“Qarabağ”dan ayrılan Marko Veşoviçin yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, cinah müdafiəçisi “Lokomotiv”ə keçib. Bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb. Veşoviçlə razılaşmanın detalları açıqlanmayıb.
Veşoviç 2021-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib.
