əvvəlindəki oyunu birinci yarıdan gözləyirdim. Həm də, ilk hissədən sonra hesabda geri idilər və azarkeşlər onlara motivasiya verirdi. İntensiv oynadılar....
Ayxan Abbasov: “Bəlkə də, bunu qəbul etmək istəmirik”
Azərbaycan Futbolu

Ayxan Abbasov: “Bəlkə də, bunu qəbul etmək istəmirik”

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – İslandiya oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi… – Xal qazanmaq istəyirdik, buna inanırdıq. Lakin alınmadı. Rəqibin gücünü bilirdik. Son oyuna şanslarını saxlamaq üçün motivasiyalı idilər. İslandiya yığması qrupda Ukraynadan daha yaxşı təsir bağışlayır. İkinci hissədə daha yaxşı oynadıq, şanslarımız oldu. Sadə qollar buraxdıq. Bu gün itkilərimiz, həm də yeni oyunçularımız var idi. Son oyunumuz qalıb, ona hazırlaşacağıq. – Penalti epizodu ilə bağlı fikirləriniz nədir?– Bəhanə kimi fikir bildirmək istəmirəm. Amma bu gün hakimlik bizə qarşı idi. Rüstəmə verilən sarı vərəqə epizodu...